Baydendən Pentaqona "vəsiyyət" - Kiyevə hərbi yardımı davam etdirin...
ABŞ prezidenti Cozef Bayden bəyanat yayaraq, ölkənin hərbi departamentinə Ukraynaya silah tədarükünü artırmağa davam etməyi əmr edib. Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
“Son aylarda ABŞ Ukraynaya yüzlərlə raket əleyhinə silah verib və daha çoxunu çatdırır. Mən ABŞ Müdafiə Nazirliyinə Ukraynaya silah tədarükünü artırmağa davam etməyi tapşırmışam və Birləşmiş Ştatlar Rusiya qüvvələrinə qarşı müdafiə etdiyi üçün Ukraynanın mövqeyini gücləndirmək üçün yorulmadan işləməyə davam edəcək”, - deyə o bildirib.
Mətləb Salahov