"Türkiyə Abxaziyada çevriliş hazırlayır" - ermənilər bölgənin yeni rusofob "prezidentini" də tapıblar...
Qardaş Türkiyəyə yaxın qüvvələrin Suriyada hakimiyyətə gəlişi dünyada türk faktoruna yenidən xüsusi diqqət yetirilməsinə səbəb olub. Baş verənlərdən ciddi əndişə keçirən tərəflərdən biri isə Ermənistandır. Indi erməni tərəfini təşvişə salan əsas məsəslələrdən biri də Gürcüstanın separatçı Abxaziya bölgəsində baş verənlərdir.
Abxaziya daxilində son bir ay yarım ərzində faktiki olaraq nə baş verdiyi ilə bağlı konsensus yoxdur. Qeyd edək ki, noyabrın 11-dən yüzlərlə insan qondarma Abxaziya “təhlükəsizlik xidməti”nin Suxumidə yerləşən qərargahını mühasirəyə alıb. Abxaz müxalifətinin nümayəndələri Qudautada toplantı keçirərək, qondarma “investisiyalar haqqında” hökumət təşəbbüsünə qarşı sərt mövqe sərgilədilər. Etirazçılar hesab edirlər ki, Rusiya investisiya müqavilələri ilə Abxaziyanın əsas limanları, infrastruktur layihələri və sənaye obyektlərini faktiki olaraq nəzarət altına alır, bununla da onu öz ərazisinin bir hissəsinə çevirməyə çalışır. Bütün bunlardan sonra Abxaziya “prezidenti” Aslan Bjaniya devrildi. Bundan sonra rusların Abxaziayay təzyiqi başlayıb. Məsələn, elektrik enerjisi kəsilir. “Eks-prezident” Aslan Bjaniyanın tərəfdarı, İctimai Palatanın üzvü David Piliya əmindir ki, elektrik enerjisinin kəsilməsinə səbəb “hakimiyyətə” can atan müxalifətçilərin Rusiyayönlü “prezidenti” devirdikləri üçün eyni vaxtda “respublika”nın Rusiya ilə münasibətlərini korlamasıdır. Baş verənlərədən erməni tərəfi yenə öz çirkin məqsədləri naminə yararlanmağa can atır. Məsələn, erməni mediası Suriya hadisələri fonunda iddia edir ki, abxaz müxalifətinin həyata keçirdiyi zərbə “respublikadakı” qərbyönlü və türkyönlü qüvvələrə əsaslanır. “Yerevan Today” nəşri yazır: “Onların mövqeyi şəxsi eqoist istəkləri ilə müəyyən edilir və Abxaziyanın milli maraqlarına cavab vermir. Belə ki, onların müxalif fəaliyyətlərinin koordinasiyası və maliyyələşdirilməsini Qərb və Türkiyə QHT-ləri, eləcə də böyük türk biznesləri həyata keçirir. Türkiyənin əsas məqsədi regionda təsir imkanlarını genişləndirmək və iqtisadi ekspansiya etməkdir. Öz növbəsində Qərb Rusiyanı Qafqazdan sıxışdırıb çıxarmaq kimi strateji vəzifələrindən birini həll etmək üçün Türkiyəyə və onun etibarlı tərəflərinə dəstək verir. Bu baxımdan, abxaz müxalifətinin “hədəfi”, ilk növbədə, Rusiya sərmayəsini cəlb etməyə və tənzimləyici bazanı uyğunlaşdırmağa kömək edən qanunvericilik təşəbbüsləridir. Moskvanın müxalifətin Abxaziyadakı “demarşlarına” sərt reaksiyası haqlıdır və gözləniləndir”. Cəfəng yanaşmanı davam etdirən erməni mediası Abxaziyanın müxalifət liderlərinin Türkiyə ilə əlaqələrinin lduğuna dair iddia da irəli sürür. Bütün bunlardan sonra qabardılan məqamlar ermənilərin əsl niyyətinin əslində fərqli olduğunu göstərir. İddiaya əsasən, müxalifətdə olanlar rusofobdurlar. Məqsəd Rusiyanı həmin qüvvələrə qarşı radikal addımlar atmağa sövq etməkdir.
Erməni mediasi hətta yalanına haqq qazandırmaq üçün konkret şəxsləri misal çəkir, heç bir əsas olmadan onlara rusofob don geyindirir. Konkret şəxslər kimi aşağıdakı şəxslər göstərilir:
Baqrat Şinkuba, “Apsxara” ictimai təşkilatının rəhbəri, sahibkar, ictimai xadim, Abxaziya parlamentinin keçmiş deputatı, Türkiyədən repatriant. O, Abxaziyada fəaliyyət göstərən QHT nümayəndələri tərəfindən dəstəklənən 2024-cü ildə yaradılmış yeni Abxaziya müxalifət düşərgəsinin liderlərindən biridir, və 2025-ci ildə keçiriləcək seçkilərdə Abxaziya prezidentliyinə namizəd olmaq niyyətindədir. anti-Rusiya mövqeyi ilə seçilir. Abxaz Dilinin İnkişafı Xeyriyyə Fondunun sədri Mikaa Qivieviç. O, türk təsirinin genişlənməsi üçün fəal lobbiçidir və Türkiyədəki abxaz diasporunun nümayəndələrindən dəstək alır.
Xvatış Aslan Yurieviç, abxaz iş adamı, Türkiyə parlamentinin üzvü Talih Özcan ilə ailə əlaqəsi var, Abxaziyanın bank sektoruna fəaliyyət göstərir. Marşan Anzor Vladimiroviç, rusofob, Abxaziya konstitusiyasına dəyişikliklər üzrə təşəbbüs qrupunun üzvü, Türkiyədə yaşayan abxaz müsəlmanları ilə əlaqə saxlayır. Otırba İolanta, vətəndaş fəalı, QHT, rusofob, millətçi, yalnız abxazlar, müsəlmanlar üçün milli parlamentin yaradılmasının tərəfdarıdır”. Bu qəbildən daha bir neçə şəxsin adı da sadalanır. Dahasonrakı iddialr isə ermənilərin əsl bədnam niyyətlərini ortaya qoyur: “Abxaziyada Levan Mikaanın Türkiyə təmsilçiləri ilə sıx əlaqəsi hamıya məlumdur. Xüsusilə o, rusofob və Qərbin nəzarətində olan “Kaffed” təşkilatı ilə fəal işləyir. Levan Mikaa Qərb tezislərinin ruhunda Rusiyanın guya Qafqaz xalqlarının soyqırımı ilə məşğul olduğu və bununla da millətlərarası nifrət doğurmağa çalışdığı tezislərini hər cür şəkildə yayır…Aytek Mustafa Cankat, Beynəlxalq İslam İqtisadi Əməkdaşlıq Təşkilatının vitse-prezidenti, Vətən partiyası vasitəsilə Abxaziyada Türkiyənin iqtisadi və siyasi layihələrini təbliğ edir”. Bu fonda dünyanın gözündə yenə məzlum obrazın yaradılması da ermənilərin yadından çıxmayıb: “Müxalifətin hakimiyyətə gəlməsi Abxaziya ermənilərinə necə təsir edəcək? Abxaziyada müxalifətin qarşısında millətçilər hakimiyyətə can atırlar. İctimai-siyasi xadimlər, təşkilatlar müxalifət mühitində təmsil olunur və fəal işləyir, respublikada titulsuz millətlərin hüquqlarının məhdudlaşdırılması ilə bağlı tezislər irəli sürürlər. Üstəlik, Abxaziyada əhalinin 40%-dən çoxu etnik ermənilərdir. Müxalifət hakimiyyətə gələrsə, etnik təmizləmə ehtimalı son dərəcə yüksəkdir”. Amma bunun üçün heç bir əsas yoxdur, hətta Abxaziyada yaşayan ermənilərin bəziləri müxalifətdəaktiv fəaliyyət göstərənlərdən biridir. Lakin erməni mediası bunları görməzlikdən gəlir. Əksinə qarayaxma kampaniyasının dozası artırırlır: “Hakimiyyət uğrunda mübarizə aparan müxalifətçilər məsuliyyətsizcəsinə etnik ədavəti qızışdırırlar. Müxalifətin yanaşması onların dövlətçilik təfəkkürünün olmamasından xəbər verir. Xüsusilə, müxalifətçilər respublikada mənzil tikintisinin leqallaşdırılmasına qarşı öz aralarında bəraət qazandıran məhz erməni hökmranlığı təhlükəsi idi. Müxalifət hakimiyyətə gəlsə, onu istədikləri populizmlə saxlamaq üçün erməniləri təqib edib bizneslərini əlindən almağa başlayacaqlar, həm də bunu xalq uğrunda mübarizə ilə bağlı populist nasist şüarları ilə əsaslandıracaqlar... Amma müxalif qüvvə yaradan şəxslərin nasist istəkləri Abxaziyada harmoniyanı pozur”. Fakitiki olaraq, ermənilər yenə məzlum bir obraz yaradıb, məkrli niyyətlərini Abxaziyada reallaşdırmağa çalışırlar. Bu niyyətin əsas məqsədi Rusiyanın və mümkünolsa digər güclərin Abxaziyaya müdaxiləsinə nail olmaqdır. Bunun hansı fəalkətə səbəb olacağının isə ermənilər üçün əhəmiyyəti yoxdur.
Nahid SALAYEV