Bazar ertəsi günü, 20 aprel 2026
     

Tarix muzeyində saxta “Erməni Kilikiya şahlığı” ekspozisiyası açılıb

Image


Qasım Hacıyev: "Kilikiyada  ermənilərin dövləti olmayıb, onları orda erməni Qriqoryan kilsəsi idarə edib"

Cənubi Qafqazda, Azərbaycan ərazilərində özlərini "qədim xalq" elan edən haylar (ermənilər) indi də Kilikiyaya meylləniblər. Çoxdan bəridir ki, hay tarixçiləri qondarma "Erməni Klikiya çarlığından, krallığından" yazırlar. İddia edirlər ki, guya 11-14-cü əsrlər arasında "Kilikiya erməni dövləti" "mövcud olub". 

İndi də erməni mediası yazır ki, Ermənistan Tarix Muzeyində "Erməni Kilikiya Krallığı: Uca Allahın iradəsi ilə" daimi sərgisinin daha bir hissəsi yenidən açılıb. Açılış dekabrın 26-da olub. 

Yazırlar ki, sərgidə dramlar, kral ailəsinin və ipək üst geyimləri nümayiş olunur və sərgi 11-14-cü əsrlər arası "Kilikiya erməni dövləti" dövrünü əhatə edir. Hətta iddia edirlər ki, sərgilənən nümunələr guya "qüdrətli erməni dövləti olan Kilikiyanın" "nadir qalıqlarıdır".

"Ermənilər gah "Kilikiya erməni krallığından", gah "Kilikiya erməni dövlətindən" danışırlar, bu isə tamamilə absurddur"

İrəvanda qondarma "Kilikiya erməni dövləti" sərgisinin hay saxtakarlığının növbəti addımı olduğunu deyən AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz Tarixi şöbəsinin müdiri, professor Qasım Hacıyev "Bakı-Xəbər"ə şərhində bildirdi ki, erməni müəllifləri, tarixçiləri, erməni cəmiyyəti üçün fakt, arqument deyilən bir nəsnə yoxdur, onlar nağıllarla, miflərlə nəfəs alırlar. "Nə düşünürlər, nəyi xəyal edirlər, onu da "fakt", "hadisə" kimi ortaya atırlar və bunu tarixi gerçəklik kimi qələmə verməyə çalışırlar. Halbuki, bunların yazdığında, danışdığında nə elmi əsas, fakt var, nə də məntiq var. Ermənilər gah "Kilikiya erməni krallığından", gah "Kilikiya erməni dövlətindən" danışırlar, bu isə tamamilə absurddur. 

Onların nə deməsindən və yazmasından asılı olmayaraq əsl həqiqət odur ki, XX əsrə qədər ermənilərin dövləti, dövlətçiliyi olmayıb. Tarixi mənbələr, tədqiqatlar göstərir ki, ermənilər saxtakarlıqla Şərq ərazilərinin istənilən yerini "Ermənistan" adlandırırlar. Apardığım müşahidələrə, araşdırmalara görə, onlar indiyə qədər 10-a yaxın "Ermənistan dövləti" "yaradıblar. Bu saxtakarlıqdan həvəslənib, hətta üç dənizin arasındakı əraziləri "Böyük Ermənistana" "daxil" ediblər. Halbuki, tarixi həqiqət belədir ki, Aralıq dənizi sahillərindən  kilikiyalıların tərkibində hay deyilən bir bölük qəbilə Kilikiya ərazisinə gəlir. Bunu əvvəllər etiraf etmirdilər, sonra özləri də yazdılar ki, bir qrup halında Kilikiya bölgəsinə gəliblər. Ora gəldikdən sonra orda öz kilsələrini qurublar, ayinlər icra ediblər. Onlar orda kiçik bir icma olublar və Kilikiyada erməni dövləti olmayıb. Bu gün hayların hansısa  "Kilikiya erməni dövləti" haqda danışması saxtakarlıqdan başqa bir şey deyil". 

Q.Hacıyev qeyd etdi ki, Şərq bölgəsində Şimali-Şərqi Anadolunun da, Cənubi Qafqazın da daxil olduğu Urartu, Manna, Midiya, Əhəməni, Assur və sair qədim dövlətlər olub: "Ancaq bu qədim dövlətlərin heç birinin tərkibində ermənilərin kiçik də olsa dövlət qurumu olmayıb. Eyni zamanda da bu  qədim dövlətlərin heç birinin ermənilərlə əlaqəsi yoxdur. Ermənilərin qədim dövrlərdə heç bir dövləti olmayıb. Yalnız Əhəməni fars imperiyası dövründə Dəclə və Fərat çayı ərazisində kiçik bir canişinlikləri olub və canişinliyi də gah "kiçik Ermənistan", gah "böyük Ermənistan" adlandıraraq o ərazilərdə "erməni dövlətinin" olduğunu sübut etməyə çalışırlar. Amma bu mümkün deyil, ola da bilməz. Çünki dövr dəyişdikcə yeni faktlar, yeni məlumatlar meydana çıxır və aparılan tədqiqatlardan belə nəticələr hasil olur ki, heç bir yerdə erməni dövləti olmayıb. Haylar Kilikiya ərazisində yaşayıblar, Qriqoryan dini kilsəsini inkişaf etdiriblər. Kilikiyada  ermənilərin dövləti olmayıb, onları orda erməni Qriqoryan kilsəsi idarə edib.  Bu halda hansı "erməni krallığından", hansı "erməni şahlığından", "knyazlığından" danışmaq olar? Ona görə də, bu sərgi də, orda nümayiş olunanlar da saxtakarlığın növbəti təzahürüdür. Yenə də erməni yalanları davam edir. Ola bilsin, ortaya hələ çox uydurmalar çıxaracaqlar".

Q.Hacıyev əlavə etdi ki, muzey düzəltmək, ortaya saxta eksponatlar, arqumentlər çıxarmaq, sərgilər keçirmək ermənilərin köhnə adətləridir, onlar daha çox buna üstünlük verirlər. "Bütün bunların hamısı ermənilərin özlərini həvəsləndirmək, "ideologiyalarını" qoruyub saxlamaq, yeni-yeni ərazi iddiaları irəli sürmək məqsədilə edilir və onlar bunun üçün tarixi uydurmalar yaradırlar, yaratmaqda da davam edəcəklər" - deyə Q.Hacıyev bildirdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Rusiyanın vurduğu AZAL təyyarəsinin bütün mübhəmləri açıldımı?

Avropa Birliyi Ermənistana 2-ci “xüsusi missiya” göndərdi...

Türkiyədə “terror olmayan” məktəb qətliamları-ailənin, təhsilin,ya cəmiyyətin problemi...

SON XƏBƏRLƏR

20.04.2026 / 16:41
Türkiyədə məhkəmə Özgür Özəlin sədrliyini ləğv edərək Kılıcdaroğlunu yenidən CHP-nin başına gətirəcək...(?)

20.04.2026 / 16:22
Roma papası Trampı lağa qoydu -“get İstanbulu da tut”...

20.04.2026 / 16:10
İran razı olmasa, "Hizbullah" tərksilah edilə bilməz...

20.04.2026 / 16:07
İrandan ABŞ-a mesaj – Hörmüzdə yeni tranzit sistemini qəbul edin…

20.04.2026 / 15:48
İran müharibəsi Şimal-Cənub marşrutunun gücünü təsdiqlədi...

20.04.2026 / 15:47
"İrandan sonra İsrailin hədəfi Türkiyə olacaq?" - NATO sualı rəsmən cavabsız buraxdı...

20.04.2026 / 15:23
Pakistanlı general Trampdan Hörmüzdə blokadanı qaldırmasını istədi…

20.04.2026 / 15:08
NATO İstanbul zirvəsi Türkiyənin Rusiya ilə dostluğuna qiymət verəcək...

20.04.2026 / 14:48
Rusiya Azərbaycanı beynəlxalq rus dili təşkilatına dəvət etdi.

20.04.2026 / 14:35
Hərbi vəzifəlilərin təlim toplanışı başladı

20.04.2026 / 14:23
Bakıda avtoyuma məntəqəsindən “Range Rover” qaçırıldı

20.04.2026 / 14:10
Bakıda məktəbdə şagird sinif yoldaşını yandırdı...

20.04.2026 / 13:53
Pyatiqorskda əcnəbi qadın əldəqayırma bomba ilə saxlandı

20.04.2026 / 13:38
Azərbaycan növbəti bir il ərzində UNESCAP-a sədrlik edəcək

20.04.2026 / 13:24
AzTV-də dəyişikliklər - bəzi şöbələr birləşdirilir, islahatlar başlayır....

20.04.2026 / 13:14
Tramp Putinin Ukrayna müharibəsinə 9 milyard dollar kömək etdi...

20.04.2026 / 12:19
İranın ucuz dronları Avropada müdafiə şirkətlərini çökdürür...

20.04.2026 / 12:17
İran İslamabadda ABŞ-la danışıqlardan rəsmən imtina etdi…

20.04.2026 / 11:54
Türkiyə-Ermənistan sərhədi açılır, Orta Dəhlizlə bağlı maraqlı proseslər başlanır

20.04.2026 / 11:41
"AtaSığorta"nın lisenziyası ləğv edildi

20.04.2026 / 11:35
İrəvan Bakının geosiyasi uğurlarına qibtə edir, Azərbaycan Ermənistana nümunə göstərilir...

20.04.2026 / 11:28
Dünya tarixin ən böyük enerji böhranına daxil olur…

20.04.2026 / 11:21
Ermənistanda yeni "1 Mart" qırğını olacaq - Rusiyadan təxribatçı qruplar gəlir...

20.04.2026 / 11:10
Leyla Əliyevanın təşəbbüsü ilə sosial xidmət müəssisələrinin uşaqları üçün sosial-emosional öyrənmə proqramı həyata keçirilir - FOTO

20.04.2026 / 11:02
ABŞ və İran yenidən savaş ritorikasına qayıtdılar, yeni müharibə an məsələsidir...

20.04.2026 / 10:49
Artan enerji böhranı yanacaq qiymətlərini kəskin şəkildə artırdı - Avropadan ilginc təklif gəldi…

20.04.2026 / 10:30
"Azərpoçt"a yeni rəhbər təyin olundu

20.04.2026 / 10:10
İran ABŞ hərbi gəmilərini vurdu - hücumlarımız davam edəcək...

20.04.2026 / 09:43
Türkiyə məktəblərində törədilən qətliamlara elmi-lədun baxış

20.04.2026 / 09:20
Prezident İlham Əliyev: "Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir"

20.04.2026 / 09:07
"Yüksələn geosiyasi gərginlik onilliklər ərzində əldə olunmuş inkişaf nailiyyətlərinin kövrəkliyini üzə çıxarır" - Prezident

20.04.2026 / 08:53
Prezident BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciət ünvanladı

20.04.2026 / 08:00
İran uğursuzluğu Pentaqonda panika yaratdı - Tramp özündən çıxdı

20.04.2026 / 07:36
ABŞ blokadanı yarmağa çalışan İran gəmisini vurdu

19.04.2026 / 23:42
Hörmüz boğazında gərgin anlar - ABŞ İran gəmisini vurdu…

19.04.2026 / 23:18
İtaliya Avropa Birliyini Rusiyadan neft-qaz alışını bərpa etməyə çağırdı…

19.04.2026 / 22:52
İran ABŞ-a meydan oxudu… Trampın təhdidlərinə sərt cavab – “O kimdir ki…”

19.04.2026 / 22:15
İran ABŞ-la danışıqların ikinci mərhələsini rədd etdi - blokadanı qaldırın sonra…

19.04.2026 / 21:58
Avropada enerji böhranı gərgin həddə çatdı - 20 günlük yanacaq qaldı, uçuşlar ləğv edilir…

19.04.2026 / 21:22
Husilərdən Trampa Bab əl-Məndəb təhdidi - “… bağlaya bilərik”

19.04.2026 / 18:20
Avropada İsrailə qarşı sanksiya hazırlığı – 5 ölkə hərəkətə keçdi…

19.04.2026 / 17:34
"Türkiyə, Azərbaycan və Pakistan liderləri bir-biri üçün qardaşdan da yaxındırlar" - Hakan Fidan

19.04.2026 / 17:12
İran aprelin 30-da ABŞ və İsraili vura bilər - ABŞ-dan gizli əməliyyat… Milyardlarla dollarlıq sistemlər İordaniyaya daşınır…

19.04.2026 / 16:55
İranda ABŞ-İsrail hücumlarında ölənlərin sayı 3468-ə çatdı…

19.04.2026 / 16:29
Latviya və Litva Moskvaya gedən Fitsonun təyyarəsinə hava məkanını bağladı…

19.04.2026 / 16:14
Vuçiç Prezident İlham Əliyevə zəng etdi

19.04.2026 / 16:10
Lukaşenkodan Trampa xəbərdarlıq – yanılırsız, xidmətçi-imperator görüşü heç vaxt olmayacaq…

19.04.2026 / 14:48
Ukrayna “Neptun” raketi ilə Taqanroqda Rusiyanın hərbi zavodunu vurdu

19.04.2026 / 14:22
Tramp ailəsi Tiflisdə 70 mərtəbəli lüks göydələn tikəcək…

19.04.2026 / 13:26
Türkiyədəki ildırım hadisəsi ilə Azərbaycanda baş verən analoji hadisələr arasında riyazi bağlılıq var...

19.04.2026 / 13:23
Antalya Forumunda ən önəmli nüans - Əliyevin ikitərəfli görüş mesajları, "nala-mıxa döyənlərin" düzəni... Aydın Quliyev yazır...

19.04.2026 / 11:19
İran spikerindən ABŞ-a açıq Hörmüz mesaj - İran gəmiləri keçə bilmirsə, digərləri də keçə bilməz…

19.04.2026 / 10:35
Azərbaycan ilə Meksika arasında diaspor fəaliyyətinə dair memorandum imzalanıb

19.04.2026 / 09:42
Ceyhun Bayramov Tailanda getdi

18.04.2026 / 23:10
“1920-ci ilin aprelində rus ordusu Azərbaycanı işğal etdi” fikrinə Rusiya mətbuatının riyakar münasibəti

18.04.2026 / 21:49
Kiyevdə naməlum şəxs mağazada insanları girov götürdü - ölən və yaralanan var…

18.04.2026 / 21:30
Azərbaycan və Aİ Azərbaycanla Ermənistan arasında sülh prosesini müzakirə ediblər

18.04.2026 / 20:46
ABŞ Pakistan vasitəsilə İrana yeni təkliflər göndərdi…

18.04.2026 / 20:34
ABŞ-da sirli olay - gizli layihələr üzərində çalışan alimlər müəmmalı şəkildə yoxa çıxır…

18.04.2026 / 19:45
İrandan gətirilən narkotiki Bakıya aparanlar Beyləqanda yaxalandı

18.04.2026 / 19:20
Ukraynadan Rusiyaya ağır zərbə - Qara dənizdə üç hərbi gəmi vuruldu…

18.04.2026 / 18:56
Trampdan Hörmüzün yenidən bağlanmasına ilk reaksiya - Bizi şantaj edə bilməzlər…

18.04.2026 / 18:23
Livanla İsrail arasında atəşkəs pozuldu – fransız sülhməramlılar bombalandı…

18.04.2026 / 18:07
Zelenski Lukaşenkonu ABŞ-ın Maduronu oğurladığı kimi oğurlamaqla hədələdi

18.04.2026 / 17:52
Gəncədə sexdən 2 min manatlıq oğurluq edən şəxs saxlandı

18.04.2026 / 17:17
Antalyada TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası olub

18.04.2026 / 16:32
Hörmüzdə gərginlik yenidən artdı – İran boğazdan keçməyə çalışan gəmiləri vurdu...

18.04.2026 / 16:17
İrandan ABŞ-a Hörmüz cavabı - "Tramp bir saata 7 yalan sığdırdı"...

18.04.2026 / 16:04
Mehdiabadda ağır qəza: avtomobildə sıxışıb qalan sürücü belə xilas edildi - VİDEO

18.04.2026 / 15:55
Mehriban Əliyeva Antalyada “Fələstində sülh naminə birləşərək: Təhsil sisteminin məhv edilməsi ilə mübarizə və gələcəyin qorunması” adlı paneldə iştirak edib - FOTO

18.04.2026 / 15:36
Belçikadan ŞOK ETİRAF… AB Ukraynadakı müharibəni 2030-a qədər uzatmağı hədəfləyir – “Ukraynalıların qanı biz vaxt qazandırır"…

18.04.2026 / 15:10
Azərbaycan–NATO uzunmüddətli əməkdaşlığı Antalyada müzakirə edildi

18.04.2026 / 14:42
İran Hörmüz boğazını yenidən bağladı və ABŞ-la danışıqlardan imtina etdi – blokada ləğv edilməsə…

18.04.2026 / 14:25
Ukrayna Rusiyanın sənaye şəhərlərini və limanlarını vurdu…

18.04.2026 / 14:08
Daha iki ABŞ konqresmeni 907-ci düzəlişin ləğvi təşəbbüsünə qoşuldu...

18.04.2026 / 13:31
“Hörmüz düyünü” Trampın planlarını alt-üst edir – Rusiya neftinə yeni güzəşt qərarı…

18.04.2026 / 12:44
"Hazırda yaşadığımız sülh şəraiti yeni imkanlar yaradır" - Prezidentin xüsusi nümayəndəsi

18.04.2026 / 12:27
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyəyə səfərindən görüntülər paylaşılıb - VİDEO

18.04.2026 / 12:15
Hikmət Hacıyev venesuelalı nazir müavini ilə görüşdü

18.04.2026 / 12:09
İsrailə arı hücumunun riyazi sirləri

18.04.2026 / 11:54
Hacıqabulda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

İctimai maraqlar beynəlxalq münasibətlərdə...

XƏBƏR ARXİVİ