KÖHNƏ VERSİYA            

“Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir” - Vüqar Rəhimzadə

Image

Qalib, bütövləşən, yeni dövrə qədəm qoyan Azərbaycandan bəhs edərkən bütün sahələrdə davamlı uğurların əldə edildiyini böyük inam və qürur hissi ilə qeyd edirik. Buna əsas verən ölkənin hərtərəfli inkişafı üçün kompleks tədbirlərin həyata keçirilməsi, hər bir sahə üzrə Dövlət Proqramlarının qəbulu və uğurlu icrasıdır. 

Elə bir sahə yoxdur ki, dövlətin siyasətində prioritet istiqamət kimi diqqətdə olmasın. Dekabrın 24-də cari ilin idman yekunlarına həsr olunan mərasim keçirildi. Dövlət başçısı İlham Əliyev çıxışında “2024-cü il də Azərbaycan idmanı üçün uğurlu olmuşdur” söyləyərək Azərbaycan idmançılarının beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil etdiyini, 1700-ə yaxın medal qazanıldığını diqqətə çatdırdı. Bildirdi ki, bu, idmanımızın inkişaf etdiyini,  yeni nəsil idmançıların yetişdiyini və Azərbaycanın idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqlədiyini nümayiş etdirir.

Nəzərə alsaq ki, idman da bir siyasətdir, bu halda Azərbaycan idamançılarının qazandığqları qələbələrin ölkəmizin təqdimatında nə qədər böyük əhəmiyyət kəsb etdiyini aydın görə bilərik.  İdmançılarımızın qələbələri Dövlət Himnimizin səsləndirilməsi, Azərbaycan Bayrağının ucaldılması ilə müşayiət olunur. Bu, qalib Azərbaycanın təqdimatının mühüm tərkib hissəsidir. Dövlətimizin başçısı İlham Əliyev çıxışında idmanın cəmiyyətimizin ayrılmaz hissəsi olduğunu önə çəkərək qeyd etdi ki, idmanın və idman qələbələrinin ictimai məkanda çox böyük rolu var. Xüsusilə gənc nəslin yetişdirilməsi, vətənpərvərlik hisslərinin gənc nəslə aşılanması üçün idman amili çox böyük məna daşıyır. Vətənpərvərlik amili daim diqqətdə olmalıdır.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, gənclərimizin vətənpərvəlik, milli ruhda böyüməsi, tərbiyə olunması  əsas çağırışlar sırasındadır. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında, müsahibələrində daim Azərbaycan gəncinin vətnpərvəliyinidən, Vətən, torpaq sevgisindən geniş bəhs edir. 44 günlük İkinci Qarabağ müharibəsi və bir günlük lokal antiterror tədbirləri gənclərimizin yüksək vətənpərvərliyinin nümayişi oldu. Canları, qanları ilə tarix yazan gənclərimiz bir daha bu  reallığı təsdiqlədilər ki, torpaq, əgər uğrunda ölən varsa, Vətəndir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin “İrəli!” əmrini yüksək səviyyədə qəbul edən və ilk gündən qələbə müjdələri ilə xalqımızı sevindirən Azərbaycan Ordusunun, gəncinin qəhrəmanlığı, şücaəti artıq dastana çevrilib.

Vüqar Rəhimzadə vurğulayıb ki, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idmanla yanaşı, hərbi və fiziki hazırlıq da əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, fiziki güc mənəvi saflığa da yol açır. Azərbaycan gənci məhz belə olmalıdır - vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən saf, öz xalqına, dövlətinə bağlı, heç bir kənar təsirə boyun əyməyən və ləyaqətli Azərbaycan gənci.

Azərbaycan tarixi Zəfəri, ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə malik olduğu imkanları, gücünü, qüdrətini bütün dünyaya nümayiş etdirdi. Təbii ki, bügünkü uğurlara yol açan əsas amil Ümummilli Lider Heydər Əliyevin  düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində yaradılan möhkəm təməl və bu xəttin son 21 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir. Ölkəmizdə idmanın kütləviliyinin təmin edilməsi üçün bütün zəruri addımlar atılıb və atılır. 2015-ci ildə ilk Avropa Oyunlrına, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edən Azərbaycan  bu sahədə mövcud imkanlarını və  beynəlxalq  tədbirlərin yüksəksək səviyyədə təşkili işini və  məsuliyyətini təqdim etdi. 

Milli Məclisin deputatı bildirib ki, qalib Azərbaycanın yeni dövrünün hədəflərində  idmanın inkişafı xüsusi qeyd edilir. Prezident İlham Əliyev çıxışında onu da bildirdi ki, bütün lazımi qərarlar verilib, bütün müvafiq strukturlar, federasiyalar, klublar, idman cəmiyyətləri, Olimpiya Komitəsi, nazirlik vahid strategiya əsasında fəaliyyət göstərirlər. Federasiyalarda gücləndirmə işləri aparılmışdır. Həm ənənəvi medal gətirən, həm də bu günə qədər o qədər də inkişaf etməyən idman növlərində növbəti irəliləyiş olacaq. Hazırda  bölgələrimizdə 44 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir. Bakı şəhərində ən müasir idman infrastrukturu vardır. Mötəbər Avropa Oyunlarının, İslam Həmrəylik Oyunlarının ardınca bu ilin noyabr ayında COP29 beynəlxalq iqlim konfransının da Olimpiya Stadionunda təşkili idman infrastrukturumuzun təqdimatında öz sözünü dedi. 197 ölkə, 76 min qeydiyyatdan keçmiş iştirakçının təmsil olunduğu bu mötəbər tədbirin yüksək səviyyədə təşkilatçılığı beynəlxalq aləmdə təqdir edildi.

Vüqar Rəhimzadə hazırkı dövrün əsas hədəflərindən birinin azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işləri olduğunu önə çəkərək bildirib ki, bu ərazilərimiz müasir  tələblər səviyyəsində yenidən qurulur. Dövlətimizn başçısı İlham Əliyev çıxışında bu məsələyə də diqqətini yönəltdi. Bildirdi ki, bu torpaqlarda idman infrastrukturu da yaradılır. Bəziləri hesab edə bilər ki, bu, bir az tezdir. Amma bu, mütləq olmalıdır. Çünki  idman obyektlərinin həm rəmzi mənası, həm də funksional tərəfi var. Ağdam şəhərində yeni, bütün beynəlxalq standartlara cavab verən stadion inşa edilir. Füzuli şəhərində Olimpiya İdman Kompleksinin təməli qoyulub. Suqovuşan və Köndələnçay su anbarlarında artıq beynəlxalq avarçəkmə yarışları keçirilir. Şuşa şəhərində bir neçə idman yarışı keçirilib. Bir il bundan əvvəl Xankəndi stadionunda  tarixi futbol yarışı keçirildi. Bu stadionun da yenidən qurulması prosesi gələn il başa çatacaq. 

Azərbaycanın bütün sahələrdə beynəlxalq tədbirlərə ev sahibliyi zəngin təcrübəyə malik olduğunun  göstəricisidir. Gələn il ölkəmiz növbəti böyük idman yarışına ev sahibliyi edəcək. Belə ki, Üçüncü MDB Oyunları Azərbaycanda keçiriləcək. Bunun üçün 14 şəhər seçilib və əsas oyunlar Gəncə şəhərində keçiriləcək. Gəncə şəhəri MDB Oyunlarının mərkəzi olacaq. Gəncədə yeni stadion inşa edilir və Oyunlara qədər istismara veriləcək. Bir neçə ay bundan əvvəl Gəncədə ölkəmizin ən böyük Olimpiya İdman Kompleksi açılıb. Üçüncü MDB Oyunlarında 7 min idmançının iştirakı gözlənilir. Nizami yurdu olan Gəncə bütün MDB məkanına və daha geniş coğrafiyaya öz gözəlliyini, eyni zamanda, tarixi simasını və müasirliyini təqdim edəcək. 

Millət vəkili Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyini şərtləndirən amillər sırasında  ölkəmizdə mövcud  ictimai-siyasi sabitliyi xüsusi qeyd edib. Bu gün dünyada gedən proseslər göz qabağındadır. Qanlı toqquşmalar, müharibələr, münaqişələr, bəzi ölkələrin digər ölkələrin işlərinə müdaxiləsi nəticəsində  vəziyyətin gərginləşməsi diqqətdən kənarda qalmır. Azərbaycan sabitlik məkanı kimi tanınır. Ölkəmiz sabitləşdirici, birləşdirici aktora çevrilib. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi,  xalq-iqtidar birliyi, cəmiyyətdəki həmrəylik, vahid siyasi baxışlarımız, təbii ki, bizim tarixi Zəfərimiz və bir çox digər amillər bizi bu çətinliklərdən, çağırışlardan sığortalayır. Artıq 30 ilə yaxındır ki, Azərbaycan sabitlik şəraitində yaşayır və bundan sonra əbədi sabitlik şəraitində yaşayacaq.

Vüqar Rəhimzadə onu da bildirib ki, Prezident İlham Əliyevin hər bir çıxışı mühüm çağırışlarla zəngin olur. Bu baxımdan dövlət başçısı sözügedən çıxışında idman ictimaiyyətinə mühüm mesajlarını çatdırdı. İşğaldan azad edilmiş ərazilərimizdə həyatın yenidən, sıfırdan qurulduğunu önə çəkən dövlətimizin başçısı vurğuladı ki, icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq. Böyük coğrafiyada, 15-16 min kvadratkilometr ərazidə, hansı ki, Ermənistan onu tamamilə yerlə-yeksan edib, müasir, rahat, yeni həyat qurulur: “Ona görə mənim idmançılara, idman ictimaiyyətinin nümayəndələrinə tövsiyəm odur ki, o bölgələrə və bütövlükdə digər bölgələrə də tez-tez getsinlər, orada həm görüşlər keçirsinlər, həm də ki, gənc idman istedadlarını seçsinlər”.







VİDEO

Təyyarəmizi Qroznıda Rusiya vurub - təsdiqləndi... - VİDEO

Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir... - VİDEO

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı... - VİDEO

“Zəngəzur” və “Qərbi Azərbaycan” sözləri danışıqlardan çıxarılsın - Avropa deputatı reallıq hissini itirdi...

Aktau təyyarə qəzasında çoxsaylı şübhəli məqamlar var - "quş dəstəsi" ən zəif varianta çevrilir...

ABŞ Ermənistana silah satışına haqq qazandırdı... “Nəzarət edirik”...

SON XƏBƏRLƏR

27.12.2024 | 10:15
Bu gün Suraxanı, Cəlilabad və Lənkəranın bir hissəsində işıq olmayacaq

27.12.2024 | 10:10
İmadəddin Nəsiminin 655 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb

27.12.2024 | 10:05
Kanadalı nazirlər Trampın görüşünə gediblər

27.12.2024 | 10:00
"Natali Luazonun bu fikirlərini qınayırıq" - İcmadan etiraz bəyanatı

27.12.2024 | 09:50
Azərbaycan idman ölkəsi kimi gücünü beynəlxalq yarışlarda təsdiqləyib

27.12.2024 | 09:40
ABŞ-da ŞOK HADİSƏ - avtomobildə 4 yaşlı uşaq güllələnib!

27.12.2024 | 09:30
Peru Azərbaycana başsağlığı verib

27.12.2024 | 09:22
Azərbaycanda distant təhsil diplomları birdəfəlik qadağan olundu...

27.12.2024 | 09:18
Yaponiyadan 2025-ci il üçün rekord büdcə - 731 milyard dollar!

27.12.2024 | 09:14
İngiltərə nəhənglərindən xal itkisi

27.12.2024 | 09:05
Şirvanda "Jiquli" hasara çırpılıb, sürücü ölüb

27.12.2024 | 09:00
Bu gün Sumqayıtın böyük hissəsində qaz olmayacaq - XƏBƏRDARLIQ

27.12.2024 | 08:39
Yumurta yenə bahalaşmağa başladı - qıtlıq, ya bayramqabağı hadisə?..

26.12.2024 | 23:52
Aktauda qəzaya uğrayan təyyarənin ikinci “qara qutu”su da tapıldı

26.12.2024 | 23:27
Təyyarəmizi Qroznıda Rusiya vurub - təsdiqləndi... - VİDEO

26.12.2024 | 22:43
Gürcüstan spikeri və XİN rəhbəri təyyarə qəzası ilə əlaqədar Azərbaycan səfirliyində olublar

26.12.2024 | 21:55
İsrail aviaşirkəti AZAL təyyarəsinin qəzaya uğramasından sonra Moskvaya bütün reysləri ləğv etdi

26.12.2024 | 21:38
Təyyarə qəzasında yaralananlar "Yeni Klinika"ya yerləşdirildi

26.12.2024 | 21:30
Təyyarə qəzasında yaralananlara və ölənlərin ailələrinə maddi kompensasiya veriləcək

26.12.2024 | 21:12
Dünyada ən dəhşətli dollar-yuan müharibə dövrü başladı...

26.12.2024 | 21:10
Təyyarə qəzasında həlak olanlardan dördünün nəşi Aktaudan Bakıya gətirildi - FOTO

26.12.2024 | 21:07
Azərbaycanın ABŞ-dakı səfirliyində xatirə kitabı açılıb

26.12.2024 | 20:56
“Zəngəzur” və “Qərbi Azərbaycan” sözləri danışıqlardan çıxarılsın - Avropa deputatı reallıq hissini itirdi...

26.12.2024 | 20:41
Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”...

26.12.2024 | 20:26
Paşinyan Ermənistanı MDB-dən də uzaqlaşdırır - Moskvada hələ ümid edirlər...

26.12.2024 | 20:12
"Qərbi azərbaycanlıların qayıdış məsələsi sülh sazişində yer aldı" - erməni cəmiyyəti yeni xofda...

26.12.2024 | 19:58
Ermənistanın ticarətində 54 faiz artım necə baş verir?...

26.12.2024 | 19:45
Minlərlə kənd kitabxanası təhlükədən qurtardı - ağıllı təklif var...

26.12.2024 | 19:36
Təyyarəmiz Qroznıda vurulub, məsuliyyət Rusiyanın üzərindədir - təsdiqləndi...

26.12.2024 | 19:32
Təyyarə qəzasında yaralanan vətəndaşlarımız Bakıya gətirildi - FOTO

26.12.2024 | 19:23
"Türkiyə Abxaziyada çevriliş hazırlayır" - ermənilər bölgənin yeni rusofob "prezidentini" də tapıblar...

26.12.2024 | 19:10
Vətən müharibəsindən sonra diasporumuzun ən ümdə işi - lobbiçilik...

26.12.2024 | 19:01
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

26.12.2024 | 18:56
Bakının "Minsk qrupu buraxılsın" tələbinə Kremldən birmənalı dəstək gəldi...

26.12.2024 | 18:42
Aktau təyyarə qəzasında çoxsaylı şübhəli məqamlar var - "quş dəstəsi" ən zəif varianta çevrilir...

26.12.2024 | 18:28
ABŞ Ermənistana silah satışına haqq qazandırdı... “Nəzarət edirik”...

26.12.2024 | 18:28
Tiflisdə azərbaycanlıları da təkrar seçki tələbilə ayağa qaldırırlar...

26.12.2024 | 18:22
Aktauda təyyarə qəzasında yaralananlar FHN-in xüsusi təyyarəsi ilə Bakıya yola düşdü - FOTO

26.12.2024 | 18:15
“Quru keçidlər açıq olsaydı, təyyarə qəzası olmazdı” - sosial şəbəkələrdə absurd müzakirə...

26.12.2024 | 18:12
Andjey Duda Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 18:02
Vaxtı ötmüş kreditlər probleminin günahkarı yenə də banklar özləridir...

26.12.2024 | 17:49
MDB ölkələri ilə ticarətimizdə böyük nöqsan var - cəmi 1.4 milyard dollar...

26.12.2024 | 17:44
Si Cinpin Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

26.12.2024 | 17:42
Rüstəm Minnixanov Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 17:37
Tarix muzeyində saxta “Erməni Kilikiya şahlığı” ekspozisiyası açılıb

26.12.2024 | 17:26
Bakıda şagirdlər marşrut avtobuslarına buraxılmır...

26.12.2024 | 17:18
Aktauda qəzaya uğrayan AZAL təyyarəsi Rusiya hava məkanında hücuma məruz qalıb

26.12.2024 | 17:10
Rusiyadan NATO və Avropa ölkələrinə nüvə xəbərdarlığı - istənilən ssenariyə hazırıq...

26.12.2024 | 17:02
Təyyarə qəzasında xəsarət alan bir qrup vətəndaşımız ölkəyə gətirilir - FOTO

26.12.2024 | 16:51
AZAL-ın təyyarəsinin qəzaya uğramasına Rusiya raketi səbəb olub - "Euronews"dan iddia...

26.12.2024 | 16:44
Slovakiya Prezidenti Prezident İlham Əliyevə başsağlığı verib

26.12.2024 | 16:30
“Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir” - Vüqar Rəhimzadə

26.12.2024 | 16:08
Əsədin arvadının vəziyyəti ağırlaşdı - sağalma şansı 50 faizə düşüb, otağına heç kim buraxılmır...

26.12.2024 | 15:39
Gürcüstanın XİN başçısı Ceyhun Bayramova zəng vurdu - "Azərbaycanın yanındayıq"

26.12.2024 | 15:30
Fələstin Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 15:18
Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir

26.12.2024 | 15:17
BƏƏ Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 15:15
Həştərxanın qubernatoru Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

26.12.2024 | 15:12
Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 15:10
TDT Baş katibi Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

26.12.2024 | 14:35
Tramp Milad təbrikində Kanadanın baş nazirini qubernator adlandırdı - ABŞ-ın 51-ci ştatı olsalar...

26.12.2024 | 14:32
Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevə məktub göndərib

26.12.2024 | 14:20
"Nəşlərin tanınması üçün yaxınlarının DNT analizinə ehtiyac olacaq" - Baş konsul

26.12.2024 | 14:16
Milorad Dodik Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

26.12.2024 | 14:14
Məsud Pezeşkian Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 14:05
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə zəng edib

26.12.2024 | 13:51
Təyyarə qəzasında vəfat edən sərnişinlər və ekipaj üzvlərinin siyahısı açıqlandı

26.12.2024 | 13:45
Azərbaycan və Qazaxıstanın Baş nazirləri arasında növbəti telefon danışığı olub

26.12.2024 | 13:34
ABŞ Departamenti AZAL təyyarəsinin qəzaya uğraması ilə əlaqədar başsağlığı verib

26.12.2024 | 12:46
AZAL prezidentindən təyyarə qəzasının səbəbləri ilə bağlı açıqlama...

26.12.2024 | 12:33
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir... - VİDEO

26.12.2024 | 12:16
Təyyarə qəzasında xəsarət alanlardan daha birinin azərbaycanlı olduğu məlum oldu

26.12.2024 | 12:05
Təyyarə qəzasında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi - FOTO

26.12.2024 | 12:00
Azərbaycan kubokunun final matçı Sumqayıtda keçiriləcək

26.12.2024 | 11:51
Qəzaya uğrayan təyyarənin ekipaj üzvlərindən 3-ü ölüb

26.12.2024 | 11:50
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı... - VİDEO

26.12.2024 | 11:45
Təyyarə qəzasında həlak olanlardan biri Cəlilabad sakinidir

26.12.2024 | 11:30
Qazaxıstan Baş nazirinin müavini Ceyhun Bayramova zəng edib

26.12.2024 | 11:20
Azərbaycan və Türkiyə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olmalıdır - SƏBƏB?... Ramilə Dadaşova yazır

26.12.2024 | 11:05
"Xəstələrdən üçünün vəziyyəti ağır qiymətləndirilir” - Həkimdən açıqlama

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031