Bu hökmün icrası barbarlıqdır və ləğv edilməlidir - Nobel sülh mükafatçısından İrana İTTİHAM
İranda əllərin amputasiyası ilə bağlı verilən hökmün icrası orta əsrlərə aid vəhşilik, insanlıqdan uzaq addımdır və ləğv edilməlidir. Bu barədə İnsan Hüquq Müdafiəçiləri Mərkəzinin rəhbəri, Nobel sülh mükafatçısı Şirin İbadi instaqram səhifəsində yazıb. “Vaxtilə Səudiyyə Ərəbistanı kimi ölkələr bu cür cəzaya görə məsxərəyə qoyulurdu. Ancaq indi əməldə İran İslam Respublikası cinayətkarların əllərini kəsməkdə liderdir”, - o bildirib.
Şirin İbadi vurğulayıb ki, amputasiya cəzasının yeganə məqbul həll yolu bu vəhşi hökmün həmişəlik ləğvidir: “Əli kəsiləcək məhkumun anesteziya edilməsi bu cəzanın icrasının çirkinliyini azalda bilməz”.
Mətləb