Moskva Simonyanın anti-Rusiya bəyanatlarına görə İrəvandan izahat istədi...
Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko senatorlara Ermənistan parlamentinin sədri Alen Simonyanın Rusiya əleyhinə bəyanatları anti-Rusiya bəyanatları ilə əlaqədar olaraq İrəvana sorğu göndərməyi tapşırıb.
Trend Rusiya KİV-ə istinadən xəbər verir ki, Matvienko bu barədə Simonyanın aprelin 22-də Avropa İttfaqı (Aİ) ölkələrinin parlament sədrlərinin iclasında çıxışındakı anti-Rusiya açıqlamarına münasibət bildirərkən deyib.
"Biz bu cür rusofob çıxışları diqqətdən kənarda qoya bilmərik və ümid edirik ki, parlament öz spikerindən Ermənistanın adından bu cür passajlarla çıxış etmək haqqını ona kimin verdiyini soruşar və məsələni qiymətləndirər", - Matvienko deyib.
Matvienko bildirib ki, Simonyanın kimin adından çıxış etdiyini və Ermənistan parlamentinin Simonyanla eyni fikirdə olub-olmadığını öyrənmək üçün parlamentə sorğu göndərəcək.
"Bütün qırmızı xətləri keçən həmkarımıza (red.- Simonyana) görə utanc hissi keçirdim", - deyə Matvienko əlavə edib.
Qeyd edək ki, Ermənistan parlamentinin sədri Alen Simonyan aprelin 22-də Aİ ölkələrinin parlament sədrlərinin iclasında çıxışında Rusiyanın Ukraynaya müdaxiləsinin konfransın diqqət mərkəzində olduğunu bildirib.