"Ermənistan məsələləri danışıqlar yolu ilə həll etmək öhdəliyindən yayınmağa çalışır" - Nazir müavini
Ermənistan Azərbaycanla danışıqlara girməyə çalışmayıb. Trend xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Beynəlxalq Ədalət Məhkəməsinin (Ermənistan Azərbaycana qarşı) İrqi Ayrı-seçkiliyin Aradan Qaldırılması üzrə Komitənin (CERD) (Ermənistan Azərbaycana qarşı) müraciəti ilə bağlı iş üzrə Azərbaycan tərəfindən qaldırılan ilkin etirazlar üzrə ictimai dinləmələrdə deyib.
"Ermənistan məhkəmənin yurisdiksiyasına istinad etməzdən əvvəl Azərbaycanla məsələləri danışıqlar yolu ilə həll etmək öhdəliyindən yayınmağa çalışır", - o deyib.
Nazir müavini Ermənistanın daha əvvəl işğal etdiyi ərazilərdə Azərbaycan əhalisini etnik təmizləməyə məruz qoyduğunu vurğulayıb.
"Azərbaycan əraziləri 1991-1994-cü illər ərzində işğal edilib və 30 il işğal altında qalıb. Bu, monoetnik Ermənistan dövləti çərçivəsində birləşməyi nəzərdə tutan irqçi və milliyyətçi ideologiyanın nəticəsi olub", - deyə E.Məmmədov əlavə edib.