Bu ölkə prezidentindən Makrona çağırış - "qoşunlarını ölkəmizdən çıxart!"
Kot d'İvuar Prezidenti Alasana Uattara Fransa qoşunlarının ölkədən çıxarılmasını istəyir. Televiziya ilə xalqa müraciətində Uattara bildirib ki, xalq öz ordusunun modernləşdirilməsindən qürur duymalıdır. “Bu kontekstdə biz, fransız kontingentinin ölkədən koordinasiyalı şəkildə çıxarılmasına qərar verdik” – deyə prezident vurğulayıb.
Qeyd edək ki, noyabrda Qərb mediası Fransanın bu ölkədəki hərbçi sayını 2200-dən 600-ə endirəcəyi barədə məlumat yayıb.
Mətləb Salahov