Almaniyalı nazir Dəməşq yolçusudur - Əhməd əl-Şaraa ilə görüşəcək
Almaniyanın xarici işlər naziri Annalena Berbok (Annalena Baerbock) Dəməşqə gedir. Bu barədə Almaniya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Bildirilib ki, Almaniya XİN başçısı fransalı həmkarı Jan-Noel Barro (Jean-Noël Barrot) ilə birlikdə Avropa İttifaqı (Aİ) adından Suriyaya gedir.
O, Suriyanın yeni hakimiyyətinin lideri Əhməd əl-Şaraa ilə görüşəcək. “Bugünkü səfərim suriyalılara açıq bir mesajdır: Avropa ilə Suriya, Almaniya ilə Suriya arasında yeni siyasi başlanğıc mümkündür”,- Berbok Dəməşqə yola düşməzdən əvvəl bildirib. Almaniya XİN başçısı Suriya ilə bağlı qarşıya qoyulan qoyulan hədəfdən də danışıb: “İndi qarşımızda milyonlarla suriyalının da arzuladığı bir məqsəd var. Bu, Suriyanın yenidən beynəlxalq ictimaiyyətin hörmətli bir üzvünə çevrilməsidir”.
Mətləb Salahov