İran səfirini çağırdılar, tələb qoydular - "jurnalisti dərhal azad edin!"
İranın İtaliyadakı səfiri Məhəmməd Rza Sabouri Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinə çağırılıb. Səfirlə görüşdə italiyalı jurnalist Sesiliya Salanın dekabrın 19-dan İranda həbs olunması ilə bağlı ölkə rəhbərliyinin narahatlığı ifadə edilib, onun dərhal azad olunmasının zəruriliyi vurğulanıb.
İtaliyalı jurnalistin həbsi ilə bağlı İtaliya Nazirlər Şurasında Baş nazir Ciorcia Meloni, Baş nazirin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani, ədliyyə naziri Karlo Nordio və kəşfiyyat xidmətlərinin rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib.
Mətləb