Ukraynanın üzərinə öhdəlik qoyulur - itirdiyi torpaqları hərbi yolla geri ala bilməyəcək...
ABŞ Dövlət Departamentinin Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Kurt Volker bəyan edib ki, sülh sazişi bağlanarsa, Ukrayna Rusiyanın hərbi yolla ələ keçirdiyi torpaqları geri almağa cəhd etməmək barədə öhdəlik götürmək məcburiyyətində qala bilər.
“Əminliklə deyə bilərik ki, sülh sazişində Ukraynanın bu torpaqları hərbi yolla geri ala bilməyəcəyinə dair öhdəlik və ya anlaşma olacaq”, - Volker bildirib. Bununla belə, o əlavə edib ki, heç bir ölkə bu torpaqları Rusiya ərazisi kimi tanımayacaq.
Volker 2017-2019-cu illərdə Donald Tramp administrasiyası dövründə ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi vəzifəsində çalışıb.
TAHİR