Bu ölkədə narkotikaya görə cəzalar sərtləşdirildi
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev narkotik maddələrin istehsalı və satışına görə cəzaların sərtləşdirilməsinə yönəlmiş qanunu imzalayıb. Belə ki, qanunla narkotik maddələrin istehsalına, həmçinin vəzifəli şəxslər tərəfindən narkotik maddələrin hazırlanması, emalı və istehsalına görə cinayət məsuliyyəti sərtləşdirilib.
Bu cinayətlərə görə təqsirli şəxslər əmlak müsadirəsi ilə 15-20 il azadlıqdan məhrum edilə və ya ömürlük həbsə məhkum edilə bilərlər. Bununla yanaşı, qanunla narkotik maddələri gizlədənlər üçün cəzalar bir qədər yüngülləşdirilib.
İlk dəfə ağırlaşdırıcı hallar olmadan törədilən bu cür cinayətlərə görə qanun 5 ildən 8 ilədək azadlıqdan məhrum etmə və əmlakın müsadirəsi cəzasını nəzərdə tutur (əvvəl bu müddət 5-10 il idi).
Mətləb