Goranboyda narkokuryerlik edən 48 yaşlı qadın saxlandı - FOTO
Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən 48 yaşlı İ.Hüseynzadə saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, ondan 7 kiloqramdan artıq marixuana və tiryək aşkar edilib.
Saxlanılan şəxs qazanc əldə etmək üçün narkokuryerlik etdiyini bildirib.
Faktla bağlı Goranboy RPŞ-də cinayət işi başlanıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.