ABŞ-da sürücünün yük maşınını izdihamın üzərinə sürməsi nəticəsində ölənlərin sayı 15-i keçdi
ABŞ-ın Yeni Orlean şəhərində şübhəli şəxsin yük maşınını Yeni ilin gəlişini qeyd edən insanlara tərəf sürməsi nəticəsində ölənlərin sayı azı 15-ə çatıb.
FTB-nin Yeni Orleandakı ofisindən şübhəli şəxsin təkbaşına hərəkət etmədiyinə dair şübhələrin olduğunu açıqlayıblar. Polis müşahidə kameraları vasitəsilə bir neçə nəfərin hücumdan əvvəl ərazidə partlayıcı qurğular yerləşdirdiyini aşkar edib. Hüquq-mühafizə orqanları həmin şəxslərin müəyyən edilərək nəzarətə götürülməsi istiqamətində iş aparırlar.
Bu arada, yük maşınını insanlara doğru sürən şəxsin kimliyi də müəyyən edilib. Məlumata görə, sürücü 42 yaşlı Şamsud Din Cabbardır. O, hadisə zamanı müqavimət göstərərək 2 polisi yaralayıb və daha sonra zərərsizləşdirilib.
Hadisə yerindən kustar üsulla hazırlanmış partlayıcı qurğular aşkarlanıb. Hüquq-mühafizə orqanları ölən şübhəlinin ölkəyə nə zaman daxil olduğunu və İŞİD-lə əlaqəsinin olub-olmadığını müəyyən etməyə çalışır. Bildirilir ki, yük maşından İŞİD-in bayrağı tapılıb.
ZÜMRÜD