Almaniya 9 Gürcüstan rəsmisinin ölkəyə girişini qadağan etdi
Almaniya etirazçılara qarşı zorakılığa görə məsuliyyət daşıyan 9 Gürcüstan rəsmisinin ölkəyə girişini qadağan edib. Bu barədə Almaniya Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Sanksiyaya məruz qalan Gürcüstan vətəndaşlarının adları açıqlanmır.
Gürcüstanda noyabrın 28-dən etiraz aksiyaları keçirilir. Etirazlar baş nazir İrakli Kobaxidzenin 2028-ci ilə qədər Aİ-yə üzvlük danışıqlarını dayandırdığını elan etdikdən sonra başlayıb.
TAHİR