ABŞ narahatdır - Rusiya nüvə silahından istifadə edə bilər...
ABŞ dövlət katibi Antoni Blinken Rusiyanın nüvə silahından istifadə ehtimalından “son dərəcə narahat olduqlarını” bildirib.
Blinken “Financial Times” qəzetinə müsahibəsində “əgər bu ehtimal 5%-dən 15%-ə yüksəlibsə, bu, çox ciddi vəziyyətdir” deyib. Blinken Çinin Rusiyanı dayandırmağa kömək edə biləcəyini və Pekinin bu barədə Moskvanı xəbərdar edə biləcəyini düşündüyünü bildirib. O, həmçinin qeyd edib ki, Vaşinqton Çinə Rusiyanın öz nüvə silahlarını kosmosda yerləşdirmək planları barədə məlumat verib və bu, Pekini tədbir görməyə vadar edə bilər.
Qeyd edək ki, Rusiya prezidenti Putin dəfələrlə bəyan edib ki, Rusiya nüvə silahından ilk istifadə etməyəcək və belə silahlar yalnız son çarə hesab olunur. Noyabrda Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib. Doktrinaya görə, nüvə silahından istifadə yalnız ifrat və zəruri tədbir kimi qiymətləndirilir. Bununla belə, Moskva hesab edir ki, qeyri-nüvə dövlətinin nüvə ölkəsinin dəstəyi ilə Rusiyaya qarşı hücumu “birgə hücum” kimi qiymətləndiriləcək.
TAHİR