Yeni Orleanda izdihamın üstünə sürülmüş "İŞİD avtomobili" əslində Trampa qarşı əməliyyatdır...
ABŞ-dakı 3 kütləvi qətl hadisəsinin birinin altından "İŞİD-in barmağı" çıxdı, daha doğrusu çıxarıldı. Yeni Orlean şəhərində 42 yaşlı ABŞ vətəndaşı Şimşiddin Cabbar yük avtomobilini kütlənin ortasına sürdü və azı 15 adamı öldürdü. Bayden dərhal bəyanat verdi - Cabbarın avtomobilindən İŞİD bayrağı çıxıb və o bir gün əvvəl sosial şəbəkələrdə İŞİD-dən ilham aldığını deyən status paylaşıb"…
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Yeni ilin ilk 2 günündə 2 başqa dəhşətli hadisə də olub. Yenə ABŞ-da Las-Veqasda Trampın otellərinin birinin qarşısında “Tesla” avtomobili partladılıb. Yenə çoxlu sayda qurbanlar var. Nyu-Yorkda isə restorana silahlı basqın olub və çox sayda insan öldürülüb. Otelin qarşısında partladılmış avtomobil və Yeni Orleanda izdihamın üstünə sürülmüş avtomobillərin hər ikisi eyni şirkətdən icarəyə götürülüb.
Fikrimcə, hər 3 hadisənin altından "İŞİD-in barmağını "çıxaracaqlar. Çünki belə lazımdır. İnanmayacaqsınız. Suriyada İŞİD-lə müharibənin yeni dövrünün başlandığı kimi bir görüntü yaratmaq lazımdır. Belə olsa, ABŞ qoşunlarının Suriyadan çıxarılmasına ehtiyac qalmayacaq. 2 həftə əvvəl Dövlət katibi Blinken təsadüfən demədi ki, Suriyada İŞİD-lə müharibəni yarımçıq qoymaq olmaz. Buyurun, "səbəb" hazırdır, əgər ABŞ-da İŞİD hələ qətliam törətməkdə davam edirsə, deməli Suriyada hələ İŞİD var və Amerikanın Suriyada fəaliyyətinə hələ ehtiyac var.
Yaxın 20 illik tarixdən başqa faktları xatırladım.
1. Əl-Qaidə və Üsamə bin Laden 2001-ci ilin sentyabrında Nyu-Yorkda ekiz binaları vurdu. ABŞ növbəti il Əfqanıstana hücum etdi.
2. 2017-ci ildə Suriyada İŞİD peyda oldu və bunun ardınca ABŞ-ın İraqdakı hərbi qüvvələri İŞİD-lə mübarizə üçün Suriyaya girdi, bu gün də orada PKK/YPG ilə birlikdə İŞİD-ə qarşı vuruşurlar.
Terror təşkilatları harada meydana çıxırsa, orada ardınca ABŞ ordusu ortaya çıxır.
Qısası, Orleanda İŞİD-çi Cabbarın törətdiyi və ya onun adına yazılan hadisə Suriyada Amerika qoşunlarının hələ uzun müddət qalacağının anonsunu vermiş oldu.
Hələ bu hamısı deyil. Bayden hökuməti Amerika qoşunlarının Suriyadan çıxmasını mümkünsüz edən elə bir fakt ortaya qoyur ki, Tramp fəaliyyətə başlayandan sonra Suriyadan geri çəkilə bilməsin.
Beləliklə, Yeni Orleanda Cabbarın törətdiyi hadisə əslində Trampa qarşı gedişdir... İkinci hadisənin Trampın otelinin qarşısında törədilməsi də təsadüf deyil. Görəcəksiniz, böyük ehtimalla Nyu-Yorkda törədilmiş cinayətin də İŞİD-lə "bağlılığı" çıxacaq...
Tahir TAĞIYEV