Slovakiya Zelenskiyə görə ukraynalı qaçqınlara dəstəyi azaldır...
Slovakiyanın baş naziri Robert Fiko Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlinin dayandırılmasını “Zelenskinin təxribatı” kimi qiymətləndirib.
Fiko bu vəziyyətə cavab olaraq bildirib ki, Slovakiyadakı ukraynalı qaçqınlara dəstəyin əhəmiyyətli dərəcədə azaldılması və elektrik enerjisinin verilişinin dayandırılmasını koalisiya tərəfdaşları ilə müzakirə edəcəklər.
Fiko həmçinin Slovakiyanın daxili istehlakı ödəmək üçün kifayət qədər qaz ehtiyatına malik olduğunu və 2025-ci ildə ev təsərrüfatları üçün yanacaq xərclərində artım olmayacağına bildirib.
Rusiyanın enerji şirkəti “Qazprom” Ukraynanın “Naftoqaz” şirkəti ilə müqavilənin müddətinin başa çatmasını əsas gətirərək, yanvarın 1-dən Ukrayna üzərindən Avropaya qaz nəqlini dayandırıb.
TAHİR