Almaniyalı nazir Rusiyanı hərbi bazalarını Suriyadan çıxarmağa çağırdı...
Almaniyanın xarici işlər naziri Annalena Berbok Rusiyanı Suriyanın Latakiya bölgəsindəki hərbi bazalarını bu ölkədən çıxarmağa çağırıb. Berbok bu çağırışı Berlində keçirilən mətbuat konfransında dilə gətirib.
“Almaniya və beynəlxalq tərəfdaşları Suriyadakı daxili proseslərin xarici müdaxilələrlə pozulmamasını təmin etməkdə qərarlıdır. Bura Suriyanın suverenliyinə və ərazi bütövlüyünə hörmət də daxildir. Rusiyanın Suriyadakı hərbi bazalarından imtina etməsinin vaxtı çatıb" - deyə Berbok bildirib.
Qeyd edək ki, ötən həftə Suriyaya səfər edən Berbok xarici işlər naziri Əhməd əl-Şaraa və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlər keçirib.
TAHİR