20 il əvvəl İraqda necə oldusa, Suriyada da elə olacaq- sabah Ümumsuriya konfransı başlayır, sonda yenə Kürd muxtariyyatı...
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb. A.Quliyev daha sonra yazır: "2003- cü il, 1 may- Səddam tam çökdü, Bağdadda Müvəqqəti Amerika administrasiyası quruldu ,növbəti ilin iyununda Müvəqqəti Amerika administrasiyası hakimiyyəti sünnilərdən prezident, şiələrdən baş nazir olan Müvəqqəti İraq hökumətinə verdi. 2004- cü il avqustun 15- də isə Bağdadda Ümumiraq konfransı çağırıldı. İraqın hər yerindən 1800 nümayəndə iştirak etdi.Konfransda 100 nəfərdən ibarət Müvəqqəti parlament seçildi. Onun 81 nəfəri birbaşa konfransda seçildi, 19 yer isə Müvəqqəti İdarəetmə Şurasına verildi. Bir ol sonra 2005- ci ildə isə İraq Milli Məclisinə ümumi seçki keçirildi. Cəlal Tələbini prezident, şiə İbrahim Cəfəri baş nazir, sünni Hacı Əl Həsən parlament sədri oldu.
Mətləb