Bu ölkə ötən il 9,5 milyard dollarlıq silah ixrac edib
Koreya Respublikası 2024-cü ildə 9,5 milyard dollar dəyərində silah ixrac edib ki, bu da 15 milyard dollar səviyyəsində müəyyən edilmiş hədəf göstəricisindən 1,5 dəfə azdır. Bu barədə “Yonhap” agentliyi məlumat yayıb. Koreya Respublikasının Silah Satınalmaları Proqramları İdarəsi 2024-cü il üçün ilkin məlumatları hakim "Vətəndaş gücü" partiyasından olan deputat Yu Yon Vona təqdim edib. Müdafiə məhsullarının ixracı ardıcıl ikinci ildir ki, azalır. 2022-ci ildə Koreya Respublikası rekord həcmdə - 17,3 milyard dollar, 2023-cü ildə isə 13,5 milyard dollar dəyərində silah tədarük edib.
İlkin olaraq idarə bu il silah ixracının 20 milyard dollara çatacağını gözləsə də, ilin ikinci yarısında gözləntilərini azaldıb. Hakimiyyət bunu Polşa ilə 7 milyard dollar dəyərində “K-2” tanklarının növbəti partiyasının tədarükünə dair sazişin ilin sonunadək bağlanmaması ilə əlaqələndirir. Deputat Yu Yon Von Polşa və Səudiyyə Ərəbistanı ilə müqavilələr (1 milyard dollar) sayəsində gələn il ixracın 24 milyard dollara qədər arta biləcəyini proqnozlaşdırır.
Mətləb