İsrail ordusu Suriyanın cənubdakı ən böyük su anbarını ələ keçirdi...
Suriyada müxalif silahlı qrupların 61 illik Bəşər Əsəd rejimini devirməsindən sonra Suriyaya hücumlara başlayan İsrail ordusu Mantara su anbarını ələ keçirib.
Suriya mətbuatı yazır ki, ölkənin cənubunda ən böyük su anbarına nəzarəti ələ keçirən İsrail ordusu Mantara su bəndinin ətəyində yerləşib və bölgəni mühasirəyə alıb.
Al Arabiya İsrail qüvvələrinin Kuneytra çölündəki bu strateji bəndi tam nəzarətə götürdüyünü təsdiqləyib. Digər tərəfdən, İsrail qüvvələri Suriyanın paytaxtı Dəməşqdə hərbi məntəqəyə hava hücumu həyata keçirib.
Suriyanın Quneytra əyalətinin Suveysa kəndində isə işğala qarşı etiraz aksiyası zamanı İsrail əsgərləri dinc əhaliyə atəş açıb və 3 dinc sakin yaralanıb.
TAHİR