Qadın azarkeşi qucaqladı, yarım milyard cərimələndi - İranda skandal hadisə!
İranda idmanla bağlı daha bir qalmaqallı hadisə yaşanıb. Belə ki, qonşu ölkənin “İstiqlal” klubunun müdafiəçisi Ramin Rezaeyan azarkeşi qucaqladığı üçün külli miqdarda cərimələnib. Bu barədə məlumatı “Footboom” saytı yayıb.
Xəbərə görə, dekabrın 26-da keçirilən İran çempionatının 14-cü turunda “Şadormalu” ilə oyunundan əvvəl azarkeşlərdən biri Tehran komandasının avtobusuna minərək futbolçunu qucaqlayıb. Bu an kameralara düşüb və nəticədə İran Futbol Federasiyasının etika komitəsi Rezaeyanın hərəkətini qeyri-idman davranışı hesab edərək ona 510 milyon rial (təxminən 12 min dollar) məbləğində cərimə kəsib.
Xatırladaq ki, İranda qohum olmayan kişi və qadınların ictimai yerlərdə hər hansı formada fiziki təmasda olması ciddi qanun pozuntusu hesab olunur.