Rusiyanın "qara polkovnik"i idi, 74 yaşında öldü
Rusiya Dövlət Dumasının keçmiş deputatı, Sovet ordusunun polkovniki Viktor Alksnis 74 yaşında ölüb. Rusiya mətbuatı yazır ki, bu barədə onun qızı İrina məlumat yayıb. Məlumata görə, 2019-cu ilin oktyabrında ona xərçəng diaqnozu qoyulub, 30 dekabr 2024-cü ildə polkovnik insult keçirib və komaya düşüb. Viktor Alksnis 1989-1991-ci illərdə SSRİ xalq deputatı, 1990-1991-ci illərdə Latviya SSR Ali Sovetinin deputatı olub. O, həmçinin 1999-2007-ci illərdə üçüncü və dördüncü çağırış Dövlət Dumasının deputatı seçilib.
Viktor Alksnis ictimaiyyət arasında “Qara polkovnik” kimi tanınıb. Bu, onun 1991-ci ildə Sovet İttifaqında Fövqəladə Hallar üzrə Dövlət Komitəsinin (QKÇP) tərəfdarlarını dəstəkləməsi ilə bağlıdır.
Mətləb