Netanyahu əməliyyatdan sonra xəstəxananı tərk edib
Prostat vəzidən cərrahi əməliyyat olunan İsrailin Baş naziri Binyamin Netanyahu əməliyyatdan sonra bərpanı tamamlayaraq xəstəxananı tərk edib. Bu barədə Binyamin Netanyahunun Dəftərxanası məlumat yayıb. “Baş nazir Benyamin Netanyahu xəstəxanadan buraxılıb”, - məlumatda deyilir.
Dekabrın 29-da axşam Netanyahunun Dəftərxanası bildirib ki, hökumət başçısı həkimlər onun prostat vəzin xoşxassəli hiperplaziyası olduğunu aşkarladıqdan sonra prostat vəzidən uğurlu cərrahi əməliyyat keçirib. Cərrahi müdaxilə ümumi anesteziya altında aparılıb və fəsadsız keçib. Baş nazirin olmadığı müddətdə onun səlahiyyətləri ədliyyə naziri Yariv Levinə həvalə edilib.
Mətləb