6 iranlının edam edilməsi gərginliyə səbəb oldu - İran Səudiyyəyə nota verdi...
Səudiyyə Ərəbistanının 6 İran vətəndaşının narkotik alverinə görə edam edildiyini açıqlaması Ər-Riyad-Tehran xəttində yeni gərginliyə səbəb olub.
Səudiyyə Daxili İşlər Nazirliyi bəyan edib ki, 6 İran vətəndaşı əvvəllər ölkəyə marixuana qaçaqmalçılığına görə, həbs edilib və edam cəzasına məhkum edilib. Ancaq edamların nə vaxt həyata keçirildiyi barədə məlumat paylaşılmayıb.
Olayların ardından Səudiyyə Ərəbistanının Tehrandakı səfiri Abdullah bin Səud Əl-Ənzini İran Xarici İşlər Nazirliyinə çağırıb. Nazirlikdə Səudiyyə səfirinə İranın etiraz notası təqdim edilib və Səudiyyə Ərəbistanından bu məsələ ilə bağlı izahat verməsi tələb olunub.
TAHİR