KÖHNƏ VERSİYA            

"Regionda Azərbaycanın yaratdığı status-kvo ədalətə, beynəlxalq hüquqa əsaslanır"

Image

Çin Mərkəzi Televiziyasının və Çin Beynəlxalq Radisounun daxil olduğu “China Media Group” media korporasiyasının ingilisdilli CGTN kanalının “Mərkəz” proqramının xüsusi buraxılışı Azərbaycana həsr edilib.

Rəsmi şəxslərlə, nüfuzlu ictimai-siyasi xadimlərlə aktual mövzular ətrafında müsahibələr əsasında hazırlanan verilişin aparıcısı Van Quan proqramın əvvəlində ötən il Bakıda Prezident İlham Əliyevlə müsahibəsini, dövlətimizin başçısının Azərbaycan-Çin münasibətləri, bu əlaqələrin inkişafı ilə bağlı haqqında fikirlərini xatırladıb.

Proqramın qonağı olan Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev aparıcının ölkəmizin xarici siyasətinə, Azərbaycan ilə Çinin siyasi, iqtisadi-ticari, humanitar və digər sahələrdə əməkdaşlığına, əlaqələrin inkişaf perspektivlərinə, Çinin “Bir kəmər, bir yol” təşəbbüsü və onun tərkib hissəsi olan Orta Dəhliz üzrə əməkdaşlığa, Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq məsələlərinə dair və digər mövzularda suallarını cavablandırıb.

H.Hacıyev Prezident İlham Əliyevin Azərbaycan-Çin əməkdaşlığının və tərəfdaşlığının daha da inkişaf etdirilərək keyfiyyətcə yeni səviyyəyə qaldırılmasında maraqlı olduğunu vurğuladığını, iki ölkə arasında münasibətlərin ənənəvi dostluğa əsaslandığını, siyasi əlaqələrdə qarşılıqlı etimadın və dialoqun formalaşdığını, iqtisadi-ticari, mədəni-humanitar sahələrdə səmərəli əməkdaşlığın qurulduğunu, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq etdiyini bildirdiyini diqqətə çatdırıb. Azərbaycanın vahid Çin prinsipini dəstəkləməsi və Çinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə daim dəstəyi qeyd olunub. Prezidentin köməkçisi yüksək səviyyəli mütəmadi qarşılıqlı səfərlərin iki ölkənin əməkdaşlığının, dialoqunun möhkəmlənməsi baxımından əhəmiyyətini vurğulayıb.

Bu ilin fevralında ölkəmizdə keçirilmiş növbədənkənar prezident seçkiləri ilə bağlı sualı cavablandıran Hikmət Hacıyev bildirib ki, həmin seçkilər müstəqil Azərbaycanın tarixində ölkənin bütün suveren ərazisində keçirilmiş ilk seçkilər kimi tarixə düşüb. Çünki Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra hərbi təcavüz və separatizm səbəbindən ölkənin bütün ərazisində seçkilərin keçirilməsi mümkün olmamışdı. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev 2003-cü ildə ilk dəfə dövlət başçısı seçiləndə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa edəcəyinə dair xalqa verdiyi vədi yerinə yetirməyə müvəffəq olub. Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb. Regionda Azərbaycanın yaratdığı status-kvo ədalətə, beynəlxalq hüquqa əsaslanır. Fevralda keçirilmiş və Prezident İlham Əliyevin inamlı qələbəsi ilə nəticələnmiş seçkilər Azərbaycan tarixi üçün mühüm hadisə olmaqla yanaşı, ölkəmizin yeni hədəflərə yolunu da açıb. Bu gün rəsmi Bakı daha fəal xarici siyasət yürütməkdə qlobal məsələlərin həllində daha aktiv rol oynamaqda maraqlıdır.

Proqramda qeyd olunub ki, son illər Azərbaycan ilə Çin arasında iqtisadi-ticari əlaqələrin genişlənməsində “Bir kəmər, bir yol” təşəbbüsü xüsusi rol oynayır. Bu xüsusda Orta Dəhlizin imkanlarından maksimum dərəcədə istifadə olunmasının gələcəkdə iqtisadi-ticari münasibətlərə böyük töhfələr verəcəyi vurğulanıb. Həmçinin Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə xüsusi əlaqələrini nəzərə alaraq Çin-Mərkəzi Asiya-Azərbaycan formatında əməkdaşlıq imkanlarından bəhs edilib. Bildirilib ki, Azərbaycan tərəfdaş ölkələrlə birlikdə bu ticarət və nəqliyyat dəhlizinin daha səmərəli şərtlərlə fəaliyyəti üçün davamlı iş aparır.

Verilişdə Azərbaycan və Çinin ikili standartlarla üzləşməsi, bəzi Qərb ölkələrinin digərlərinin daxili işlərinə qarışması, başqalarına dərs keçmək və ya moizə oxumaq cəhdləri qınanılıb.

Verilişdə Azərbaycanda yaşıl keçid, yaşıl inkişaf siyasətindən söz açılıb, bu istiqamətdə Çinin rəsmi Bakının vacib tərəfdaşı olduğu, ölkələrimizin sözügedən sahədə yaxşı əməkdaşlıq imkanlarının mövcudluğu diqqətə çatdırılıb. Qeyd olunub ki, COP29-a ev sahibliyi barədə qərar zəngin neft-qaz ehtiyatlarına malik Azərbaycanın yaşıl keçidlə bağlı qəti iradəsinin təcəssümüdür. Bu cür tədbirlər Azərbaycanın yaşıl keçid, rəqəmsal inkişaf ilə bağlı prioritetlərinin həyata keçməsinə töhfə verəcək. Azərbaycanın COP29 çərçivəsində Qlobal Cənub və Qlobal Şimal arasında həmrəyliyə, konsensusa nail olmaq istiqamətində çalışacağı, inkişaf etməkdə olan, az inkişaf etmiş ölkələr və ətraf mühit dəyişmələrinin fəsadları ilə daha qabarıq şəkildə üzləşmiş kiçik ada ölkələrinin problemlərinin eşidilməsi üçün səylərini əsirgəməyəcək.

Proqramda iki ölkə arasında turizm əlaqələrindən də söz açılıb, bu xüsusda dünyanın ən böyük turist bazarlarından olan Çindən ölkəmizə daha çox səyahətçinin cəlb olunması üçün görülən işlərdən danışılıb. Eyni zamanda, Çin vətəndaşları üçün sadələşdirilmiş viza rejiminin, Bakı ilə Pekin arasında birbaşa uçuşların bu işə töhfə verdiyi vurğulanıb, Azərbaycan ilə Çinin regionları arasında əməkdaşlıqdan bəhs olunub.








VİDEO

Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir... - VİDEO

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı... - VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Azərbaycanın Suriya quruculuğunda iştirakına start verildi...

Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

SON XƏBƏRLƏR

26.12.2024 | 21:12
Dünyada ən dəhşətli dollar-yuan müharibə dövrü başladı...

26.12.2024 | 20:56
“Zəngəzur” və “Qərbi Azərbaycan” sözləri danışıqlardan çıxarılsın - Avropa deputatı reallıq hissini itirdi...

26.12.2024 | 20:41
Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”...

26.12.2024 | 20:26
Paşinyan Ermənistanı MDB-dən də uzaqlaşdırır - Moskvada hələ ümid edirlər...

26.12.2024 | 20:12
"Qərbi azərbaycanlıların qayıdış məsələsi sülh sazişində yer aldı" - erməni cəmiyyəti yeni xofda...

26.12.2024 | 19:58
Ermənistanın ticarətində 54 faiz artım necə baş verir?...

26.12.2024 | 19:45
Minlərlə kənd kitabxanası təhlükədən qurtardı - ağıllı təklif var...

26.12.2024 | 19:36
Təyyarəmiz Qroznıda vurulub, məsuliyyət Rusiyanın üzərindədir - təsdiqləndi...

26.12.2024 | 19:32
Təyyarə qəzasında yaralanan vətəndaşlarımız Bakıya gətirildi - FOTO

26.12.2024 | 19:23
"Türkiyə Abxaziyada çevriliş hazırlayır" - ermənilər bölgənin yeni rusofob "prezidentini" də tapıblar...

26.12.2024 | 19:10
Vətən müharibəsindən sonra diasporumuzun ən ümdə işi - lobbiçilik...

26.12.2024 | 19:01
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

26.12.2024 | 18:56
Bakının "Minsk qrupu buraxılsın" tələbinə Kremldən birmənalı dəstək gəldi...

26.12.2024 | 18:42
Aktau təyyarə qəzasında çoxsaylı şübhəli məqamlar var - "quş dəstəsi" ən zəif varianta çevrilir...

26.12.2024 | 18:28
Tiflisdə azərbaycanlıları da təkrar seçki tələbilə ayağa qaldırırlar...

26.12.2024 | 18:22
Aktauda təyyarə qəzasında yaralananlar FHN-in xüsusi təyyarəsi ilə Bakıya yola düşdü - FOTO

26.12.2024 | 18:15
“Quru keçidlər açıq olsaydı, təyyarə qəzası olmazdı” - sosial şəbəkələrdə absurd müzakirə...

26.12.2024 | 18:12
Andjey Duda Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 18:02
Vaxtı ötmüş kreditlər probleminin günahkarı yenə də banklar özləridir...

26.12.2024 | 17:49
MDB ölkələri ilə ticarətimizdə böyük nöqsan var - cəmi 1.4 milyard dollar...

26.12.2024 | 17:44
Si Cinpin Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

26.12.2024 | 17:42
Rüstəm Minnixanov Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 17:37
Tarix muzeyində saxta “Erməni Kilikiya şahlığı” ekspozisiyası açılıb

26.12.2024 | 17:26
Bakıda şagirdlər marşrut avtobuslarına buraxılmır...

26.12.2024 | 17:18
Aktauda qəzaya uğrayan AZAL təyyarəsi Rusiya hava məkanında hücuma məruz qalıb

26.12.2024 | 17:10
Rusiyadan NATO və Avropa ölkələrinə nüvə xəbərdarlığı - istənilən ssenariyə hazırıq...

26.12.2024 | 17:02
Təyyarə qəzasında xəsarət alan bir qrup vətəndaşımız ölkəyə gətirilir - FOTO

26.12.2024 | 16:51
AZAL-ın təyyarəsinin qəzaya uğramasına Rusiya raketi səbəb olub - "Euronews"dan iddia...

26.12.2024 | 16:44
Slovakiya Prezidenti Prezident İlham Əliyevə başsağlığı verib

26.12.2024 | 16:30
“Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir” - Vüqar Rəhimzadə

26.12.2024 | 16:08
Əsədin arvadının vəziyyəti ağırlaşdı - sağalma şansı 50 faizə düşüb, otağına heç kim buraxılmır...

26.12.2024 | 15:39
Gürcüstanın XİN başçısı Ceyhun Bayramova zəng vurdu - "Azərbaycanın yanındayıq"

26.12.2024 | 15:30
Fələstin Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 15:18
Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir

26.12.2024 | 15:17
BƏƏ Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 15:15
Həştərxanın qubernatoru Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

26.12.2024 | 15:12
Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 15:10
TDT Baş katibi Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

26.12.2024 | 14:35
Tramp Milad təbrikində Kanadanın baş nazirini qubernator adlandırdı - ABŞ-ın 51-ci ştatı olsalar...

26.12.2024 | 14:32
Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevə məktub göndərib

26.12.2024 | 14:20
"Nəşlərin tanınması üçün yaxınlarının DNT analizinə ehtiyac olacaq" - Baş konsul

26.12.2024 | 14:16
Milorad Dodik Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

26.12.2024 | 14:14
Məsud Pezeşkian Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 14:05
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə zəng edib

26.12.2024 | 13:51
Təyyarə qəzasında vəfat edən sərnişinlər və ekipaj üzvlərinin siyahısı açıqlandı

26.12.2024 | 13:45
Azərbaycan və Qazaxıstanın Baş nazirləri arasında növbəti telefon danışığı olub

26.12.2024 | 13:34
ABŞ Departamenti AZAL təyyarəsinin qəzaya uğraması ilə əlaqədar başsağlığı verib

26.12.2024 | 12:46
AZAL prezidentindən təyyarə qəzasının səbəbləri ilə bağlı açıqlama...

26.12.2024 | 12:33
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir... - VİDEO

26.12.2024 | 12:16
Təyyarə qəzasında xəsarət alanlardan daha birinin azərbaycanlı olduğu məlum oldu

26.12.2024 | 12:05
Təyyarə qəzasında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi - FOTO

26.12.2024 | 12:00
Azərbaycan kubokunun final matçı Sumqayıtda keçiriləcək

26.12.2024 | 11:51
Qəzaya uğrayan təyyarənin ekipaj üzvlərindən 3-ü ölüb

26.12.2024 | 11:50
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı... - VİDEO

26.12.2024 | 11:45
Təyyarə qəzasında həlak olanlardan biri Cəlilabad sakinidir

26.12.2024 | 11:30
Qazaxıstan Baş nazirinin müavini Ceyhun Bayramova zəng edib

26.12.2024 | 11:20
Azərbaycan və Türkiyə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olmalıdır - SƏBƏB?... Ramilə Dadaşova yazır

26.12.2024 | 11:05
"Xəstələrdən üçünün vəziyyəti ağır qiymətləndirilir” - Həkimdən açıqlama

26.12.2024 | 11:00
"Dualarımız və düşüncələrimiz Azərbaycanladır"- Pakistan səfirindən paylaşım

26.12.2024 | 10:40
Sumqayıtda 105 000 abonentə bəd xəbər- bu gün qaz olmayacaq...

26.12.2024 | 10:30
Bir gündə 48 cinayətin üstünün açılması təmin olunub - DİN

26.12.2024 | 10:20
Təyyarə qəzasında sağ qalanlardan 12 nəfəri bu gün Azərbaycana gətirilir

26.12.2024 | 10:15
Bu hökmün icrası barbarlıqdır və ləğv edilməlidir - Nobel sülh mükafatçısından İrana İTTİHAM

26.12.2024 | 10:10
Siyasi partiyalar təyyarə qəzası ilə əlaqədar bəyanat yayıblar

26.12.2024 | 10:05
"Real" bu almaniyalı futbolçuya "göz qoyub"...

26.12.2024 | 10:00
Təyyarə qəzası zamanı xəsarət almış doqquz rusiyalı təxliyə edilib - Rusiya FHN açıqlama yaydı

26.12.2024 | 09:30
Braziliya da təyyarə qəzasını araşdıracaq - Qazaxıstandan AÇIQLAMA

26.12.2024 | 09:26
“Azparkinq" işçilərinin böyük nöqsanı - ancaq cərimə yazır, nəzarət etmirlər...

26.12.2024 | 09:20
Baydendən Pentaqona "vəsiyyət" - Kiyevə hərbi yardımı davam etdirin...

26.12.2024 | 09:15
Hacıqabulda onlayn narkotika alverçisi yaxalanıb

26.12.2024 | 09:10
Antonio Qutereşdən başsağlığı mesajı

26.12.2024 | 09:00
FHN-in həkimləri və xilasediciləri Qazaxıstana göndərilib

26.12.2024 | 08:41
Minimum pensiya birdən-birə 40 manat artırıldı...

26.12.2024 | 01:13
Yeni Suriya hökumətinin İrana xəbərdarlığından 24 saat sonra ölkə qarışdı – Əsəd tərəfdarları silahlı üsyan qaldırdı...

26.12.2024 | 00:10
Bu gün Azərbaycanda matəm günüdür

25.12.2024 | 23:17
Təyyarə qəzasında həyatını itirənlərin cənazələri yaxın zamanda Azərbaycana gətiriləcək

25.12.2024 | 22:35
Ərdoğan Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 22:30
Azərbaycan çempionatı bir günlük təxirə salındı

25.12.2024 | 22:28
Mədəniyyət Nazirliyinin teatr-konsert müəssisələrində bütün mədəni-kütləvi tədbirlər təxirə salınıb

25.12.2024 | 22:26
ABL-ın basketbol görüşü təxirə düşdü

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031