KÖHNƏ VERSİYA            

Vətən müharibəsinin ilk şəhid qardaşları – Əli və İslam - Onuncu yazı

Image

Bəlkə də çox (sayda) insan həyatda ilklərdən olmağa can atır. Məsələn, biri savadı, biri ağlı, digəri gücü və çe­vik hərəkəti ilə və s. Ancaq elə insanlar (da) var ki, onları tale özü ilklərdən edir. Mingəçevirin Günəşli qəsəbəsinin girişində, o qədər də cah-cəlallı olmayan evdə bir vaxtlar çətin həyat yolu keçən, minbir əzab-əziyyətlə böyüyən Əli və İslam qardaşları (zənnimizcə) ilklərə çevrilmək is­ra­rında olmadılar. Onların yalnız bir arzusu vardı: müharibə başlasın, işğal altındakı torpaqlarımızı düşməndən geri alsınlar.

Bu arzunun içindəki od, alov, isti-ilıq və qaynar hə­rarət Əhmədov qardaşlarını 27 sentyabr 2020-ci ildə is­tək­lərinə çatdırdı. Müharibənin ilk günü böyük sevinc için­də döyüşə yollanan Əli və İslam bir neçə hərbi əməliy­yat­da iştirak etdi, düşmənə sarsıdıcı zərbə vurdu. Tə­əs­süf­lər olsun ki, müharibənin ilk günü Əli Əhmədov 27 yaşında Tərtər-Laçın istiqamətində gedən döyüşlərdə, İslam isə 26 yaşında Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq zirvəsinə ucaldı – şəhid statusuna sahib çıxdı. Bir-bi­rindən xəbərsiz şəhid olan Əhmədov qardaşları əbədiy­yə­tin qapısını eyni gündə – birlikdə döydülər. Hər iki qardaş Vətənə minnətdarlıq hissi ilə Mingəçevirin Şəhtdlər xi­yabanında uyuyur. Vətən də onları məmnun-məmnun qoy­nuna alıb, həzin layla deyir...

Vətən müharibəsi Əli və İslamı ilklərdən etdi: Onlar Və­tən müharibəsinin ilk şəhid qardaşları kimi tarixə düş­dülər. Vaxt gələcək, bu hadisə dərsliklərdə yer alacaq. Vaxt olacaq ki, müəllim şagirdlərdən soruşacaq: Vətən mü­haribəsinin ilk şəhid qardaşları kimdir?

Mövlana Cəlaləddin Rumi deyib: “Biz elə bir məxluq­larıq ki, bəzən mələklər insan olmadıqlarına görə kədərlənir, bəzən də şeytanlar insan olmadıqlarına görə şükür edirlər”. Bu aforizmdə, əslində, iki əks qütb - yaxşılıq və pislik bərqərardır. Bizim istinad etdiyiymiz qütbdə yaxşılıq bir missiyadır və bu aspektdə cilalanan insan mütləq mə­nada əsl insan olur. Məhz Əli və İslam qardaşları da hə­ya­tı əsl insan kimi yaşadılar və müharibədə də əsl insan ki­mi döyüşdülər. 

Şekspir də yaxşı deyib: “İnsan necə də xariqüladə bir varlıqdır! Onda necə də böyük qabiliyyətlər gizlənmişdir! O, yaradılışın zinəti və bütün Yer üzünün tacıdır!” Bu fi­kir­lər sanki Əli və İslam qardaşları üçün deyilib. Onlar xa­ri­qüladə vəziyyətləri təqdir edən Vətən oğulları kimi bö­yük qabiliyyətlər sərgilədilər. Şəhadət zirvəsində bu möhtəşəmlik uca bayraq kimi dalğalandı. 

Şəhriyarın təbirincə desək:

Bir insan köçürsə dünyadan əgər,

Sən elə bilmə ki, tək bir can gedir.

Hər sönən baxışda saysız ulduzlar,

Hər kiçik tabutda bir cahan gedir…

Əli və İslamın tabutunda təkcə qeyrətli Vətən oğullarının nəşi deyil, bütün cahanın mənəvi ucalığı əbədiyyətə köç etdi. Şair sanki o şeiri şəhid qardaşlara, onların timsalında Vətən uğrunda əbədiyyətə köç edən bütün şəhidlərimizə həsr edib... Ucalığı mənəvi ibadət hesab edən bu oğul­lar (əlbəttə ki,) ölümü dadarkən onu bir şərbət hesab etdilər. Onların Vətən eşqinə içdikləri bu şərbət həyat salnamələrinin ən qaynar ilğımı kimi təcəssüm edir. 

O kəsləri ki, həyat, tale və Vətən ilklərdən edir, deməli, onların Allah yanında sığınacaqları var. Belə nurlu in­san­lar ne­cə də xoşbəxtdirlər! 

Şəhid anaları övladlarının hansı hücrədə qərar tutduqlarına qəlbdən-könüldən inansalar, həqiqi mənada sevinər, Tan­rıya şükr edərlər. Əlbəttə, onlar övlad itiriblər, yoxluq acıları onların iç dünyasını təlatümlərdə yorur, lakin mə­nəvi ibadət maddi zəminləri həmişə geridə qoyur... Bu mənada, şəhid anaları itirdikləri oğullar üçün ağlamaqdan daha çox (onları) alqışlamalıdırlar. 

Biz Sevinc xanımın surətində möhkəm bir dözüm gör­dük. O, nə qədər Əli və İslam üçün yanır, kül olursa, bir o qə­dər də övladları Cənnətdə qərar tutduqları üçün Allaha şükr edir.

Əli və İslam sözün əsl mənasında qürur duyulası oğullardır. Çün­ki ilklərdən oldular... 

Şuşada döyüşmək ona qismət olmadı... 

Müharibəyə qatıldığı gün Əli Əhmədov xüsusi fəallıq gös­tərdi. Onun bu şücaəti alqışlananda, dedi ki, mən bütün ba­­carığımı Şuşa uğrunda döyüş üçün saxlamışam. Allah nə­sib edər, Şuşa uğrunda döyüşər, oradan Min­gə­çe­viri seyr edərəm... 

Döyüş yoldaşları bir ağızdan - İnşallah, - de­dilər. Tə­əs­süf hissilə bildirək ki, Əlinin bu arzusu gerçək olmadı, onun Şuşa uğrunda döyüşmək istəyi sadəcə, bir xəyal kimi qaldı. Bu hiss bizi çətin aşırımlarla üz-üzə qoydu, istədik Əlinin dilindən onun Şuşa həsrətinə bir ağı deyək... 

Dedik də. Həm də elə dedik ki, ürəyi Şuşa həsrətilə dö­yü­nən oğulların hamısının ruhu titrədi:

***

Yağış döyür neçə ildi damı, lal,

Gecə düşür, köç tərpənmir, hamı lal,

Mən də belə oxşayıram şamı, lal...

Pərvanəsiz namaz qılmır bu şam, oy.

 

Duman gəlib, şehdən qoru izi sən,

Yad önündə yerə qoyma dizi sən...

Bilirəm ki, qınayırsan bizi sən,

Otuz ildi nanəcibə tuşam, oy.

 

Həm sevincin, həm işıqlı qəmin ol,

Bəsdi susdun, lövbər salla, gəmin ol,

Tətikdədi barmaqlarım, əmin ol, 

Balan gəlib, səcdəndədir, Şuşam, oy.

Əlbəttə, Əli Şuşada döyüşə bilmədi, ancaq göstərdiyi şü­caətlə Şuşanın alınmasında xüsusi rol oynadı. Onun İs­lam­la - doğma qardaşı ilə eyni gündə şəhid olması Azər­bay­can Ordusunu hiddətə gətirdi. Hamı onların taleyinə acıdı, hətta yüzlərlə əsgər and içdi ki, Əli və İslamın intiqamını alacaq. O intiqam alındı. O qisas yanğısı erməniyə od qoydu. Şuşa uğrunda döyüşənlərin əksəri sıldırım qayalardan keçəndə Əlini xatırladı, süngünü erməninin bədəninə məhz Əlinin əli ilə vurduğunu zənn etdi.

Mingəçevirdən qayıdanda Əli və İslam qardaşlarından söz saldıq, maşında olanlardan biri dedi ki, Şuşanın alınmasında xüsusi əməyi olan döyüşçülərdən biri keçən həftə Mingəçevir Şəhidlər xiyabanına gəlib, Əlinin məzarının üstünə Şuşadan gətirdiyi torpaqdan töküb, deyib ki, sən Şu­şa uğrunda döyüşmək istəyirdin, nəsib olmadı, Şuşanı sə­nin döyüş yoldaşların aldı, arzun həyata keçdi, Əli. 

Heyif, o döyüşçünün kim olduğunu bilmədik...

Əsas odur ki, Əli Əhmədovun arzusu gerçək olub, Şu­şada Azərbaycan bayrağı dalğalanır.  

*** 

Adlar həyat teoremi, tale düsturudur, mənaca, məzmun­ca uyğun və zəruri səciyyələr kəsb edir. Kitabımızın Baş Ob­razları Əli və İslamın da daşıdıqları ada uyğun həyat ya­şa­maları bu (xarakterik) zərurətə faktoloji nisbət verir.  

“Əli” sözü ali, ulu, yüksək mənalarındadır. Bu adı daşıyanların əksəriyyəti mahiyyətə uyğun tale yaşayırlar. Əli Əhmədov da adının məna və anlamına sirayət edən həyat yaşadı. Az yaşadı, lakin ali və yüksək məqama ucaldı… 

“İslam” sözü itaət etmək, bağlanmaq mənasındadır. Bu söz şəriətdə Tövhid ilə Allaha təslim olmaq, boyun əy­mək, şirkdən və müşriklərdən uzaq olmaq anlamı kəsb edir. İslam Əhmədovun şəxsində bu ad mühüm məna daşıdı. Çılğın insan olsa da, itaətkar idi, bir dəfə də olsun, ki­min­sə qəlbini qırmadı. Həyata, anasına və Allaha bağlandı. Vətən sevgisi uğrunda özünü ölümə təslim etdi. Şərəfli ölüm onu ucaltdı. İndi İslamın ünvanı əbədiyyətdir...

(Ardı var)

Hikmət Məlikzadə







VİDEO

Konqresmen Pallone Bakıdan qaçdı və ABŞ da “tünd sirkə kimi partladı”... - VİDEO

Pezeşkian Şahin Mustafayevlə görüşdə səhv etdi, ermənilər isə səhvdən yapışdı... - VİDEO

Türk dövlətlərinin vahid xəritə qərarı Rusiyada təşvişə səbəb oldu... - VİDEO

27 il sonra Kəlbəcər ermənilərin “göz dağına” çevrildi...

Üç Benilüks ölkəsindən Azərbaycana eyni məzmunlu böhtan həmləsi - bəlkə səfirlər toplaşsın?..

COP-a ev sahibliyini çoxları edə bilər, onu yarıtmaq isə... Azərbaycan nümunəsi...

SON XƏBƏRLƏR

24.11.2024 | 12:20
COP29-un tarixi uğuru: karbon bazarına “yaşıl işıq” - ŞƏRH

24.11.2024 | 09:00
“Qalatasaray” həm qalib gəldi, həm də rekord qırdı

24.11.2024 | 08:44
Sifarişli taksilər mübahisəli "qiymət taktikasına" başlayıblar... - mənzil başında fərqli qiymət...

24.11.2024 | 08:00
Tramp yanvarda müharibəni bitirəcək? - Zelenski ümidlidir...

24.11.2024 | 06:00
COP29-un bağlanış plenar iclası keçirilib, bir sıra mühüm qərarlar qəbul edilib - YENİLƏNİB

23.11.2024 | 23:55
"İqlim maliyyəsi ilə bağlı razılıq üçün imkanımız var" - Braziliyalı nazir

23.11.2024 | 22:46
COP29-da İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən qərar qəbul olundu

23.11.2024 | 22:06
COP29 Paris Sazişinin 6-cı maddəsinin 10 ildən sonra tam şəkildə işlək vəziyyətə gətirilməsinə nail oldu... - FOTO/YENİLƏNDİ

23.11.2024 | 21:30
COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür qətnaməsi qəbul olundu...

23.11.2024 | 21:28
Borrel “Putinlə Trampı danışıqlar masasında əyləşdirmək istəyir”...

23.11.2024 | 21:25
COP29-a təzyiq yolunun sonu - Bayden kürsünü də, Sülh mükafatını da itirdi...

23.11.2024 | 21:15
27 il sonra Kəlbəcər ermənilərin “göz dağına” çevrildi...

23.11.2024 | 21:01
Üç Benilüks ölkəsindən Azərbaycana eyni məzmunlu böhtan həmləsi - bəlkə səfirlər toplaşsın?..

23.11.2024 | 20:51
"Heç kim Bakıdan əsas məqsədimizlə bağlı yaxşı nəticə əldə etmədən getmək istəmir" - Muxtar Babayev

23.11.2024 | 20:47
“İlham Əliyev deyib ki, saqqalını qırx” - Paşinyana yeni hücum...

23.11.2024 | 20:33
Makron Fransanı daha bir ölkədə biabırçı duruma düşürdü...

23.11.2024 | 20:19
Bakıda "Azərbaycan İrəvanı" günləri erməniləri ifşa edir...

23.11.2024 | 20:06
Azərbaycan iqlim maliyyə iddiasını konkret ortaya qoydu - ildə 250 milyard, Afrikadan dəstək - "biz trilyonlar tələb edirik"

23.11.2024 | 19:52
İlk erməni sputniki Azərbaycanda nələrin fotosunu çəkib?..

23.11.2024 | 19:38
Dizel yanacağı istehsalının bu qədər artımı nə ilə bağlıdır?..

23.11.2024 | 19:26
COP-a ev sahibliyini çoxları edə bilər, onu yarıtmaq isə... Azərbaycan nümunəsi...

23.11.2024 | 19:14
COP29 "yaşıl eraya" uğurlu keçidin mühüm platforması kimi özünü təsdiqlədi....

23.11.2024 | 19:01
Azərbaycançılıq mükəmməl milli ideologiya kimi ölkənin tərəqqisini daha dinamik hala gətirir

23.11.2024 | 18:47
"Qlobal Cənub QHT Platforması" nədir - Azərbaycan COP-da növbəti addımını atdı...

23.11.2024 | 18:33
Kiçik ada dövlətləri Bakıda "iqtisadi güclərə qarşı üsyan qaldırdılar" - "bizim seçimimiz yoxdur"...

23.11.2024 | 18:30
Beynəlxalq Forum direktoru ABŞ-ı iqlim sazişi ilə bağlı öhdəliklərindən yayınmağı dayandırmağa çağırdı

23.11.2024 | 18:20
"Power Shift Africa" ABŞ və Qərb ölkələrini iqlim maliyyəsi üçün məsuliyyətdən yayınmaqda ittiham etdi

23.11.2024 | 18:19
"Politico" nəşri Azərbaycanı "rus qazı" ilə ləkələməyə çalışır...

23.11.2024 | 18:12
İqlim Fəaliyyəti üzrə Beynəlxalq Şəbəkənin nümayəndəsi üsyan etdi - Qlobal Şimal ikiüzlülüyə son qoymalıdır...

23.11.2024 | 18:05
“Böyük Tiqranın Halley Kometi” - erməni tarixçilər təzə saxtakarlığa əl atdılar...

23.11.2024 | 18:03
Antiterrordan sonrakı reallıqları COP 29 bir daha təsdiqlədi...

23.11.2024 | 17:51
COP çərçivəsində “Qarabağa erməni qayıdışı”nı qabardanlara 2 dəqiq şərt qoyuldu...

23.11.2024 | 17:44
Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürülür...

23.11.2024 | 17:38
Ermənilər İrəvandakı daha bir qədim türk izini silir - “Qırmızı körpü”...

23.11.2024 | 17:25
Qərblə Rusiya "qarşılıqlı dondurulmuş pullarla" bir-birinə hücuma başlayıblar...

23.11.2024 | 17:12
İqlim fəalları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağırdı...

23.11.2024 | 17:06
Azərbaycan mediasının COP29 sınağı…

23.11.2024 | 17:02
Berbok Azərbaycan XİN-in “76 nəfərlik qara deputatlar” siyahısından danışdı...

23.11.2024 | 16:41
ABŞ Ukraynaya nüvə silahı verilməsi məsələsini gündəmə gətirdi...

23.11.2024 | 16:25
Netanyahunun Brüsselə yolu bağlandı - gəlsə həbs edəcəyik...

23.11.2024 | 16:14
MM-in Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupundan Paşinyana cavab...

23.11.2024 | 16:09
Aİ və 25 ölkə COP29-da öhdəlik götürdü - kömür elektrik stansiyaları tikməyəcəklər...

23.11.2024 | 16:06
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı

23.11.2024 | 16:05
Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edildi

23.11.2024 | 15:51
Tramp Ukraynanın NATO üzvlüyünə qarşı çıxan diplomatı Kiyevə xüsusi nümayəndə təyin edir...

23.11.2024 | 15:41
Qarabağın rəmzi Xarıbülbül cənubda

23.11.2024 | 15:36
COP29-da iqlim maliyyəsinin artırılması tələbi ilə aksiya keçirildi - FOTO

23.11.2024 | 15:17
Zakir Həsənov müşavirə keçirdi - ordu qarşısında konkret tapşırıqlar qoyuldu

23.11.2024 | 14:31
Fəxrəddin Altun: “Türkiyə terrora qarşı mübarizəsini davam etdirəcək”

23.11.2024 | 14:24
“Kipr türk xalqının bərabər beynəlxalq statusu üçün təşəbbüslərimizi davam etdiririk” - Hakan Fidan

23.11.2024 | 13:30
İstanbulda 70 kq qızılla tutulan azərbaycanlı özünü diplomat kimi təqdim etdi, ancaq...

23.11.2024 | 13:16
COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanıb

23.11.2024 | 13:04
Laçında 4,5 bal gücündə zəlzələ olub...

23.11.2024 | 12:16
Baş nazir Əli Əsədov köhnə qərarı ləğv edib yeni qərar imzaladı

23.11.2024 | 12:00
Livanda bəzi xəstəxanalar fəaliyyətini dayandırıb - ÜST həyəcan təbili çalır

23.11.2024 | 11:30
Qaz partlayışından xəsarət alan Cəhri sakini Bakıda vəfat edib

23.11.2024 | 11:20
Deputatlarımız Moskva yolçusudur

23.11.2024 | 11:10
Neftimizin qiyməti 76 dolları ötüb - dünya bazarında son durum

23.11.2024 | 11:05
Azərbaycanın əl-ayağına düşüb minnətdar olmalı idilər ki, "bizim bərbad etdiyimiz dünyanı siz xilas edirsiniz"!

23.11.2024 | 11:00
"Bu cəhdlər bütün bəşəriyyət üçün fəlakətlə nəticələnə bilər" - türkiyəli iqtisadçıdan XƏBƏRDALIQ

23.11.2024 | 10:30
“Neftçi” “Zirə”yə, “Səbail” “Qarabağ”a qarşı

23.11.2024 | 10:20
Gəncədə yük maşını beton hasara çırpılaraq yanıb

23.11.2024 | 10:15
Bu iş adamı ABŞ-ın maliyyə naziri olacaq

23.11.2024 | 10:05
Neftçalada avtomobil və motosiklet toqquşub, bir nəfər ölüb

23.11.2024 | 10:00
ABŞ-ın bu hərəkətləri müharibə risqi yaradır - Pxenyandan ETİRAZ

23.11.2024 | 10:00
Bu gündən bəzi məktəblərdə dərslər başlayıb

23.11.2024 | 09:25
Minimum aliment 11 manat artırılır...

23.11.2024 | 09:22
Makron dayanmır - yenə qalmaqal, yenə gərginlik...

23.11.2024 | 09:15
Donald Tramp bu prokurorları işdən çıxaracaq - “The Washington Post”

23.11.2024 | 09:10
Ronaldonun komandası ilk dəfə məğlub oldu

23.11.2024 | 09:05
Britaniya bankından ŞOK addım - Rusiya və Belarusdan ödənişləri DAYANDIRDI

23.11.2024 | 09:00
“Tramp praqmatik insandır”, - Medvedevdən açıqlama

23.11.2024 | 08:42
Rubl kağıza dönür - Bakıya pul göndərən soydaşlarımız çətinlikdədir...

23.11.2024 | 01:11
Rusiya Ukraynanı ilk dəfə bu silahla vurdu - dünyanı dəhşətə salan GÖRÜNTÜLƏR...

22.11.2024 | 21:58
Macarıstanın baş naziri Orban İsrailin baş naziri Netanyahunu həbs qərarından niyə müdafiə etdi?...

22.11.2024 | 21:12
25-də Gürcüstanda baş verəcəklər dünyanı narahat edir...

22.11.2024 | 20:58
BC Məhkəməsi Netanyahunu və Qallantı hansı cinayətlərə görə həbsə məhkum etdi...

22.11.2024 | 20:43
Dilimizin Monitorinq Mərkəzi niyə ləğv edildi... Prezidenti məcbur buraxan nüanslar...

22.11.2024 | 20:32
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır

22.11.2024 | 20:28
Avroittifaq missiyası Ermənistanda müşkül problemə çevrildi - 1 ay qaldı...

XƏBƏR ARXİVİ

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930