"Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanacağına ümid edirik" - Dennis Fransis
BMT Baş Assambleyası Azərbaycan Prezidenti və Ermənistan Baş naziri arasında görüşlərin yenidən bərpası və onlar arasında keçirilən Münxen görüşü və bunun ardınca iki ölkənin XİN rəhbərlərinin görüşünü təqdir edir.
Bu barədə BMT Baş Assambleyasının 78-ci prezidenti Dennis Fransis XI Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.
“Sülh və təhlükəsizliyin əldə olunması və bərpası istiqamətində daha çox addımların atılacağını, proqresə nail olunacağına inanırıq və gözləyirik.
BMT Baş Assambleyası beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində iki ölkə arasında sülh sazişinin imzalanacağına ümid edir”,- deyə o qeyd edib.