Azərbaycan, Gürcüstan və Türkiyə XİN başçılarının növbəti görüşü Türkiyədə keçiriləcək
Biz razılaşdıq ki, Azərbaycan, Türkiyə və Gürcüstanın XİN başçıları arasında növbəti üçtərəfli görüş Türkiyədə keçirilsin.
Bu barədə Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili martın 15-də Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşündən sonra keçirilən birgə mətbuat konfransında bildirib.
İ. Darçiaşvili vurğulayıb: “Biz müzakirələrdə birgə regional nəqliyyat layihələrinin perspektivlərinə də toxunduq. Enerji ehtiyatlarının Asiyadan Avropaya nəqlində bu üç ölkənin rolu xüsusilə əhəmiyyətlidir. Müzakirələr zamanı, həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin yaxın vaxtlarda tam gücü ilə fəaliyyətə başlamasının zəruriliyini vurğuladıq”.
ZÜMRÜD