Milli Məclisin plenar iclası başlayıb, hökümətin hesabatı dinləniləcək
Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb. Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə bir məsələnin müzakirəsi daxil edilib. İclasda Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabat dinləniləcək.
Baş nazir Əli Əsədov və hökumət rəsmiləri toplantıda iştirak edirlər. Ə.Əsədov hökümətin hesabatını təqdim edəcək.
Mətləb