KÖHNƏ VERSİYA            

Erməni mediası Zahid Orucdan yazdı

Image

Zahid Oruc: “Erməni saytlarında, erməni kanallarında, başqa informasiya seqmentlərində mənim açıqlamamı təhrif edərək...”

Erməni mediası Azərbaycan Milli Məclisinin İnsan Hüquqları Komitəsinin sədri Zahid Orucun  Rusiya-Ukrayna müharibəsində döyüşən azərbaycanlılarla bağlı səsləndirdiyi fikri belə qələmə verib ki, guya azərbaycanlılar həm Rusiya, həm də Ukrayna tərəfdə “rəsmi qərar əsasında” döyüşür. 

Ermənistan mətbuatı yazır ki, Z.Oruc Ukraynada azərbaycanlıların Rusiyaya qarşı vuruşduğunu etiraf edib. İddia edirlər ki, hətta buna dair rəsmi məlumatlar da açıqlanıb.

Erməni mediası hətta azərbaycanlıları “muzdlu” kimi də qələmə verməyindən qalmayıb. Yazdıqlarına görə, Rusiya Müdafiə Nazirliyi dəfələrlə bəyan edib ki, Kiyev rejimi xarici muzdlulardan “top yemi” kimi istifadə edir. “Pul üçün döyüşməyə gələnlər etiraf edirlər ki, Ukrayna hərbçiləri öz hərəkətlərini zəif əlaqələndirirlər və döyüşlərdə sağ çıxmaq şansları aşağıdır”-deyə yazırlar. 

Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, Milli Məclisinin İnsan Hüquqları Komitəsinin sədri, millət vəkili Zahid Orucun fikrlərinin “rəsmi tərəf” kimi təqdim edilməsi diqqətimizi çəkdi və Z.Orucla əlaqə saxladıq. 

“...Burada bizim açıqlamamızın “kiminsə tərəfindən döyüşməyə rəsmi qərar verilibdir” səviyyəsində tövsif edilməsi, şərh olunması yolverilməzdir” 

Z.Oruc “Bakı-Xəbər”ə bildirdi ki, onun açıqlamasının rəsmi qərar kimi qələmə verilməsi yolverilməzdir. “Dünən (5 mart-İ.S) insan hüquqları üzrə müvəkkilin illik məruzəsi üzrə parlamentdə aparılan müzakirələr zamanı profil komitə olaraq mənim tərəfimdən bu məsələ ilə bağlı ayrıca məruzə edildi. Onun tərkibində bir neçə mühüm məsələyə yer ayrılmışdı və vacib problemlərdən biri kimi, ombudsmanın məruzəsində İraq və Suriyadan ölkəmizə qaytarılan 469 qadın və uşaqla bağlı, eyni zamanda onların yerləşdirilməsi, psixoloji reabilitasiyası və gələcəklərinə dair əksini tapmış fikirlər üzərindən məsələyə daha geniş kontekstdə yanaşmağı təqdim etməyə çalışmışam. Fikrimcə, hər birimiz onu müşahidə edirik ki, bu gün qlobal dünyada, qlobal məkanda artıq müharibələr dövlətlərarası xarakterdə deyil, gerçəkdən də daha çox dövlətlərin, daha çox coğrafiyaların bu proseslərə qoşulduğu bir şəraitdə gedir. Əgər biz Suriya və İraqda baxırdıqsa, orada qara bayraqlar altında əvvəl İŞİD və onun çevrəsində digər müxtəlif örgütlər xaotik bir formada biri digərinə qarşı, vaxtilə Tomas Hobbesin dediyi “hamının hamıya qarşı savaşı” kimi bir mənzərəni yaradırdılar. Təəssüflər olsun ki, “cənnət axtarışında” Azərbaycandan da çoxlu sayda övladlarımız, vətəndaşlarımız gedib o müharibələrə qatılırdılar. Bunun sırasında ikinci ağrılı cəhət ailələrini, övladlarını da özləri ilə çoxsaylı aparanların olması idi ki, bunlar da artıq rəsmi sənədlərdə öz əksini tapıb. Sizə xatırlatmaq istəyirəm ki, dövlət təhlükəsizlik orqanları o dövrdə Suriya məkanına gedən gənclərin sayının 1000-ə qədər olduğunu göstərmişdi. Razılaşın ki, biz o vaxt hələ Qarabağ savaşının,  Vətən müharibəsinin olmadığı və hər an bunun gözlənildiyi, hər bir nəfər Azərbaycan insanına ehtiyacımızın olduğu, döyüşçülərimizin, cəngavər oğullarımızın bu savaşı düşmənə qarşı göstərməli olduğu şəraitdə biz görürdük ki, müxtəlif adlar altında hansısa dini cərəyanlar, məzhəblər çərçivəsində onların həyatı itirilir, ailə faciələri yaşanır. O dövrdə parlament məcbur olaraq qanunvericilik sistemində sərtləşməyə getdi. Bu fəaliyyətləri terror birləşmələrində iştirak və vətəndaşlıqdan məhrumetmə kimi ən sərt qərarla yekunlaşdırdı. Artıq bu, hüquq sistemimizin tərkib hissəsidir. Amma ondan sonrakı dövr belə bir hüquqi kolleziya yarandı. Biz indi bunun gerçəkliyini Rusiya-Ukrayna savaşında gördük. Belə çıxır ki, hər hansı bir üsyançı terror hərbi birləşmələrində iştirak  ciddi bir cinayət əməlidir və hətta dediyimiz kimi, o insanlar ölkəyə buraxılmırlar, vətəndaşlığı itirirlər, ancaq nizami ordu birləşmələrində, tutalım ki, Rusiya və ya Ukrayna tərəfdən döyüşərkən bu məsələ hüquqi cəhətdən tənzimlənmir. Mənim dünənki çıxışımın mətninə diqqət etsəniz bu məsələlər var. Bu problemə vurğu edirəm ki, gözümüzün qarşısında həmin iki ölkədə yaşayan, orada çalışan, vətəndaşlıq alanlar deyil, məhz bizim vətəndaşların o müharibəyə qatılması və nəticə etibarı ilə sanki səngərdə həm də iki azərbaycanlının bir-birinə qarşı fərqli dövlətlərin bayrağı, hərbi hissəsi, komandanlığı altında döyüşməsi və hətta bəlkə bir-birini öldürməsi mənzərəsidir. Gəlin razılaşaq ki, qətiyyən məqbul sayılacaq bir hadisə deyil. Kimsə onu öz evindən, ailəsindən görmürsə bəlkə də bu problemi bir qədər uzaq saya bilər.  20-dən çox şəxsin həyatını itirdiyi və gətirilib Azərbaycanda dəfn olunduğuna dair hadisələri görmüşük. Bu dəfn bir sıra hallarda o qədər sakit, cəmiyyətin də laqeyd baxışı altında keçib. Hər birimiz buna çağırış etməliyik ki, o oğullar bizə lazımdır. Hüquqi baxımdan da bu məsələyə mütləq münasibət bildirilməlidir. Ən sərt tədbirlər görülməsə, bu proses daha da genişlənə bilər və Rusiya ətrafında o qlobal savaşın genişlənəcəyi təhlükəni görürük, bir çox dövlətlərdən qopub bu ərazilərə gələn legioner dəstələr, qüvvələr var. Səbəbləri də müxtəlifdir - kimi maddi, kimi ideoloji-siyasi baxımdan, yaxud sadəcə hansısa tələlərə düşüb məcburən qoşulub iştirak edirlər. O üzdən erməni saytlarında, erməni kanallarında, başqa informasiya seqmentlərində mənim açıqlamamı təhrif edərək onu Ukraynaya, yaxud Rusiyaya qarşı Azərbaycan dövlətinin verdiyi qərarla kimlərinsə döyüşdüyü kimi qələmə vermələri, bunu dövlətin adına yazmaları və ondan  siyasi bir yarar gözləmələri qəti şəkildə nəticə verəcək addımlar deyil.  Sizinlə danışdığımız anda Rusiya hökumətinin rəhbəri ölkəmizdə səfərdədir. O biri yanda Ukrayna ilə münasibətlərilə bağlı  da Münhen Təhlükəsizlik sammitində ölkə başçısının görüşünü xatırlada bilərik. Azərbaycan prinsipal olaraq ərazi bütövlüyünə münasibətdə Ukraynanın keçmiş və indiki hakimiyyətlərindən fərqli olaraq özünün mövqeyini, dövlət kursunu beynəlxalq təhlükəsizlik sistemi üçün fundamental təməl prinsiplərini daim   bəyan edib. Ona görə də, burada bizim açıqlamamızın “kiminsə tərəfindən döyüşməyə rəsmi qərar verilibdir” səviyyəsində tövsif edilməsi, şərh olunması yolverilməzdir. Bunu qəti bir şəkildə pisləyirik, qəbul etmirik. Faktdır ki, Ermənistan bu cür məsələlərdə manevr etməyə çalışır, gah özünü Ukraynapərəst göstərir və guya hansısa qüvvələr gedib orada məhz buna görə döyüşür, sonra Rusiya ilə münasibətlər nisbətən normallaşanda ayrı addımlar atırlar. Amma Azərbaycan dövlətinin bu məsələyə münasibətdə sabit xətti var...” 

Z.Oruc əlavə etdi ki, Azərbaycan Kosovoda, İraqda sülhməramlı aksiyalarda iştirak edib və bu, başqa rəsmi addımlar olub. “Dövlət bununla bağlı parlamentin xüsusi bir qərarı vasitəsilə də irəli gedən addımlar atıb. Ancaq bizim indiki halda hərbi neytrallığımıza, bu savaşa siyasi vasitəçi olmaq mövqeyimizi qardaş Türkiyə ilə birlikdə dəfələrlə göstərməyimizə baxmayaraq, oğullarımızın gedib qarşı duran səngərlərdə bir-birini məhv etməsini, qətlə yetirməsini, yaralamasını əsla istəmirik, bu, milli genofondumuza itki sayılır”-deyə millət vəkili qeyd etdi.

İradə SARIYEVA







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Yeni dünya düzəni - Azərbaycan balansı saxlayacaq, ya blok seçəcək?...

Ermənilər Naxçıvanla sərhəddə yeni istehkamları nə məqsədlə tikir?..

Fransa Azərbaycanla təmaslara yalnız bir şərtlə başlaya bilər - Prezident dedi...

SON XƏBƏRLƏR

11.01.2025 | 10:20
Hər gün Britaniyada 50 insan xəstəxanada növbə gözləyərkən ölür - ŞOK FAKT

11.01.2025 | 10:10
"Bu, təkcə Ukraynaya kömək etməyəcək" - Zelenski Rusiyanın dondurulmuş aktivləri barədə çağırış etdi

11.01.2025 | 10:00
Azərbacan XİN-dən ABŞ-a başsağlığı mesajı

11.01.2025 | 10:00
"Survivor"ın qalibi idi, bütün var-dövləti bir anda yanıb kül oldu...

11.01.2025 | 09:27
Bank kreditləri "davranış modelləri" əsasında veriləcək - "sosial şəbəkədə fəalsınız?"...

11.01.2025 | 09:20
Ukraynaya 30 min yeni dron yollayacaq - Britaniyadan QƏRAR

11.01.2025 | 09:13
Ərdoğan Birol Akgünü Azərbaycana səfir təyin etdi

11.01.2025 | 09:10
Fatih Terim yeni komandasında məğlubiyyətlə başladı

11.01.2025 | 09:00
Tramp prezidentliyinin ilk günündə 100-dən çox sərəncam imzlayacaq - İDDİA

11.01.2025 | 08:42
Prezidentin Bakıda göstərdiyi 10 ərazi haraları əhatə edir...

10.01.2025 | 22:28
İnsana sevinc və kədər limiti ayrılıb - Limitə qənaət edənlər çox yaşayırlar

10.01.2025 | 21:45
"Bu, başlanğıcdır..."

10.01.2025 | 21:41
Paşinyanın yeni 11 "təşəbbüsü" sülhə yox, imitasiyaya xidmət edir- 2- si "elə ",4- ü "belə", 3- ü "orda", 2- si "burda".....

10.01.2025 | 21:17
Makron Fransa siyasətində təsadüfi adam imiş - bioqrafiyasına baxın...

10.01.2025 | 21:02
Qərbi azərbaycanlıların qayıdışı yeni fazaya keçdi... - MÜSAHİBƏ

10.01.2025 | 20:46
Yeni dünya düzəni - Azərbaycan balansı saxlayacaq, ya blok seçəcək?...

10.01.2025 | 20:31
Paşinyana Qərbi Azərbaycanın hara olduğunu göstərəcəyik - İran sərhədindən İrəvanadək...

10.01.2025 | 20:16
İrəvan Kremlə qarşı "atla gediş" etdi - Avroittifaqdan imtina etmir, Rusiya isə onu Aİİ-dən çıxara bilmir...

10.01.2025 | 20:02
Qloballaşma prosesi bitdi - Azərbaycan növbəti dövrə hazırlaşır...

10.01.2025 | 19:47
ABŞ və Avropa Bakı-İrəvan normallaşma prosesindən çıxarıldı - niyə və nə vaxtadək?

10.01.2025 | 19:33
Ermənistanın Avroittifaqa birləşmə prosesi başladı - Rusiya hələ sadəcə "söz oynadır"...

10.01.2025 | 19:18
Trampın komandasından müharibə anonsu - İranın oktyabradək vaxtı qaldı...

10.01.2025 | 19:04
Medvedyev İrəvandan cavabını aldı - "Bizi Ukrayna ilə hədələmə"...

10.01.2025 | 18:49
Azərbaycan Türkiyənin yeni Suriya əməliyyatına hansı səviyyədə dəstək verəcək?..

10.01.2025 | 18:35
Nəqliyyatda yeni texnologiyalar - Prezident mətbuatın dəstəyini vacib saydı...

10.01.2025 | 18:21
Ermənilər Naxçıvanla sərhəddə yeni istehkamları nə məqsədlə tikir?..

10.01.2025 | 18:07
Paşinyanın yeni təklifləri Bakı ilə sülh imkanlarını tam qapatdı...

10.01.2025 | 17:53
İran Azərbaycanla səfirlik terroru məsələsini hələ də uzadır...

10.01.2025 | 17:40
Fransa Azərbaycanla təmaslara yalnız bir şərtlə başlaya bilər - Prezident dedi...

10.01.2025 | 17:35
Gömrükçülər ötən il narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 96 fakt aşkarlayıb

10.01.2025 | 17:27
Zəif liderin ölkəsi güclü ola bilməz - Əliyevin dünyaya daha bir mesajı...

10.01.2025 | 17:14
Media savadlılığı və siyasi mədəniyyət davranışları...

10.01.2025 | 17:02
İranlı generaldan şok Suriya etirafı - çox pis məğlub olduq, ruslar bizi aldatdı…

10.01.2025 | 16:55
“Əhalinin sosial müdafiəsinin gücləndirilməsi iqtisadi siyasətimizin əsasıdır” - Vüqar Rəhimzadə

10.01.2025 | 16:52
BMU-İNHA İDP və İqlim Böhranına Cavab Layihə Qrupu arasında sənəd imzalanıb

10.01.2025 | 16:45
Rus qazı iki ölkəni üz-üzə qoydu - Slovakiyanın baş naziri Zelenskini hədələdi…

10.01.2025 | 16:33
“GERMAN HOSPİTAL”da əməliyyat otağında ad günü keçirənlərlə bağlı qərar verildi...

10.01.2025 | 16:26
Moskva İrəvana “əba altından zopa” göstərdi - Ermənistan Aİİ-dən çıxsa…

10.01.2025 | 16:17
Elmi dərəcəsi olanların maaşlarına əlavələr ödəniləcək - QƏRAR

10.01.2025 | 16:11
Zelenski qərbli müttəfiqlərinə çağırış etdi - Ukraynaya qoşun göndərin...

10.01.2025 | 15:56
Sahibkarlıq subyektlərinə 10 milyon manatadək kredit veriləcək

10.01.2025 | 15:50
Polisə tabe olmayan sürücü həbs edildi

10.01.2025 | 15:37
İxrac pulunu ölkəyə qaytarmayan daha bir neçə vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edildi...

10.01.2025 | 15:22
Bələdiyyə üzvlüyünə namizədlərin siyahısı açıqlandı

10.01.2025 | 15:14
Küveytin yeni səfiri Prezident İlham Əliyevin qəbulunda... - FOTO/YENİLƏNDİ

10.01.2025 | 15:10
Prezident İlham Əliyev Litvanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTO/YENİLƏNDİ

10.01.2025 | 15:09
Sumqayıt və Abşeronda oğurluq edən 3 nəfər yaxalandı

10.01.2025 | 14:51
Azərbaycanın Los Ancelesdəki Baş konsulluğunun binası boşaldıldı...

10.01.2025 | 14:48
“Rəqəmsal ekologiya” informasiya sistemi yaradıldı - FƏRMAN

10.01.2025 | 14:46
“Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamə” təsdiqləndi

10.01.2025 | 14:22
Ermənistandakı Aİ missiyasının müddəti 2 il uzadıla bilər

10.01.2025 | 14:08
"Azərbaycan və Ermənistan arasında sülh regionda yeni fürsətlər yaradacaq" - Hakan Fidan

10.01.2025 | 13:54
Dilçilikdə Afad Qurbanov fenomeni

10.01.2025 | 13:53
Saatlıda narkotikin təsiri altında avtomobil idarə edən 2 sürücü saxlandı

10.01.2025 | 13:45
Belçikalıların Kralı Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

10.01.2025 | 13:27
Bakıda fermadan xırdabuynuzlu heyvan oğurlayan şəxslər saxlandı

10.01.2025 | 13:17
Prezident İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydasını təsdiqlədi

10.01.2025 | 13:03
Россия-Армения, дикий развод! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

10.01.2025 | 12:55
Azərbaycan və Mərakeş arasında müdafiə sahəsində hərbi əməkdaşlıq haqqında Saziş təsdiqləndi

10.01.2025 | 12:50
Samir Şərifov Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

10.01.2025 | 12:47
Samir Şərifov maliyyə naziri vəzifəsindən azad edildi - SƏRƏNCAM

10.01.2025 | 12:30
Xaçmazda narkotik əməliyyatı: iki nəfər saxlandı

10.01.2025 | 12:05
Bakıda velosiped yollarının uzunluğu 100 km-ə çatdırılacaq

10.01.2025 | 12:00
Deputat və Qubernator əlbayaxa oldu, Paşinyan iclası tərk etdi

10.01.2025 | 11:30
Bakıda tramvayın effektiv olacağı ərazilər açıqlandı

10.01.2025 | 11:20
Yanğınlar ABŞ-da təlaş yaradıb - 10 milyona yaxın sakinə səhvən təxliyə bildirişi gəlib..

10.01.2025 | 11:15
Qarabağ və Şərqi Zəngəzurda 3,4 min km uzunluğa malik avtomobil yolları inşa edilir

10.01.2025 | 11:05
Qərb Ermənistana təzə vəzifə verdi - CANLI

10.01.2025 | 11:05
7 dəfə həbs olunmuşdu, üstündən odlu silah çıxdı...

10.01.2025 | 11:00
Bu il Bakı metrosuna 20 ədəd yeni nəsil vaqon gətiriləcək

10.01.2025 | 10:30
Ağstafada bu restoranın fəaliyyəti dayandırıldı

10.01.2025 | 10:20
Lənkəranda 11 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb - DİN məlumat yaydı

10.01.2025 | 10:10
Mourinyo "Fənərbaxça"nı "Everton"a dəyişir?

10.01.2025 | 10:05
Şahbaz Şərif gələn ay Azərbaycan və Özbəkistana səfər edəcək?

10.01.2025 | 10:00
Bakının bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ

10.01.2025 | 10:00
İmişlidə motosiklet avtomobillə toqquşub

10.01.2025 | 09:30
İlon Mask Almaniyada qalmaqal yaradıb - Bundestaq araşdırmalara başladı

10.01.2025 | 09:22
Mərkəzi Bank üçün ən pis proqnoz - valyuta ehtiyatları azalacaq...

10.01.2025 | 09:20
Dəm qazı daha bir can aldı - bu dəfə Masazırda...

10.01.2025 | 09:15
Tramp Putinin SİRRİNİ AÇDI - "mənimlə görüşmək istəyir"

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031