"Bakı bunun üçün ideal şəhərlərdən biridir" - Matar Ba
Seneqalın sabiq idman naziri, İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyaya Tərəf Ölkələrin 9-cu Konfransı (COP9) Bürosunun sədri Matar Ba Bakıda təşkil edilən tədbir zamanı jurnalistlərə açıqlamalar verib. Sabiq nazir bildirib ki, Gənclər və idman sahəsində daha çox iş görməyə çalışırıq. Bakı bunun üçün ideal şəhərlərdən biridir.
Matar Ba COP9 Bürosunun paytaxtda reallaşdırdığı görüşə görə Azərbaycan hökumətinə, həmçinin gənclər və idman naziri Fərid Qayıbova təşəkkürünü bildirib: “Bakıda ilk dəfədir COP9 çərçivəsində rəsmi görüş keçirilir. Burada böyük tədbirlər gerçəkləşib. Bugünkü toplantı da böyük əhəmiyyət kəsb edir. Bunun sayəsində təcrübələrimizi bölüşəcəyik. Assambleyanın ötən ilin oktyabrındakı tövsiyələrini tətbiq etməyə çalışacağıq. Bu gün bir çox məsələlərdən bəhs ediləcək. Bunlardan biri maliyyə qaynaqlarının tapılmasıdır. Elə vəziyyət yaratmalıyıq ki, şərtlər bütün dövlətlər üçün yerinə yetirilmiş olsun”.
Mətləb