Keçən ay hər bir ailəyə ödənilən ÜDSY-nin məbləği 18,6% artıb
2024-cü ilin fevral ayında orta hesabla bir ailəyə ödənilən Ünvanlı Dövlət Sosial Yardımın (ÜDSY) məbləği 18,6% artıb. Bu barədə baki-xeber.com-a DSMF-nin mətbuat xidmətindən məlumat verilib. Beləliklə, ötən ilin fevral ayında orta hesabla bir ailəyə ödənilən ÜDSY-nin məbləği 410,0 manat idisə, cari ilin müvafiq dövründə bu məbləğ artaraq 486,3 manat təşkil edib.
İradə SARIYEVA