"Tik Tok" ABŞ-da qadağan olunur? - artıq qanun layihəsi hazırlanır
ABŞ Konqresinin Nümayəndələr Palatasının qanunvericiləri Çinin “ByteDance” şirkətinə məxsus olan “TikTok” sosial şəbəkəsini qadağan edən qanun layihəsi hazırlayıblar. Bu barədə “The Hill” qəzeti yazıb. Amerikalıları xarici təcavüzkarlar tərəfindən idarə olunan proqramlardan qorumaq üçün qanun layihəsi respublikaçı Mayk Qallaher və Demokrat Raja Krişnamurti tərəfindən dəstəklənir.
Sənəddə “ByteDance” və “TikTok” xarici təcavüzkarlar tərəfindən idarə olunan proqramlar kimi adlanır. Nəşrin məlumatına görə, qanun layihəsi Çin şirkətini “TikTok”dan imtina etməyə məcbur edəcək, əks halda bu platforma ABŞ-da qadağan oluna bilər.
Mətləb