Fermer üsyanı Çexiyanı da bürüdü...
Avropadakı fermer etirazları artıq Çexiyada da günlərdir ki davam edir. Belə ki, kənd təsərrüfatı təşkilatlarının nümayəndələrinin görüşündən sonra Çexiya Aqrar Palatasının prezidenti Yan Dolejal və Kənd Təsərrüfatı İttifaqının sədri Martin Pıxa qarşıdan gələn aksiya barədə məlumat veriblər: “Traktorlar və digər kənd təsərrüfatı texnikası Praqada yürüş edəcək, hökumət binasının qarşısında isə nümayiş olacaq”.
Çexiyanın kənd təsərrüfatı naziri Marek Vıbornı hökumətin fermerlərin beş tələbindən bəzisini təmin etdiyini açıqlayıb. Fermerlərin fikrincə, bu yardım hələ ki, kifayət deyil.
Mətləb