KÖHNƏ VERSİYA            

Şəhid(lər) haqqında ürək sözləri də fərqli olur... - Yeddinci yazı

Image

Əli və İslam Əhmədov qardaşları haqqında çox deyilib, bundan sonra daha çox deyiləcək. Çünki onlar tarixə qəh­rəman qardaşlar - müharibənin ilk şəhid qardaşları ki­mi dü­şüblər...

...Məqam elə gətirib ki, şəhid qardaşlar haqqında qo­hum-əqrəbaları da ürək yanğısı ilə söz deyiblər... 

Onları təqdim edirik:

Jalə:

- Nənəm rəhmətə gedəndə Mingəçevirə getdik. Əliydi, Sevinc bibi idi, bir də mən idim. Sevinc bibi dedi ki, gedək bizim evə bax. Getdik... Təmir işləri aparılırdı. Əli evin bütün aboylarını bizə göstərdi. Dedi, bu, mənim otağımındı, bu İslamın, bu da mamanın. Sevinc bibi də zarafatla dedi ki, görürsən, ay Jalə, harda yaxşı aboy var, özlərinə seçiblər. Əli də dedi ki, bu ev bütövlükdə sənindi, ana, hansı otaqda istəsən qala bilərsən. Gülə-gülə, danışa-danışa aboyları yığdılar. Toyun vaxtını təyin etdilər. Toya ciddi hazırlaşırdılar. Ancaq... Amansız ölüm sevincimizi gözlərimizdə qoydu. Vətən müharibəsi Əlini də, İslamı da bizdən aldı... Onların yoxluğuna inanmaq çox çətindir. Ancaq acı bir həqiqət var ki, Əli və İslam aramüzda deyil, Cənnət quşları kimi uçub gediblər - əbədiyyətə, getməli olduqları yerə...

Ülviyyə:

- Bu yaxınlarda İslam uşaqlıq çağında yuxuma girmişdi. Ayağında bir krassofka vardı. Dedi, ay Ülviyyə, bilirsən biz necə böyümüşük? Ayaqqabısını çıxardı, corabını göstərdi. Gördüm, corabı cırıq-cırıqdı. Dedi, bax, biz belə böyümüşük. Dedi və öz dediyinə kövrəldi... 

Bax, kasıb balaları belə mərd olurlar. 

O gün də qonşu İslamı yuxuda görüb. Deyir ki, get ma­mama de ki, çox ağlamasın. Yerim su olur, narahat oluram. Göz yaşları ilə bizim çırağımızı söndürməsin, yandırsın. Ya­şatsın bizi. Balalarının xatirələrini yaşatsın. Deyir və son­ra buludlara doğru qalxır...

Əli və İslamın ildönümündə dostları, iş yoldaşları gəl­miş­di. Onlardan biri Sevinc bibi ilə söhbət edirdi. Elə bildim iş yoldaşıdı. Soruşdum, Sevinc bibi dedi ki, Əlini yu­yan oğlandı. Əli şəhid olanda onun meyitini o yuyub. Ma­raq­lıdır ki, 27 sentyabrda - şəhidlərin anım gününə o da gəlibmiş. Ancaq Sevinc bibini görüb yaxınlaşmayıb. Gecə Əli həmin oğlanın yuxusuna girib deyib ki, sən məni gör­mü­sən axı. Niyə məni gördüyünü anama demədin? 

Həmin oğlan dedi ki, mən Əlini yuyanda onun üzündə hüdudsuz təbəssüm gördüm... 

Bayram Məmmədov:

- Əli və İslam mənə xalaoğlu, yox, qardaş olublar. On­lar­la bağlı xatirələrimiz çoxdur. İslam ürəyi təmiz və şıltaq uşaq idi. Güləşməyi çox sevirdi. Hər bizə gələndə gü­lə­şərdik. Bir gün oturmuşduq. Müharibə barədə söhbət edir­dik. İslam dedi ki, xalaoğlu, mən BMP sürürəm. Mənim maşınımı heç kim vura bilməz! Eh, amansız müharibə... Təəssüflər ki, düşmən İslamın tankını vura bildi...

Bir gün Əli ilə nənəmgilin məhəlləsindəki alma ağacını altında oturmuşduq. Oxumaqdan söhbət düşdü. Dedi ki, ay Bayram, sən oxumamısan, neyniyəcəksən? Fəhlə işləyəcəksən? Mən də dedim ki, gedib bankda işləyəcəm. O da dedi ki, o zaman səni çağıracam, gələrsən bir yerdə çay içərik. Onsuz pulun olmayacaq çay almağa... 

Əli əsgərlikdən gələndən sonra ixtisası üzrə deyil, hərbidə işləməyə başladı. Bir gün yenə zəng etdi. Dedi ki, gəl Mingəçevirə, sənə qonaqlıq verim. Getdim, oturduq, yedik, içdik. Sonra da dedi ki, mən sənə demişdim axı, səndən çox maaş alacam... O anı xatırlayıb güldük. 

Nənəmiz rəhmətə getmişdi. Oturmuşduq. Müharibənin başlayacağı barədə söz-söhbətlər gedirdi. Dedim ki, Əli, həmlədən çıx, təhlükəlidir. Əli dedi ki, niyə? Həmlə yaxşıdır. Gör, indi qardaşın ya gedib Laçında oturacaq, ya da şəhid olacaq...

Dediyi kimi də oldu...

Ülviyyə Dərqani:

- Mənə - ölümü nə vaxt tanıdın? - desələr, cavabında - Əli və İslamın getdiyi gün, - deyərdim. O gün - 27 sentyabr   ha­mımızın həyatı dəyişdi. Üzümüzdə gülüş soldu. Öm­rü­müzün sonunadək qəlbimizdə əmanət dərin (bir) yara qal­dı. 

...O gün bibimin - səni jekdən axtarırlar, - sözünə qaçaraq getdim. Evə çatanda artıq polislər şəhid xəbərini gətirmişdilər. Sadəcə, möhkəmdən çığıra bildim. Kim olduğunu soruşa bilmədim: Əlidi, ya İslam? Əlini dəfn edib gə­lən­dən sonra hamının gözü qapıda idi, İslamı gözləyirdik. Amma İslam da bayrağa bükülüb gəldi, - tabutda... Buna inan­maq da, qəbul etmək də, bu dərdlə yaşamaq da çox çə­tindir...

Əli mənim tanıdığım ən məğrur insandı... Həyata qarşı dik duruşu var idi. O qədər sağlam xarakerə malik idi ki, mən onun nədəsə səhv edəcəyinə inanmırdım.

İslam kövrək, təmiz ürəyə sahib idi. Başqaları üçün nə­sə etməyi, onları sevindirməyi çox sevirdi. Əsas da uşaq­ları sevirdi...

Əli də, İslam da həyatın yükünü çiyinlərinə tez götürdülər. Onlar bir-birlərinə həm ata, həm qardaş, həm də dost oldular. Bir-birləri ilə keçirdikləri vaxtda güləşməyi sevirdilər. Elə onlardan qalan birlikdə çəkdirdikləri, güləşdikəri anı lentə aldıqları video oldu. Onlarla bağlı yadımda qa­lan ən xoş xatirəm Əlinin nişan günüdür. O gün İslam hər­bi geyimdə gəlmişdi. Biz onu uzaqdan görüb tanımamışdıq. Çox yaraşırdı bu geyim ona. Zarafata salıb - elə bil ge­ne­ral gəlir, - demişdik. ...Duruşu, qaməti mərd qardaşım mənim... O qədər oynadıq, dedik, güldük ki, nişanda...

İndi - yaxşı ki, o günü yaşadıq, - deyirəm... Hamı Əlinin nişanlısıyla oynamağından danışırdı. Orada bir epizod ol­du. Birdən “Qardaşlar” mahnısı çalındı. Əli İslam gəlməyənə qədər qol qaldırıb oynamadı. Oynayarkən bir-birlərinin gözünə o qədər sevgiylə baxdılar ki...

Hər işləri bir oldu onların. Oxumaqları, xidmətləri və sonda  ölümləri də... Həyata qarşı necə mərd mübarizə apar­dılarsa, ölümün də qarşısına elə mərd çıxdılar. Şərəflə yaşadılar, şərəfli öldülər. Vətən müharibəsinin ilk şəhid qar­daşları oldular..

Mənə görə, Əli və İslam nə qədər qəhrəmandırsa, anaları Sevinc xanım da o qədər qəhrəmandı. Çünki qəhrəman oğulları qəhrəman analar böyüdür. Və bu gün dağ boy­da dərdiylə ayaqda qalmağa, övladlarının xatirəsini ya­şat­mağa çalışan məğrur qadındı o!  Biz neynəsək də haq­qını ödəyə bilmərik onun və onun kimi anaların...

İndi Sevinc anaya sadəcə, bir söz deyə bilirəm: “Ağ­la­ma, məni yandıran qadın...”.

Deyirlər, şəhidlər ölmür. Bəli, düzdü. Biz onları dünya durduqca yaşadacağıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların sayəsində biz varıq. Bütün şəhid ailələrinə səbr diləyirəm. 

Jalə Məmmədova:

- Əli və İslam haqqında danışmaq mənim üçün nə qədər ağır olsa da, bir o qədər qürurvericidi. Onlar haqqında çox söz demək olar. Ancaq kəlmələr yetərsiz qalır. Əli çox sa­kit, ağıllı, mülayim, sözü belə kəlmə-kəlmə seçərək danışan insan idi. İslam isə çox qohumcul, qoçaq, bir az da şıltaq uşaq idi. Arada boş olanda zəng edər, bir-birimizlə da­nı­şardıq. 2-3 gündən bir “sms” yazar, halımı-xətrimi soruşardı. Sonuncu dəfə yayda Əli və İslam nənəmgilə gəlmişdilər. Ordan atamgilə gəlib mənə zəng vurmuşdu. Mənə de­di mamangildəyəm. Bacını da götür gəl, burda yığışaq,  bir az danışıb-gülək. Biz bacımla getdik. Əli, İslam, əmim oğlu Səlim də orda idi. İslam bir yerdə oturub danışıb-gülməyi çox sevərdi. Həmin gün çox gözəl oldu. Söhbət­ləş­dik, danışdıq, güldük. Səhəri onlar işə qayıtmalı oldular. O zaman təlimlər başlamışdı. İslam dedi ki, başqa vaxt bir də yığışarıq. Amma nə İslam, nə də Əli gələ bildilər. So­nun­cu dəfə nənəmizin yas mərasimində görüşmüşdük.

Sentyabrın 27-i səhər raket səsinə oyandıq. Dedilər, müharibə başlayıb. Həmin gün Əli və İslam üçün çox narahat idim. Heç ağlıma gəlməzdi ki, biz onları bir gündə itirərik. Onların şəhid xəbərini eşidəndə, sanki həyat da­yan­dı mənim üçün. Çox ağır gün idi... Fikirləşəndə ki, onlar ar­tıq yoxdular, bir də gəlməyəcəklər, ürəyim döz­mür. Qar­daş itkisi çox ağırdı. Mən onlarla hər zaman fəxr edəcəyəm. Mənim onlar kimi qəhrəman iki şəhid qardaşım var. Əli və İslam mənim fəxrimdir! 

Mən sizin və bütün şəhi dqardaşlaımızın qarşısında baş əyirəm. Ruhunuz şad olsun!

Nərgiz Məmmədova:

- Şəhid Əli və İslam. Sizinlə bağlı xatirələri dilə gətirmək yoxluğunuz qədər ağır və hüznlüdür. Əli və İslam - uşaq çağlarımızı bir yerdə yaşadığımız qardaşlaırm. Bizim hər anımız bir oldu... 

Əli çox sakit, İslam isə hərəkətli uşaq idi. Əli, canım qar­daşım, sən mənim xatirəmdə həmişə gülərüz, saf, tə­miz qəlbli olaraq qalacaqsan. Sakit gülüşün, utancaqlığın heç yadımdan çıxmaz... 

Balaca uşaqlar idik. Nənəmgilin məhləsində ev qurardıq. Əli papamız olardı. Onu işə yola salardıq. Oturub o tik­diyimiz evdə Əlinin işdən gəlməyini gözləyərdik. Qur­du­ğumuz o uşaq evdə hamımızın üzü gülərdi. Nə bilərdik ki, Əli böyüyəcək, öz əziyyətləri ilə qurduqları evdə onları göz yaşları ilə gözləyəcək anası və əzizləri. Biz bibi uşa­ğı yox, bir evin uşağı kimi, bacı-qardaş kimi böyüdük. On­lar sonradan getsələr də, yay tətillərində gələrdilər. Yenə körpəliyimizdən danışardıq, çox gülərdik elədiklərimizə. Ən çox da İslamın hərəkəti yaddaqalan idi. Əmimin arı ye­şik­ləri var idi. Bir gün İslam gedib yeşikləri qurdalayıb, arı­lar onun paltarına, saçına dolmuşdu. Arılar sancdıqca qış­qıraraq qaçırdı. Maması görmüşdü saçından çıxan arıları, çox ağlamışdı. Hələ də qulaqlarımızdadı ağlamağı. O vaxtlar çox ürəklə gülürdük. İndi ürək ağrısı ilə vərəqlərə yazırıq onlarla bağlı xatirələrimizi... 

Əli və İslam! Siz bizim xatirəmizdə həmişə saf, təmiz uşaq çağlarımızda olduğu kimi qalacaqsınız. Siz şəhidlik zir­vəsinə ucaldınız. Yeriniz böyükdür. Şəhidliyiniz kimi qo­yub getdiyiniz acı da böyükdür. Can, qardaşlarım, sizin haq­qınız ödənməz. ...Qayıdan torpaqlarımızın qayıtmayan oğulları, Vətən sizi öz ananız kimi qoynuna alıb. Torpaq sizi öz övladı kimi qucaqlayıb, ağı deyir.  

Allah bütün şəhidlərimizə rəhmət eləsin. 

Ailələrinə səbr versin!  

Nuranə Əliyeva:

- 27 sentyabr... O gün hər kəsin qanı qara idi. Hamı mü­ha­ribənin acısını yaşayırdı. Mən xəbər bilmək üçün qo­hum­larımıza zəng vu­rub Əli və İslamı soruşdum. Kimsə bir şey bilmirdi. Hamımız zəng gözləyirdik. Axşam zəng gəldi. Bacım dedi ki, Əlini vurublar. Əli şəhid olub dedilər. Qanım dondu. Eşitdiyimə necə inanım axı? Çox ağır gün idi o gün. Yer-göy inləyirdi sanki. Əlini gətirmişdilər. Gözüm qapıda idi. İnanırdım ki, İslam bu dəqiqə gələcək, ancaq Əlinin yoxluğunu necə qəbul edəcək?! İslam gözlədiyim kimi gəlmədi, o da Əli kimi gəldi, tabutda, qardaşını tək qoymadı. Çox acıdı mənim üçün onların yoxluğu. Sevinc xanımın - analarının onlarsız hər gün necə əridiyini görmək çox çətindi. Onlar bibi oğlu yox, qardaş idilər mə­nim üçün. Uşaqlığımız bir yerdə keçdi. Xatirələrimiz birdir. Bu gün o xatirələri onlarsız yaşayırıq. Əli və İs­la­m yoxluğunu qəbul edə bilmədiyim iki qəhrəmandı mənim üçün...

Qaratel Əhmədova:

- Biz üçümüz də bir böyümüşük. Həm uşaqlığımız, həm də yeniyetməliyimz bir keçib. Məktəbi bir sinifdə oxumuşuq. Bir oynayıb, bir gülüb, bir ağlamışıq. Məktəb vaxtları Əli ilə daha yaxın idik. Çünki dərslərimizi bir hazırlayardıq. İslam isə həmişə oyanmaqla məşğul olardı. Sonra isə Əlidən köçürərdi dərsləri. Biz məktəbi bitirənə qədər hər gü­nümüz bir keçdi. Məktəbi bitirdik. Həyatımızla bağlı qur­duğumuz xəyallar yolumuzu ayrı saldı. Əli Bakıya oxumağa getdi. Əlaqəmiz demək olar ki, kəsildi. Arada telefonla yazışar, hal-əhval tutardıq. Əlini bir də 2018-ci ildə gör­düm. Düzün desəm, tanımadım. Həm uzanmış, həm də kökəlmişdi. Onu tanımamağıma çox güldü. Bir az söhbət etdik. Yalnız xarici görkəmi deyil, xasiyyəti də dəyişmişdi. Məktəb vaxtındakı zarafatcıl oğlan getmiş, əvəzində təm­kinli, ağır bir oğlan gəlmişdi. Bir az söhbət etdik, sa­ğol­laşıb getdi. İslam isə tam fərqli idi. O, daha yanımcıl, qayğıkeş, zarafatcıl idi. Onun yanında vaxtın necə keçdiyini unudurdun. İkimiz də bir az tutumsuz idik. Hər şeyi qı­rar­dıq. Demək olar ki, hər gün telefonla danışardıq. Hər yer­də məni qoruyardı. Mənə əmioğludan çox qardaş olmuşdu. Hər dərdimi, sirrimi ona deyərdim, ondan məsləhətlər alardım. Onunla danışmadığım gün elə bilirdim ki, nəsə itirmişəm. Kiçik qızım xəstələnmişdi. İslam gündə bir neçə dəfə zəng edər, halını soruşardı. Hər zaman ya­nın­dayam deyərdi. Bizim bir-birmizdən başqa heç kimimiz yox idi. Mənə söz verdi ki, yanına gələcəm. İyul döyüşlərində zəng etdim, danışdıq. Yalvardım ki, məcbur qalmasan ön cəbhəyə getmə. Məndən incidi. - Şəhid olanlar mən­dən əskik deyil ki, - dedi. Son danışığımızda çox yalvardım. Dedim, getmə! İslam dedi: “Sənə də, üç balana da mən qurban olum. Gələcəm, söz verirəm. Amma ən böyük arzum şəhid olmaqdır”. Şəhidlik ona qismət oldu...

Ömür bo­yu fəxr və qürur duyacam səninlə, qara gözlü qardaşım, sağalmaz yaram!..

(Ardı var)

Hikmət Məlikzadə







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Yeni dünya düzəni - Azərbaycan balansı saxlayacaq, ya blok seçəcək?...

Ermənilər Naxçıvanla sərhəddə yeni istehkamları nə məqsədlə tikir?..

Fransa Azərbaycanla təmaslara yalnız bir şərtlə başlaya bilər - Prezident dedi...

SON XƏBƏRLƏR

11.01.2025 | 10:20
Hər gün Britaniyada 50 insan xəstəxanada növbə gözləyərkən ölür - ŞOK FAKT

11.01.2025 | 10:10
"Bu, təkcə Ukraynaya kömək etməyəcək" - Zelenski Rusiyanın dondurulmuş aktivləri barədə çağırış etdi

11.01.2025 | 10:00
Azərbacan XİN-dən ABŞ-a başsağlığı mesajı

11.01.2025 | 10:00
"Survivor"ın qalibi idi, bütün var-dövləti bir anda yanıb kül oldu...

11.01.2025 | 09:27
Bank kreditləri "davranış modelləri" əsasında veriləcək - "sosial şəbəkədə fəalsınız?"...

11.01.2025 | 09:20
Ukraynaya 30 min yeni dron yollayacaq - Britaniyadan QƏRAR

11.01.2025 | 09:13
Ərdoğan Birol Akgünü Azərbaycana səfir təyin etdi

11.01.2025 | 09:10
Fatih Terim yeni komandasında məğlubiyyətlə başladı

11.01.2025 | 09:00
Tramp prezidentliyinin ilk günündə 100-dən çox sərəncam imzlayacaq - İDDİA

11.01.2025 | 08:42
Prezidentin Bakıda göstərdiyi 10 ərazi haraları əhatə edir...

10.01.2025 | 22:28
İnsana sevinc və kədər limiti ayrılıb - Limitə qənaət edənlər çox yaşayırlar

10.01.2025 | 21:45
"Bu, başlanğıcdır..."

10.01.2025 | 21:41
Paşinyanın yeni 11 "təşəbbüsü" sülhə yox, imitasiyaya xidmət edir- 2- si "elə ",4- ü "belə", 3- ü "orda", 2- si "burda".....

10.01.2025 | 21:17
Makron Fransa siyasətində təsadüfi adam imiş - bioqrafiyasına baxın...

10.01.2025 | 21:02
Qərbi azərbaycanlıların qayıdışı yeni fazaya keçdi... - MÜSAHİBƏ

10.01.2025 | 20:46
Yeni dünya düzəni - Azərbaycan balansı saxlayacaq, ya blok seçəcək?...

10.01.2025 | 20:31
Paşinyana Qərbi Azərbaycanın hara olduğunu göstərəcəyik - İran sərhədindən İrəvanadək...

10.01.2025 | 20:16
İrəvan Kremlə qarşı "atla gediş" etdi - Avroittifaqdan imtina etmir, Rusiya isə onu Aİİ-dən çıxara bilmir...

10.01.2025 | 20:02
Qloballaşma prosesi bitdi - Azərbaycan növbəti dövrə hazırlaşır...

10.01.2025 | 19:47
ABŞ və Avropa Bakı-İrəvan normallaşma prosesindən çıxarıldı - niyə və nə vaxtadək?

10.01.2025 | 19:33
Ermənistanın Avroittifaqa birləşmə prosesi başladı - Rusiya hələ sadəcə "söz oynadır"...

10.01.2025 | 19:18
Trampın komandasından müharibə anonsu - İranın oktyabradək vaxtı qaldı...

10.01.2025 | 19:04
Medvedyev İrəvandan cavabını aldı - "Bizi Ukrayna ilə hədələmə"...

10.01.2025 | 18:49
Azərbaycan Türkiyənin yeni Suriya əməliyyatına hansı səviyyədə dəstək verəcək?..

10.01.2025 | 18:35
Nəqliyyatda yeni texnologiyalar - Prezident mətbuatın dəstəyini vacib saydı...

10.01.2025 | 18:21
Ermənilər Naxçıvanla sərhəddə yeni istehkamları nə məqsədlə tikir?..

10.01.2025 | 18:07
Paşinyanın yeni təklifləri Bakı ilə sülh imkanlarını tam qapatdı...

10.01.2025 | 17:53
İran Azərbaycanla səfirlik terroru məsələsini hələ də uzadır...

10.01.2025 | 17:40
Fransa Azərbaycanla təmaslara yalnız bir şərtlə başlaya bilər - Prezident dedi...

10.01.2025 | 17:35
Gömrükçülər ötən il narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 96 fakt aşkarlayıb

10.01.2025 | 17:27
Zəif liderin ölkəsi güclü ola bilməz - Əliyevin dünyaya daha bir mesajı...

10.01.2025 | 17:14
Media savadlılığı və siyasi mədəniyyət davranışları...

10.01.2025 | 17:02
İranlı generaldan şok Suriya etirafı - çox pis məğlub olduq, ruslar bizi aldatdı…

10.01.2025 | 16:55
“Əhalinin sosial müdafiəsinin gücləndirilməsi iqtisadi siyasətimizin əsasıdır” - Vüqar Rəhimzadə

10.01.2025 | 16:52
BMU-İNHA İDP və İqlim Böhranına Cavab Layihə Qrupu arasında sənəd imzalanıb

10.01.2025 | 16:45
Rus qazı iki ölkəni üz-üzə qoydu - Slovakiyanın baş naziri Zelenskini hədələdi…

10.01.2025 | 16:33
“GERMAN HOSPİTAL”da əməliyyat otağında ad günü keçirənlərlə bağlı qərar verildi...

10.01.2025 | 16:26
Moskva İrəvana “əba altından zopa” göstərdi - Ermənistan Aİİ-dən çıxsa…

10.01.2025 | 16:17
Elmi dərəcəsi olanların maaşlarına əlavələr ödəniləcək - QƏRAR

10.01.2025 | 16:11
Zelenski qərbli müttəfiqlərinə çağırış etdi - Ukraynaya qoşun göndərin...

10.01.2025 | 15:56
Sahibkarlıq subyektlərinə 10 milyon manatadək kredit veriləcək

10.01.2025 | 15:50
Polisə tabe olmayan sürücü həbs edildi

10.01.2025 | 15:37
İxrac pulunu ölkəyə qaytarmayan daha bir neçə vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edildi...

10.01.2025 | 15:22
Bələdiyyə üzvlüyünə namizədlərin siyahısı açıqlandı

10.01.2025 | 15:14
Küveytin yeni səfiri Prezident İlham Əliyevin qəbulunda... - FOTO/YENİLƏNDİ

10.01.2025 | 15:10
Prezident İlham Əliyev Litvanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTO/YENİLƏNDİ

10.01.2025 | 15:09
Sumqayıt və Abşeronda oğurluq edən 3 nəfər yaxalandı

10.01.2025 | 14:51
Azərbaycanın Los Ancelesdəki Baş konsulluğunun binası boşaldıldı...

10.01.2025 | 14:48
“Rəqəmsal ekologiya” informasiya sistemi yaradıldı - FƏRMAN

10.01.2025 | 14:46
“Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamə” təsdiqləndi

10.01.2025 | 14:22
Ermənistandakı Aİ missiyasının müddəti 2 il uzadıla bilər

10.01.2025 | 14:08
"Azərbaycan və Ermənistan arasında sülh regionda yeni fürsətlər yaradacaq" - Hakan Fidan

10.01.2025 | 13:54
Dilçilikdə Afad Qurbanov fenomeni

10.01.2025 | 13:53
Saatlıda narkotikin təsiri altında avtomobil idarə edən 2 sürücü saxlandı

10.01.2025 | 13:45
Belçikalıların Kralı Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

10.01.2025 | 13:27
Bakıda fermadan xırdabuynuzlu heyvan oğurlayan şəxslər saxlandı

10.01.2025 | 13:17
Prezident İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydasını təsdiqlədi

10.01.2025 | 13:03
Россия-Армения, дикий развод! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

10.01.2025 | 12:55
Azərbaycan və Mərakeş arasında müdafiə sahəsində hərbi əməkdaşlıq haqqında Saziş təsdiqləndi

10.01.2025 | 12:50
Samir Şərifov Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

10.01.2025 | 12:47
Samir Şərifov maliyyə naziri vəzifəsindən azad edildi - SƏRƏNCAM

10.01.2025 | 12:30
Xaçmazda narkotik əməliyyatı: iki nəfər saxlandı

10.01.2025 | 12:05
Bakıda velosiped yollarının uzunluğu 100 km-ə çatdırılacaq

10.01.2025 | 12:00
Deputat və Qubernator əlbayaxa oldu, Paşinyan iclası tərk etdi

10.01.2025 | 11:30
Bakıda tramvayın effektiv olacağı ərazilər açıqlandı

10.01.2025 | 11:20
Yanğınlar ABŞ-da təlaş yaradıb - 10 milyona yaxın sakinə səhvən təxliyə bildirişi gəlib..

10.01.2025 | 11:15
Qarabağ və Şərqi Zəngəzurda 3,4 min km uzunluğa malik avtomobil yolları inşa edilir

10.01.2025 | 11:05
Qərb Ermənistana təzə vəzifə verdi - CANLI

10.01.2025 | 11:05
7 dəfə həbs olunmuşdu, üstündən odlu silah çıxdı...

10.01.2025 | 11:00
Bu il Bakı metrosuna 20 ədəd yeni nəsil vaqon gətiriləcək

10.01.2025 | 10:30
Ağstafada bu restoranın fəaliyyəti dayandırıldı

10.01.2025 | 10:20
Lənkəranda 11 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb - DİN məlumat yaydı

10.01.2025 | 10:10
Mourinyo "Fənərbaxça"nı "Everton"a dəyişir?

10.01.2025 | 10:05
Şahbaz Şərif gələn ay Azərbaycan və Özbəkistana səfər edəcək?

10.01.2025 | 10:00
Bakının bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ

10.01.2025 | 10:00
İmişlidə motosiklet avtomobillə toqquşub

10.01.2025 | 09:30
İlon Mask Almaniyada qalmaqal yaradıb - Bundestaq araşdırmalara başladı

10.01.2025 | 09:22
Mərkəzi Bank üçün ən pis proqnoz - valyuta ehtiyatları azalacaq...

10.01.2025 | 09:20
Dəm qazı daha bir can aldı - bu dəfə Masazırda...

10.01.2025 | 09:15
Tramp Putinin SİRRİNİ AÇDI - "mənimlə görüşmək istəyir"

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031