KÖHNƏ VERSİYA            

Ermənistanın yeganə xilas yolu Azərbaycandan keçir...

Image

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın əleyhinə danışaraq ölkəni Qərbə yox, Türkiyənin qucağına aparır. Bu fikirləri TASS-a müsahibəsində Ermənistan parlamentinin keçmiş vitse-spikeri Eduard Şarmazanov deyib: 

“Ermənistan KTMT-dən çıxsa və ya Rusiya ilə münasibətləri kəsərsə, alternativ Qərb deyil, Türkiyə olacaq. Türkiyə bu regionda Qərbin maraqlarını təmsil edir, bunu Avropa İttıfaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar da bildirib. Paşinyan yalan danışır, regionda Rusiyaya alternativ Qərb deyil, Türkiyədir”.

Şarmazanovun sözlərinə görə, Ermənistan hakimiyyətinin bəyanatları elə səslənir ki, sanki ölkə ilə Rusiya savaş aparır: “Rusiya Federasiyası bizim müttəfiqimiz olmaqdan çıxdığı anda biz Türkiyənin vassalı olacağıq, türklərin xidmətçisi olacağıq”. Erməni şərhçi Naira Vanyan da hadisələrə bu prizmadan yanaşır: “Avropanın Rusiyanı Ermənistandan sıxışdırıb çıxarmaq cəhdləri hər gün daha da sürətlənir, çünki Nikol Paşinyan və komandası bu layihədə fəal iştirak edir. Avropalılarla hər rəsmi görüşdən sonra onun ritorikası daha dağıdıcı və təhlükəli olur. Bu, təbii ki, Ermənistan üçün nəticəsiz qalmayacaq. Paşinyan Ermənistanı yeni müharibəyə sürükləyir, geosiyasi güclərin davasına qarışır. O, Zelenskinin yolu ilə gedir, Ermənistanı isə ukraynalaşdırır. Lakin əgər Ukrayna coğrafi mövqeyinə görə Rusiya ilə müharibədə Avropadan silah almaq imkanına malikdirsə, o silahlar Ermənistana necə çatacaq? Çünki iki qonşumuz olan Türkiyə və Azərbaycan düşməndir, digər qonşumuz İranla münasibətlər gərginləşib, Gürcüstan isə Bakı və Ankara ilə işləyir. Ermənistan Azərbaycan və Türkiyə ilə hərbi qarşıdurmaya gedirsə, Avropa Ermənistana silah göndərmək istəyəcəkmi? Birmənalı olaraq yox, çünki Avropa Ermənistanı Türkiyəyə hədiyyə edir. Türkiyə Avropanın bu bölgədəki rəsmi nümayəndəsidir. Antalya Diplomatiya Forumunda Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın dedikləri də bunu təsdiqlədi. Əslində Klaar artıq Rusiyanın regiondan çıxarılması vəzifəsini tamamlanmış hesab edir və onun yerinə Türkiyənin regionda əsas oyunçu olduğunu açıqlayır. Yəni Ermənistan Türkiyə-Azərbaycan tandemi qarşısında tək qalır. Bu isə o deməkdir ki, Ermənistan bir dövlət olaraq məhv olacaq və Ermənistan ərazisi Böyük Turan yoluna çevriləcək”. Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Armen Rüstəmyanın açılamaları isə daha çox diqqət cəlb edir: “Ermənistan hakimiyyətinin nümayəndələrinin müşahidələri belə nəticəyə gəlir ki, Ermənistan tərəfi Azərbaycanın bütün tələblərini təmin etmək üçün hər şeyi etməyə çalışır ki, müharibə olmasın. Belə çıxır ki, təhlükəsizliyimizin yeganə təminatçısı Bakıdır. Bu oyun qaydası Ermənistan hökuməti tərəfindən də qəbul edilib”. Erməni deputat vurğulayıb ki, Ermənistan hakimiyyətinin qəbul etdiyi siyasət vəziyyəti daha da çətinləşdirəcək: “Bu, vəziyyəti daha da çətinləşdirəcək. Sanki bizim vəziyyətimiz çox yaxşı idi, indi də Rusiya-Ukrayna müharibəsinin səhnəsinə çevriləcəyik. Bu olacaq”.

Ekspertlər də hesab edir ki, Azərbaycanla münasibətləri normallaşdıracağı halda Ermənistan yeni geosiyasi toqquşma məkanına çevrilmək risqindən xilas ola bilər. Buna qədər isə ölkə daha təhlükəli duruma düşəcək. Xüsusən də Rusiya ilə gərginləşən münasibətlər fonunda. Hazırda Rusiya ilə Ermənistan arasında rəsmi, siyasi, diplomatik söz savaşı davam edir. Bu fonda erməniəsilli Rusiya vətəndaşı, jurnalist Marqarita Simonyan bildirib ki, erməni gəncliyi Nikol Paşinyan hakimiyyətinin ölkəni məhvə apardığını bilməlidir: “Gənclik və yaşlı sakinlər onu dəstəkləməyə davam etdirsə, Ermənistan tamamilə məhv olacaq”. Erməni politoloq Qaqik Arutyunyan da vurğulayır ki, hakimiyyətin indiki gedişləri ölkəni məhvə sürükləyir: “Məsələn, Rusiya sərhədçilərinin çıxarılması ilə bağlı hakimiyyətin addımı dövlət maraqlarına uyğun deyil. Çünki ruslar Ermənistan-Türkiyə sərhədini daha yaxşı qoruyur. Bu məsələyə Ermənistanın təhlükəsizliyi nöqteyi-nəzərindən baxmalıyıq. Rus sərhədçilərin Ermənistandan çıxarılması indiki satqın hakimiyyətin həyata keçirdiyi böyük geosiyasi layihədir. Aydındır ki, Ermənistan hökumətinin məqsədi Rusiyanı bu bölgədən çıxarıb Türkiyəyə qucaq açmaqdır. İndi Rusiyanın Ukrayna cəbhəsindəki işləri uğurla gedir. Buna baxmayaraq, Moskva narahatdır və ona görə də burada ikinci cəbhə açmağı düşünür. Təbii ki, bütün bunlar sərhədlərimizdə fəlakətli vəziyyət yaradacaq. Odur ki, çalışmalıyıq Türkiyə ilə sərhədimizi məhz rus sərhədçiləri qorusun”. Politoloqun fikrincə, Rusiya sərhədçiləri geri çəkilsə və Ermənistan-Türkiyə sərhədi nəzarətsiz qalsa, Ermənistan bir müddət sonra Qərbi Azərbaycana çevriləcək: “Ermənistan tərəfi başa düşsəydi ki, sərhədi qoruya bilər, Rusiya sərhədçiləri heç vaxt orada peyda olmazdı. Amma Ermənistan Respublikasının təhlükəsizliyinin əsas təminatçısı ruslardır. Bunu əvvəl-axır Nikol hökuməti başa düşməlidir. Geosiyasi baxımdan bu gün biz öz kimliyimizi qorumaq imkanını və Ermənistan-Rusiya münasibətlərinin qurulduğu təməlləri məhv edirik. Bu, Türkiyə və Azərbaycanın maraqları ilə üst-üstə düşən daha bir millətçi addımdır. Mən başa düşə bilmirəm, əgər Ermənistanın lideri Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bəyan edirsə, onda Rusiya sülhməramlısı nə edə bilərdi? Ona görə də hər hansı bir addım atmazdan əvvəl çox düşünmək lazımdır”. 

İndilikdə görünən odur ki, Ermənistan getdikcə daha ağır duruma düşür. Amma Azərbaycanla münasibətlər normallaşsa, durum tamamilə dəyişə bilər.

Tahir TAĞIYEV







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Yeni dünya düzəni - Azərbaycan balansı saxlayacaq, ya blok seçəcək?...

Ermənilər Naxçıvanla sərhəddə yeni istehkamları nə məqsədlə tikir?..

Fransa Azərbaycanla təmaslara yalnız bir şərtlə başlaya bilər - Prezident dedi...

SON XƏBƏRLƏR

11.01.2025 | 10:20
Hər gün Britaniyada 50 insan xəstəxanada növbə gözləyərkən ölür - ŞOK FAKT

11.01.2025 | 10:10
"Bu, təkcə Ukraynaya kömək etməyəcək" - Zelenski Rusiyanın dondurulmuş aktivləri barədə çağırış etdi

11.01.2025 | 10:00
Azərbacan XİN-dən ABŞ-a başsağlığı mesajı

11.01.2025 | 10:00
"Survivor"ın qalibi idi, bütün var-dövləti bir anda yanıb kül oldu...

11.01.2025 | 09:27
Bank kreditləri "davranış modelləri" əsasında veriləcək - "sosial şəbəkədə fəalsınız?"...

11.01.2025 | 09:20
Ukraynaya 30 min yeni dron yollayacaq - Britaniyadan QƏRAR

11.01.2025 | 09:13
Ərdoğan Birol Akgünü Azərbaycana səfir təyin etdi

11.01.2025 | 09:10
Fatih Terim yeni komandasında məğlubiyyətlə başladı

11.01.2025 | 09:00
Tramp prezidentliyinin ilk günündə 100-dən çox sərəncam imzlayacaq - İDDİA

11.01.2025 | 08:42
Prezidentin Bakıda göstərdiyi 10 ərazi haraları əhatə edir...

10.01.2025 | 22:28
İnsana sevinc və kədər limiti ayrılıb - Limitə qənaət edənlər çox yaşayırlar

10.01.2025 | 21:45
"Bu, başlanğıcdır..."

10.01.2025 | 21:41
Paşinyanın yeni 11 "təşəbbüsü" sülhə yox, imitasiyaya xidmət edir- 2- si "elə ",4- ü "belə", 3- ü "orda", 2- si "burda".....

10.01.2025 | 21:17
Makron Fransa siyasətində təsadüfi adam imiş - bioqrafiyasına baxın...

10.01.2025 | 21:02
Qərbi azərbaycanlıların qayıdışı yeni fazaya keçdi... - MÜSAHİBƏ

10.01.2025 | 20:46
Yeni dünya düzəni - Azərbaycan balansı saxlayacaq, ya blok seçəcək?...

10.01.2025 | 20:31
Paşinyana Qərbi Azərbaycanın hara olduğunu göstərəcəyik - İran sərhədindən İrəvanadək...

10.01.2025 | 20:16
İrəvan Kremlə qarşı "atla gediş" etdi - Avroittifaqdan imtina etmir, Rusiya isə onu Aİİ-dən çıxara bilmir...

10.01.2025 | 20:02
Qloballaşma prosesi bitdi - Azərbaycan növbəti dövrə hazırlaşır...

10.01.2025 | 19:47
ABŞ və Avropa Bakı-İrəvan normallaşma prosesindən çıxarıldı - niyə və nə vaxtadək?

10.01.2025 | 19:33
Ermənistanın Avroittifaqa birləşmə prosesi başladı - Rusiya hələ sadəcə "söz oynadır"...

10.01.2025 | 19:18
Trampın komandasından müharibə anonsu - İranın oktyabradək vaxtı qaldı...

10.01.2025 | 19:04
Medvedyev İrəvandan cavabını aldı - "Bizi Ukrayna ilə hədələmə"...

10.01.2025 | 18:49
Azərbaycan Türkiyənin yeni Suriya əməliyyatına hansı səviyyədə dəstək verəcək?..

10.01.2025 | 18:35
Nəqliyyatda yeni texnologiyalar - Prezident mətbuatın dəstəyini vacib saydı...

10.01.2025 | 18:21
Ermənilər Naxçıvanla sərhəddə yeni istehkamları nə məqsədlə tikir?..

10.01.2025 | 18:07
Paşinyanın yeni təklifləri Bakı ilə sülh imkanlarını tam qapatdı...

10.01.2025 | 17:53
İran Azərbaycanla səfirlik terroru məsələsini hələ də uzadır...

10.01.2025 | 17:40
Fransa Azərbaycanla təmaslara yalnız bir şərtlə başlaya bilər - Prezident dedi...

10.01.2025 | 17:35
Gömrükçülər ötən il narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 96 fakt aşkarlayıb

10.01.2025 | 17:27
Zəif liderin ölkəsi güclü ola bilməz - Əliyevin dünyaya daha bir mesajı...

10.01.2025 | 17:14
Media savadlılığı və siyasi mədəniyyət davranışları...

10.01.2025 | 17:02
İranlı generaldan şok Suriya etirafı - çox pis məğlub olduq, ruslar bizi aldatdı…

10.01.2025 | 16:55
“Əhalinin sosial müdafiəsinin gücləndirilməsi iqtisadi siyasətimizin əsasıdır” - Vüqar Rəhimzadə

10.01.2025 | 16:52
BMU-İNHA İDP və İqlim Böhranına Cavab Layihə Qrupu arasında sənəd imzalanıb

10.01.2025 | 16:45
Rus qazı iki ölkəni üz-üzə qoydu - Slovakiyanın baş naziri Zelenskini hədələdi…

10.01.2025 | 16:33
“GERMAN HOSPİTAL”da əməliyyat otağında ad günü keçirənlərlə bağlı qərar verildi...

10.01.2025 | 16:26
Moskva İrəvana “əba altından zopa” göstərdi - Ermənistan Aİİ-dən çıxsa…

10.01.2025 | 16:17
Elmi dərəcəsi olanların maaşlarına əlavələr ödəniləcək - QƏRAR

10.01.2025 | 16:11
Zelenski qərbli müttəfiqlərinə çağırış etdi - Ukraynaya qoşun göndərin...

10.01.2025 | 15:56
Sahibkarlıq subyektlərinə 10 milyon manatadək kredit veriləcək

10.01.2025 | 15:50
Polisə tabe olmayan sürücü həbs edildi

10.01.2025 | 15:37
İxrac pulunu ölkəyə qaytarmayan daha bir neçə vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edildi...

10.01.2025 | 15:22
Bələdiyyə üzvlüyünə namizədlərin siyahısı açıqlandı

10.01.2025 | 15:14
Küveytin yeni səfiri Prezident İlham Əliyevin qəbulunda... - FOTO/YENİLƏNDİ

10.01.2025 | 15:10
Prezident İlham Əliyev Litvanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTO/YENİLƏNDİ

10.01.2025 | 15:09
Sumqayıt və Abşeronda oğurluq edən 3 nəfər yaxalandı

10.01.2025 | 14:51
Azərbaycanın Los Ancelesdəki Baş konsulluğunun binası boşaldıldı...

10.01.2025 | 14:48
“Rəqəmsal ekologiya” informasiya sistemi yaradıldı - FƏRMAN

10.01.2025 | 14:46
“Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamə” təsdiqləndi

10.01.2025 | 14:22
Ermənistandakı Aİ missiyasının müddəti 2 il uzadıla bilər

10.01.2025 | 14:08
"Azərbaycan və Ermənistan arasında sülh regionda yeni fürsətlər yaradacaq" - Hakan Fidan

10.01.2025 | 13:54
Dilçilikdə Afad Qurbanov fenomeni

10.01.2025 | 13:53
Saatlıda narkotikin təsiri altında avtomobil idarə edən 2 sürücü saxlandı

10.01.2025 | 13:45
Belçikalıların Kralı Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

10.01.2025 | 13:27
Bakıda fermadan xırdabuynuzlu heyvan oğurlayan şəxslər saxlandı

10.01.2025 | 13:17
Prezident İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydasını təsdiqlədi

10.01.2025 | 13:03
Россия-Армения, дикий развод! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

10.01.2025 | 12:55
Azərbaycan və Mərakeş arasında müdafiə sahəsində hərbi əməkdaşlıq haqqında Saziş təsdiqləndi

10.01.2025 | 12:50
Samir Şərifov Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

10.01.2025 | 12:47
Samir Şərifov maliyyə naziri vəzifəsindən azad edildi - SƏRƏNCAM

10.01.2025 | 12:30
Xaçmazda narkotik əməliyyatı: iki nəfər saxlandı

10.01.2025 | 12:05
Bakıda velosiped yollarının uzunluğu 100 km-ə çatdırılacaq

10.01.2025 | 12:00
Deputat və Qubernator əlbayaxa oldu, Paşinyan iclası tərk etdi

10.01.2025 | 11:30
Bakıda tramvayın effektiv olacağı ərazilər açıqlandı

10.01.2025 | 11:20
Yanğınlar ABŞ-da təlaş yaradıb - 10 milyona yaxın sakinə səhvən təxliyə bildirişi gəlib..

10.01.2025 | 11:15
Qarabağ və Şərqi Zəngəzurda 3,4 min km uzunluğa malik avtomobil yolları inşa edilir

10.01.2025 | 11:05
Qərb Ermənistana təzə vəzifə verdi - CANLI

10.01.2025 | 11:05
7 dəfə həbs olunmuşdu, üstündən odlu silah çıxdı...

10.01.2025 | 11:00
Bu il Bakı metrosuna 20 ədəd yeni nəsil vaqon gətiriləcək

10.01.2025 | 10:30
Ağstafada bu restoranın fəaliyyəti dayandırıldı

10.01.2025 | 10:20
Lənkəranda 11 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb - DİN məlumat yaydı

10.01.2025 | 10:10
Mourinyo "Fənərbaxça"nı "Everton"a dəyişir?

10.01.2025 | 10:05
Şahbaz Şərif gələn ay Azərbaycan və Özbəkistana səfər edəcək?

10.01.2025 | 10:00
Bakının bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ

10.01.2025 | 10:00
İmişlidə motosiklet avtomobillə toqquşub

10.01.2025 | 09:30
İlon Mask Almaniyada qalmaqal yaradıb - Bundestaq araşdırmalara başladı

10.01.2025 | 09:22
Mərkəzi Bank üçün ən pis proqnoz - valyuta ehtiyatları azalacaq...

10.01.2025 | 09:20
Dəm qazı daha bir can aldı - bu dəfə Masazırda...

10.01.2025 | 09:15
Tramp Putinin SİRRİNİ AÇDI - "mənimlə görüşmək istəyir"

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031