KÖHNƏ VERSİYA            

Qarabağda erməni yox, alban kilsələri var - separatçılardan təzə böhtan...

Image

Faiq İsmayılov: “Harda qanunsuz tikili varsa hamısı sökülməlidir”

Azərbaycan ərazisi müxtəlif çağların ab-havasını, memarlıq quruluşunu ifadə edən abidələrlə zəngindir. Bizim ərazilərdə xristianlıqdan əvvəl və sonrakı zamanın yadigarı olan abidələr türk ulusunun ruhunu özündə daşıyır. Bu abidələrin hər biri Azərbaycan xalqının əcdadlarının nişanələridir. 

Azad ərazilərdəki bütün qədim kilsələr, monastırlar, sövmələr və sair hamısı  alban xristianlıq çağının örnəkləridir. Təəssüflər olsun ki, bu ərazilər uzun illər işğalda qaldığı üçün alban abidələrinə qarşı əsassız olaraq erməni iddiaları ortaya çıxıb. Onlar bu abidələrin memarlıq quruluşunu dəyişdirməklə, üzərinə xaçkarlar düzməklə və adlarını dəyişdirməklə onları “erməni kilsəsi” kimi qələmə verməyə çalışmaqla yanaşı, həm də ərazilərimiz işğalda olduğu dövrdə orada müxtəlif qondarma adlar altında yeni kilsələr tikiblər. Allahın evi olanda nə olar ki, onu özünə aid olmayan torpaqda tikmək günahdır. Bizim ərazilərdə heç bir qədim erməni kilsəsi yoxdur, bu şəksizdir.

Azərbaycan torpaqları işğal altında olduğu illərdə ermənilər Qriqoryan kilsəsinin və xaricdəki bəzi dini təşkilatların havadarlığı ilə qanunsuz olaraq Qarabağ ərazində bir neçə kilsə tikib, bu azmış kimi, o kilsələri “qədim kilsə” kimi təbliğ etməkdən də çəkinməyiblər. Uzun illər bu kilsələrdən Azərbaycana qarşı çirkin niyyətlər üçün istifadə ediblər, keşişlər belə əlinə silah götürüb bizə qarşı döyüşüblər. Son zamanlar ermənilər və onların havadarları tez-tez Qarabağda “erməni kilsəsi” olması iddiası ilə çıxış edirlər, bu absurd məsələni hətta Avroparlamentə qədər daşıyıb apara biliblər. Erməni yalanları hər yerə ayaq açıb. Bizə qarşı qondarma kilsə iddiaları ilə çıxış edən ermənilər bu qondarma siyahılarına yeni bir kilsə də əlavə ediblər.  Bir vaxtlar Şuşadakı Qazançı kilsəsindən yapışmışdılar, tez-tez dezinformasiya yayırdılar ki, guya o kilsə hansısa təhlükə ilə üzləşib və sair. Sonra araşdırıb üzə çıxardıq ki, Qazançı kilsəsinin ermənilərlə heç bir tarixi əlaqəsi yoxdur, sadəcə ermənilər Şuşanı işağlda saxladıqları dövrdə bu kilsəyə də yiyələniblər. Təbii ki, müvəqqəti. Özgə atına minən tez düşər. Necə ki, onlar işğal etdikləri torpaqlarımızdan çıxıb getdilər.

İndi də iddia edirlər ki, guya Xankəndidə  2019-cu ildə II Qareginin iştirakı ilə  təqdis olunan “Müqəddəs Məryəm ana” kilsəsi Azərbaycanın “vandalizminə” “məruz qalıb”. Guya biz bu kilsəni hədəfə almışıq. Azərbaycan abidələrini məhv edərkən, yer üzündən silərkən 14 may 1954-cü ildə qəbul olunmuş Haaqa Konvensiyasının müvafiq bəndlərini heç yada salmayan, onu kağız parçası kimi tapdayıb kənara atan ermənilərin indi yadına Haaqa Konvensiyası düşüb. Çox nahaq. Azərbaycan vandallıq etsəydi Bakının mərkəzində erməni kilsəsini saxlamazdı. Xankəndi Azərbaycan dövlətinin ayrılmaz parçasıdır və orada nəyi necə etmək də dövlətimizin səlahiyyətində olan işdir. Azərbaycanda indiyə qədər heç bir xalqın, dinin abidəsinə, dini dəyərlərinə, kilsəsinə, sinaqoquna qarşı heç bir mənfi addım atılmayıb. Buna misal çoxdur, amma biz yenə də Bakının mərkəzindəki erməni kilsəsini vurğulamaq istəyirik, dünya baxıb görsün, o kilsədən bir kərpic belə düşməyib. 

“Bütün dünya qəbul etməlidir ki, Qarabağda heç bir qədim erməni kilsəsi yoxdur, bu gün olanlar isə Azərbaycan əraziləri işğalda olduğu dövrlərdə qanunsuz olaraq tikilib” 

Ermənilərin bu iddiasına AMEA-nın A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun əməkdaşı, maddi irs üzrə mütəxəssis Faiq İsmayılovun fikirlərini də öyrəndik. F.İsmayılov “Bakı-Xəbər”ə bildirdi ki, ermənilər işğal dövründə təkcə Xankəndi şəhərində üç erməni kilsəsi tikib. Bu erməni kilsələri Azərbaycan dövlətinin razılığı olmadan qanunsuz tikilib. Bu mənada ki, o kilsələr   işğal dövründə inşa edilib, bu da beynəlxalq qanunvericiliyə ziddir. Azərbaycan qanunlarına görə, qanunsuz inşa edilən tikililər sökülməlidir. Ermənilərin “Müqəddəs Məryəm ana” adı verdiyi bu kilsə haqda iddialara gəlincə, bu kilsə də qanunsuz tikililərdən biridir. Bir faktı yadınıza salım ki, ermənilər Qarabağ ərazisində 500-ə yaxın abidəni, kilsəni  “erməni irsi” kimi qələmə verib, bunun 50-ni  “Müqəddəs Məryəm ana” adlandırıblar. Başa düşə bilmirəm ki, bu Məryəm ananın işi-gücü qurtarıbmış, gəlib Qarabağda qapı-qapı “gəzirmiş” və onun da “xatirəsi əbədiləşdirilib”. Digər bir tərəfdən bir məqamı deyim. Ermənilər özləri öz dediklərini təkzib edirlər. Özləri yazır ki, Xankəndidə tikdikləri “Müqəddəs Məryəm ana” kilsəsinin açılışı 7 aprel 2019-cu ildə olub, hətta II Qaregin də orada iştirak edib. Bu kilsə lap yaxın vaxtlarda tikilib. Bu tarixi abidə deyil”-deyə F.İsmayılov qeyd etdi. 

Ermənilərin Haaqa Konvensiyasını xatırlamasının gülünc hal olduğunu deyən F.İsmayılovun sözlərinə görə, Haaqa Konvensiyasının bu işlə heç bir əlaqəsi yoxdur. “Haaqa Konvensiyası hərbi konfliktlər zamanı mədəni dəyərlərin qorunması haqqındadır. Konvensiya hərbi münaqişələr zamanı hər bir dövlətin öz ərazisində və rəqib tərəfin ərazisində yerləşən mədəni dəyərlərin qorunması, arxitektura, incəsənət, tarixi abidələr, arxeoloji qazıntılar kimi daşınan və daşınmaz mədəni dəyərlərin müdafiə edilməsini iştirakçı dövlətərin qarşısında vəzifə kimi qoyur. Ermənistan Azərbaycan torpaqlarını işğalda saxladığı dövrdə Haaqa Konvensiyasını tamamilə pozub. Elə bunun nəticəsidir ki, erməni separatçıları Xankəndidə qanunsuz olaraq erməni kilsəsi tikiblər və indi də onun ətrafında oyun qururlar. Bütün dünya qəbul etməlidir ki, Qarabağda heç bir qədim erməni kilsəsi yoxdur, bu gün olanlar isə Azərbaycan əraziləri işğalda olduğu dövrlərdə qanunsuz olaraq tikilib. O kilsə abidə sayıla bilməz, o, ermənilərin  qanunsuz olaraq tikdiyi ibadətgahdır. Heç bir ehtiyac olmadığı bir vaxtda tikiblər. Çünki Xankəndidə o qədər erməni yaşamırdı ki, üç kilsə tiksinlər. Yəni bunlar hamısı Azərbaycan torpaqlarında süni şəkildə erməni izlərinin artırılması, “əbədiləşdirilməsi” kimi başa düşülməlidir”-deyə F. İsmayılov qeyd etdi.

O bildirdi ki, ümumilikdə götürdükdə Kəlbəcərdə, Laçında, Xocalıda, Xocavənd və Ağdərə rayonları ərazisində 20-yə yaxın qanunsuz olaraq erməni kilsələri tikilib.  Bunların hamısının qanunsuz tikili olduğunu deyən F.İsmayılov hesab edir ki, bu, beynəlxalq səviyyədə bir cinayətdir: “Harda qanunsuz tikili varsa hamısı sökülməlidir. Ermənilərin nə danışmasından asılı olmayaraq  o ərazi öz klassik görkəminə qaytarılmalıdır, Xankəndi şəhərinin 37 məhəlləsi bərpa olunmalıdır. Həmin məhəllələrdəki 20-dən çox məscid, ibadət, inanc yerləri, qəbristanlıqlar öz yerində bərpa olunmalıdır. Yaşayış evləri Azərbaycanın klassik memarlığına uyğun tikilməlidir. Bundan sonra digər ərazilərdə də  süni şəkildə yaradılan erməni izlərinin silinməsi üçün işlər aparılmalıdır”-deyə mütəxəssis bildirdi.

Bəli, 37 məhələli, məscidli, azanlı Xankəndi şəhərində, xanın kəndində həyat əvvəlki axarına qayıtmalıdır. Üçrəngli müqəddəs Bayrağımızın işığında buradakı alban xristian irsi də, müsəlman abidələri də yenidən bərpa olunmalıdır ki, erməni saxtakarlığı birdəfəlik o torpaqlardan silinsin. Qarabağda qədim alban irsi var, erməni irsi yoxdur həqiqəti bütün dünya tərəfindən qəbul edilməlidir ki, bir də ermənilərə Avroparlamentdə və orada-burada yaxa-başlarını cırmalarına şərait yaratmasınlar. İrəvanın mərkəzində yerləşən tarixi Azərbaycan məhəlləsi olan “Təpəbaşı”nı satışa çıxarırlar dünya dinmir. Yaxşı olar ki, beynəlxalq ictimaiyyət erməni yalanlarından üz çevirib “Təpəbaşı”nın müsibətinə göz yaşı axıtsın, Ermənistana beynəlxalq konvesniayaları və etdiyi cinayətləri xatırlatsınlar. Bax onda birdəfəlik erməni nağılı bitib heç olar. 

İradə SARIYEVA







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Yeni dünya düzəni - Azərbaycan balansı saxlayacaq, ya blok seçəcək?...

Ermənilər Naxçıvanla sərhəddə yeni istehkamları nə məqsədlə tikir?..

Fransa Azərbaycanla təmaslara yalnız bir şərtlə başlaya bilər - Prezident dedi...

SON XƏBƏRLƏR

11.01.2025 | 10:20
Hər gün Britaniyada 50 insan xəstəxanada növbə gözləyərkən ölür - ŞOK FAKT

11.01.2025 | 10:10
"Bu, təkcə Ukraynaya kömək etməyəcək" - Zelenski Rusiyanın dondurulmuş aktivləri barədə çağırış etdi

11.01.2025 | 10:00
Azərbacan XİN-dən ABŞ-a başsağlığı mesajı

11.01.2025 | 10:00
"Survivor"ın qalibi idi, bütün var-dövləti bir anda yanıb kül oldu...

11.01.2025 | 09:27
Bank kreditləri "davranış modelləri" əsasında veriləcək - "sosial şəbəkədə fəalsınız?"...

11.01.2025 | 09:20
Ukraynaya 30 min yeni dron yollayacaq - Britaniyadan QƏRAR

11.01.2025 | 09:13
Ərdoğan Birol Akgünü Azərbaycana səfir təyin etdi

11.01.2025 | 09:10
Fatih Terim yeni komandasında məğlubiyyətlə başladı

11.01.2025 | 09:00
Tramp prezidentliyinin ilk günündə 100-dən çox sərəncam imzlayacaq - İDDİA

11.01.2025 | 08:42
Prezidentin Bakıda göstərdiyi 10 ərazi haraları əhatə edir...

10.01.2025 | 22:28
İnsana sevinc və kədər limiti ayrılıb - Limitə qənaət edənlər çox yaşayırlar

10.01.2025 | 21:45
"Bu, başlanğıcdır..."

10.01.2025 | 21:41
Paşinyanın yeni 11 "təşəbbüsü" sülhə yox, imitasiyaya xidmət edir- 2- si "elə ",4- ü "belə", 3- ü "orda", 2- si "burda".....

10.01.2025 | 21:17
Makron Fransa siyasətində təsadüfi adam imiş - bioqrafiyasına baxın...

10.01.2025 | 21:02
Qərbi azərbaycanlıların qayıdışı yeni fazaya keçdi... - MÜSAHİBƏ

10.01.2025 | 20:46
Yeni dünya düzəni - Azərbaycan balansı saxlayacaq, ya blok seçəcək?...

10.01.2025 | 20:31
Paşinyana Qərbi Azərbaycanın hara olduğunu göstərəcəyik - İran sərhədindən İrəvanadək...

10.01.2025 | 20:16
İrəvan Kremlə qarşı "atla gediş" etdi - Avroittifaqdan imtina etmir, Rusiya isə onu Aİİ-dən çıxara bilmir...

10.01.2025 | 20:02
Qloballaşma prosesi bitdi - Azərbaycan növbəti dövrə hazırlaşır...

10.01.2025 | 19:47
ABŞ və Avropa Bakı-İrəvan normallaşma prosesindən çıxarıldı - niyə və nə vaxtadək?

10.01.2025 | 19:33
Ermənistanın Avroittifaqa birləşmə prosesi başladı - Rusiya hələ sadəcə "söz oynadır"...

10.01.2025 | 19:18
Trampın komandasından müharibə anonsu - İranın oktyabradək vaxtı qaldı...

10.01.2025 | 19:04
Medvedyev İrəvandan cavabını aldı - "Bizi Ukrayna ilə hədələmə"...

10.01.2025 | 18:49
Azərbaycan Türkiyənin yeni Suriya əməliyyatına hansı səviyyədə dəstək verəcək?..

10.01.2025 | 18:35
Nəqliyyatda yeni texnologiyalar - Prezident mətbuatın dəstəyini vacib saydı...

10.01.2025 | 18:21
Ermənilər Naxçıvanla sərhəddə yeni istehkamları nə məqsədlə tikir?..

10.01.2025 | 18:07
Paşinyanın yeni təklifləri Bakı ilə sülh imkanlarını tam qapatdı...

10.01.2025 | 17:53
İran Azərbaycanla səfirlik terroru məsələsini hələ də uzadır...

10.01.2025 | 17:40
Fransa Azərbaycanla təmaslara yalnız bir şərtlə başlaya bilər - Prezident dedi...

10.01.2025 | 17:35
Gömrükçülər ötən il narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 96 fakt aşkarlayıb

10.01.2025 | 17:27
Zəif liderin ölkəsi güclü ola bilməz - Əliyevin dünyaya daha bir mesajı...

10.01.2025 | 17:14
Media savadlılığı və siyasi mədəniyyət davranışları...

10.01.2025 | 17:02
İranlı generaldan şok Suriya etirafı - çox pis məğlub olduq, ruslar bizi aldatdı…

10.01.2025 | 16:55
“Əhalinin sosial müdafiəsinin gücləndirilməsi iqtisadi siyasətimizin əsasıdır” - Vüqar Rəhimzadə

10.01.2025 | 16:52
BMU-İNHA İDP və İqlim Böhranına Cavab Layihə Qrupu arasında sənəd imzalanıb

10.01.2025 | 16:45
Rus qazı iki ölkəni üz-üzə qoydu - Slovakiyanın baş naziri Zelenskini hədələdi…

10.01.2025 | 16:33
“GERMAN HOSPİTAL”da əməliyyat otağında ad günü keçirənlərlə bağlı qərar verildi...

10.01.2025 | 16:26
Moskva İrəvana “əba altından zopa” göstərdi - Ermənistan Aİİ-dən çıxsa…

10.01.2025 | 16:17
Elmi dərəcəsi olanların maaşlarına əlavələr ödəniləcək - QƏRAR

10.01.2025 | 16:11
Zelenski qərbli müttəfiqlərinə çağırış etdi - Ukraynaya qoşun göndərin...

10.01.2025 | 15:56
Sahibkarlıq subyektlərinə 10 milyon manatadək kredit veriləcək

10.01.2025 | 15:50
Polisə tabe olmayan sürücü həbs edildi

10.01.2025 | 15:37
İxrac pulunu ölkəyə qaytarmayan daha bir neçə vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edildi...

10.01.2025 | 15:22
Bələdiyyə üzvlüyünə namizədlərin siyahısı açıqlandı

10.01.2025 | 15:14
Küveytin yeni səfiri Prezident İlham Əliyevin qəbulunda... - FOTO/YENİLƏNDİ

10.01.2025 | 15:10
Prezident İlham Əliyev Litvanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTO/YENİLƏNDİ

10.01.2025 | 15:09
Sumqayıt və Abşeronda oğurluq edən 3 nəfər yaxalandı

10.01.2025 | 14:51
Azərbaycanın Los Ancelesdəki Baş konsulluğunun binası boşaldıldı...

10.01.2025 | 14:48
“Rəqəmsal ekologiya” informasiya sistemi yaradıldı - FƏRMAN

10.01.2025 | 14:46
“Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamə” təsdiqləndi

10.01.2025 | 14:22
Ermənistandakı Aİ missiyasının müddəti 2 il uzadıla bilər

10.01.2025 | 14:08
"Azərbaycan və Ermənistan arasında sülh regionda yeni fürsətlər yaradacaq" - Hakan Fidan

10.01.2025 | 13:54
Dilçilikdə Afad Qurbanov fenomeni

10.01.2025 | 13:53
Saatlıda narkotikin təsiri altında avtomobil idarə edən 2 sürücü saxlandı

10.01.2025 | 13:45
Belçikalıların Kralı Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

10.01.2025 | 13:27
Bakıda fermadan xırdabuynuzlu heyvan oğurlayan şəxslər saxlandı

10.01.2025 | 13:17
Prezident İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydasını təsdiqlədi

10.01.2025 | 13:03
Россия-Армения, дикий развод! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

10.01.2025 | 12:55
Azərbaycan və Mərakeş arasında müdafiə sahəsində hərbi əməkdaşlıq haqqında Saziş təsdiqləndi

10.01.2025 | 12:50
Samir Şərifov Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

10.01.2025 | 12:47
Samir Şərifov maliyyə naziri vəzifəsindən azad edildi - SƏRƏNCAM

10.01.2025 | 12:30
Xaçmazda narkotik əməliyyatı: iki nəfər saxlandı

10.01.2025 | 12:05
Bakıda velosiped yollarının uzunluğu 100 km-ə çatdırılacaq

10.01.2025 | 12:00
Deputat və Qubernator əlbayaxa oldu, Paşinyan iclası tərk etdi

10.01.2025 | 11:30
Bakıda tramvayın effektiv olacağı ərazilər açıqlandı

10.01.2025 | 11:20
Yanğınlar ABŞ-da təlaş yaradıb - 10 milyona yaxın sakinə səhvən təxliyə bildirişi gəlib..

10.01.2025 | 11:15
Qarabağ və Şərqi Zəngəzurda 3,4 min km uzunluğa malik avtomobil yolları inşa edilir

10.01.2025 | 11:05
Qərb Ermənistana təzə vəzifə verdi - CANLI

10.01.2025 | 11:05
7 dəfə həbs olunmuşdu, üstündən odlu silah çıxdı...

10.01.2025 | 11:00
Bu il Bakı metrosuna 20 ədəd yeni nəsil vaqon gətiriləcək

10.01.2025 | 10:30
Ağstafada bu restoranın fəaliyyəti dayandırıldı

10.01.2025 | 10:20
Lənkəranda 11 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb - DİN məlumat yaydı

10.01.2025 | 10:10
Mourinyo "Fənərbaxça"nı "Everton"a dəyişir?

10.01.2025 | 10:05
Şahbaz Şərif gələn ay Azərbaycan və Özbəkistana səfər edəcək?

10.01.2025 | 10:00
Bakının bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ

10.01.2025 | 10:00
İmişlidə motosiklet avtomobillə toqquşub

10.01.2025 | 09:30
İlon Mask Almaniyada qalmaqal yaradıb - Bundestaq araşdırmalara başladı

10.01.2025 | 09:22
Mərkəzi Bank üçün ən pis proqnoz - valyuta ehtiyatları azalacaq...

10.01.2025 | 09:20
Dəm qazı daha bir can aldı - bu dəfə Masazırda...

10.01.2025 | 09:15
Tramp Putinin SİRRİNİ AÇDI - "mənimlə görüşmək istəyir"

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031