KİV: "Paşinyan Aİ üzvlüyünə namizədlik üçün müraciət etməyə tələsir"
Ermənistanın baş naziri Nikol Paşinyan payıza qədər Avropa İttifaqına üzvlüyə namizədlik üçün müraciət etmək istəyir.
Trend xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti yazır.
Qeyd edilib ki, Paşinyan komandasının böyük hissəsi kəskin addımların əleyhinədir. Lakin Qərb Ermənistanı Rusiyadan tamamilə qoparmaq üçün onu seçim qarşısında qoyub. Belə ki, Ermənistan payıza qədər Aİ üzvlüyünə namizədlik üçün müraciət etməlidir.
Vurğulanıb ki, Paşinyanın xarici siyasət vektorunu dəyişmək üçün erməni xalqının razılığını almaqdan başqa çarəsi yoxdur. Bunun üçün isə baş nazir Ermənistan Konstitusiyasına dəyişiklik olunması ilə bağlı referendum keçirməlidir.