Almaniya Aİ-də Borrellin yerinə Makronun təklif etdiyi namizədə qarşı çıxdı
“Politico” jurnalı bəzi Avropa İttifaqı ölkələrinin Estoniyanın baş naziri Kaja Kallasın Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi olması ideyasına mənfi baxdığını yazıb.
Jurnalın yazdığına görə, Kallasın Rusiya ilə bağlı sərt mövqeyi bu ölkələrdə narazılıq yaradır. Sözügedən vəzifəni hazırda ispaniyalı siyasətçi Xosep Borrell tutur.
Jurnalla danışan diplomatik mənbə Kallasın Fransa prezidenti Makron tərəfindən dəstəkləndiyini, lakin Almaniyanın Estoniya baş nazirinin bu vəzifəyə gəlməsinə qarşı çıxacağını bildirib.
Tahir TAĞIYEV