Qəzzada 100 gündə 9 min yaraqlı məhv edilib- İsraildən açıqlama
İsrail hərbçiləri keçən il oktyabrın 7-dən Qəzza zolağında 2 briqada komandiri və 19 Həmas batalyon komandiri də daxil olmaqla 9 mindən çox radikal qrup yaraqlısını məhv edib, həmçinin 30 minə yaxın radikal hədəfə zərbə endirib.
Bu barədə məlumat İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin müharibənin ilk 100 gününün nəticələrinə dair dərc etdiyi xülasədə yer alıb.
Məlumata görə, hərbi kəşfiyyat Qəzza zolağında terror fəaliyyətində əli olmaqda şübhəli bilinən 2,3 minə yaxın fələstinlini dindirib, onlardan bəziləri həbs edilərək növbəti dindirilmə üçün İsrailə aparılıb. Hərbçilər həmçinin Qəzza zolağına humanitar yardım aparan 7653 yük maşınının İsrailin nəzarətindən keçdiyini və təxminən 138 min ton yükü Fələstin anklavına çatdırdığını bildirib.
Mətləb