Polşa ilk AES tikmək üçün 15 milyard dollar ayıdı
Polşa hökuməti Baltik dənizi sahillərində ölkənin ilk atom elektrik stansiyasının (AES) tikintisi üçün 60 milyard zlotadan (15 milyard ABŞ dolları) çox vəsait ayırmaq qərarına gəlib. Bu barədə Polşa Baş nazirinin Dəftərxanasının saytında yayılan məlumatda deyilir.
"Hökumət Polşada ilk atom elektrik stansiyasının tikintisi layihəsinin həyata keçirilməsi üçün vəsait ayrılması barədə qərar qəbul edib. 2025-2030-cu illərdə “Polskie Elektrownie Jądrowe” bu strateji enerji sərmayəsini dəstəkləmək üçün 60,2 milyard zlota alacaq", - açıqlamada bildirilir.
Mətləb Salahov