Hakan Fidan Türkiyənin Suriyadakı iki əsas hədəfini açıqladı
"Suriyanın yeni hakimiyyətinin lideri Əhməd əş-Şəra məsuliyyətini anlayır." Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan "CNN Türk"ə müsahibəsində deyib. O bildirib ki, Suriya ilə bağlı rəsmi Ankaranın iki əsas məsələsi var: "Bunlardan biricinsi suriyalı qardaşlarımızın vəziyyətidir. İkincisi isə PKK-nın varlığına son qoyulmasıdır. Suriyaya səfərim zamanı bu məsələləri müzakirə etdik. Əhməd əş-Şəra rasional siyasətçidir. Ona ümidim var".
H.Fidan qeyd edib ki, Suriyanın adı bundan sonra da Suriya Ərəb Cümhuriyyəti olaraq qalacaq.
Mətləb Salahov