Qonşusunun dəmir parçası ilə döydüyü qadın xəstəxanada ölüb
Sumqayıtda qonşusunun dəmir parçası ilə döydüyü qadın xəstəxanada ölüb. Hadisə yanvarın 5-də Xəzər bağları yaşayış massivində qeydə alınıb.
Belə ki, 1983-cü il təvəllüdlü Mikayıl Nurəddin oğlu Şərifov münaqişə zəminində qonşusu, 1958-ci il təvəllüdlü Mehparə İmanqulu qızı Ələkbərovaya dəmir parçası ilə xəsarət yetirib. Yaralı dərhal xəstəxanaya çatdırılsa da, bu gün müalicə aldığı xəstəxanada ölüb.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
Mətləb