KÖHNƏ VERSİYA            

“Müstəqil, suveren Azərbaycanın uğurları yeni dünya nizamının formalaşmasına əhəmiyyətli töhfə olacaq” - Vüqar Rəhimzadə

Image

Artıq 2025-ci ilin ilk ayının birinci ongünlüyündəyik. Hər yeni il yeni hədəflərin və onların icra mexanizmlərinin müəyyənləşdirilməsi ilə xarakterizə edilir. Tarixi Zəfərimizdən sonrakı dövrün mühüm reallıqlarından biri də hər ilin ilk ayında dövlətimizin başçısı İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsinin ənənəvi xarakter almasıdır. 

Həmin müsahibələrin müqayisəli təhlili əsasında bu məqamı böyük əminliklə qeyd edirik ki, ilin əvvəlində açıqlanan hədəflər, gündəmə gətirilən məsələlər artıq ilin sonunda reallığa çevrilməsi ilə yadda qalır. Ötən müsahibələrdə olduğu kimi, dövlətimizin başçısı İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində də ilk diqqət yönəldilən məsələ hər bir ölkənin inkişafında vacib amil olan  iqtisadi tərəqqi oldu. 2025-ci ilin dövlət büdcəsinin fonunda Azərbaycanın iqtisadi və maliyyə imkanlarının aydın mənzərəsi təqdim olundu. Belə ki, büdcə parametrlərinin hər bir ölkənin iqtisadi potensialını əks etdirdiyini önə çəkən Prezident İlham Əliyev bildirdi ki, bu ilin büdcəsi rekord səviyyədədir. Büdcə xərcləri 41 milyard manatdan çoxdur. İcmal büdcə isə 48 milyard manatı ötüb. Azərbaycan tarixində bu qədər böyük büdcə olmayıb. Azərbaycan yalnız daxili resurslar hesabına, şəffaflıq, idarəetmə və düzgün iqtisadi siyasət sayəsində bu nəticələrə nail olub. Hər bir ölkənin siyasi müstəqilliyi onun iqtisadi müstəqilliyindən asılıdır. Yəni, iqtisadi, maliyyə məsələləri cəhətindən əgər heç kimdən asılı deyilsənsə, müstəqil siyasət apara bilərsən.

İqtisadi inkişaf sosial proqramları daha fəal icra etməyə stimul verir. Artıq icrasına başlanan növbəti sosial paket bunu bir daha təsdiqləyir. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamına uyğun olaraq  bu il yanvarın 1-dən minimum əməkhaqqı 400 manata, minimum pensiya 320 manata çatdırılıb. Prezident İlham Əliyev müsahibəsində bu reallığı xüsusi qeyd etdi ki, bu qədər böyük sərmayə qoyan və Qarabağın bərpası kimi qarşımızda böyük problemi olan ölkədə bu sahəyə də bu diqqəti yetirmək, əlbəttə ki, siyasətimizin mahiyyətini göstərir. Yəni, Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdırlar. İmkan yarandıqca, sosial sahə diqqətdə saxlanılır. 

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, ölkəmizdə aparılan iqtisadi islahatlar, şəffaflıq, xarici sərmayələrin cəlb edilməsi, investisiya iqliminin yaxşılaşdırılması nəticəsində beynəlxalq aparıcı reytinq agentliklərinin Azərbaycana olan münasibətində müsbət dəyişikliyin şahidi oluruq. Azərbaycan beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini qoruyur. Dövlətimizin başçısı İlham Əliyev bildirdi ki, ölkəmizin beynəlxalq reytinqi indikindən daha yüksək səviyyəyə layiqdir və müəyyən səbəblər üzündən hələ ki, aparıcı reytinq agentlikləri daha da təvazökar yanaşmanı sərgiləyirlər. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan iqtisadi sahədə dayanıqlı inkişafa nail ola bilib, bu il və gələn illərdə bu dinamika saxlanılacaq. 

Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycanın həm iqtisadi inkişafının, həm də beynəlxalq nüfuzunun əsas göstəricilərindən biri kimi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 sözügedən müsahibədə əsas diqqət göstərilən məsələlər sırasında oldu.  Reallıq budur ki,  COP29 böyük bir çağırış idi. “Yaşıl dünya naminə həmrəy olaq!” çağırışını edən Azərbaycan dünyanı Bakıya toplamaqla növbəti uğur hekayəsini yazdı. Azərbaycan hər zaman çoxtərəfliliyin tərəfdarı kimi tanınır. Yeni əməkdaşlıq formatlarının yaradılması, ölkələr arasında əməkdaşlıq körpülərin qurulması Azərbaycanın xarici siyasətinin əsas tərkib hissələrindən biridir. Dövlətimizin başçısı İlham Əliyev müsahibəsində onu da vurğuladı ki, beynəlxalq təşkilatlarda fəaliyyət təcrübəsi və şaxələndirilmiş xarici siyasət ölkəmizə körpülər qurmaqda yardımçı olacaq. Bu reallıq da diqqətə çatdırıldı ki, COP-a ev sahibliyi etmiş heç bir ölkə bu dərəcədə müqavimətə rast gəlməmişdir. Lakin Azərbaycan bunun da öhdəsindən gələ bildi. Boykot uğursuz oldu. Baxmayaraq ki, bəzi ölkələr, xüsusilə də Fransa əlindən gələni edirdi ki, tədbiri gözdən salsın. “Həmkarlarımdan aldığım məlumata görə, Fransa prezidenti şəxsən onlara zəng edərək Bakıya getməməyi tövsiyə edirmiş. Yəni, liderlərin buraya səfər etmələrinin qarşısını almaq üçün hətta belə vasitəyə də əl atılmışdır. Lakin bu da uğursuz oldu” söyləyən Prezident İlham Əliyev səksən dövlət və hökumət başçısının Bakıya səfərini Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirməsinin nümayişi kimi qeyd etdi. Bu tədbir Avropa Komissiyasının Prezidentinin iştirak etmədiyi ilk COP oldu. Halbuki onun iştirakı bir neçə ay əvvəl artıq təsdiq edilmişdi. Hətta Avropa Komissiyasının təşəbbüsü əsasında Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya liderlərinin iştirakı ilə yaşıl kabel layihəsinə həsr edilmiş xüsusi sessiya da təşkil ediləcəkdi. Bu, COP29-un keçirilməsinə xələl gətirmədi, ancaq COP-a üzv olan tərəf kimi Avropa Komissiyasının iştirak etməməsi çoxsaylı suallar doğurur. COP29-un Bakı Nailiyyəti kimi dəyərləndirilməsi nəticələr barədə aydın təsəvvür yaradır. Ötən ilin mühüm diplomatik uğurlarından biri kimi Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi də ölkəmizin iqtisadi potensialının, artan siyasi çəkisinin təqdimatı oldu. Azərbaycanın İslam həmrəyliyinin möhkəmləndirilməsinə töhfələri təqdir edildi. Dövlətimizin başçısı bu reallığı da xüsusi qeyd etdi ki, yeni dünya nizamı formalaşdırılır. Biz bu prosesin başlanğıcındayıq.

Milli Məclisin deputatı müsahibədə diqqət göstərilən məsələlərdən biri kimi Ermənistanın silahlandırılmasından da bəhs edib. Bildirib ki, dövlətimizin başçısı İlham Əliyevin vurğuladığı kimi, Ermənistanda gedən silahlanma prosesi Cənubi Qafqaz üçün yeni təhdid amilidir. Azərbaycan sadəcə olaraq, müşahidəçi kimi buna baxıb heç nə etməyə bilməz. Bu gün sanki Ermənistanın arxasında duran kimi görünən və onları Azərbaycana qarşı yeni provokasiyalara, təxribatlara təhrik edənlər, çox güman ki, axıra qədər onların arxasında durmayacaqlar. Necə ki, 2020-ci ildə və ondan sonrakı dövrdə dura bilməmişlər. Ona görə yox ki, durmaq istəmirlər, Azərbaycan bu imkanları verməyəcək. Azərbaycanın dövlət büdcəsinin əhəmiyyətli hissəsi hərbi və təhlükəsizlik məsələlərinə xərclənəcək. Müqayisə üçün qeyd edək ki, Qarabağın və Şərqi Zəngəzurun bərpasına 4 milyard, hərbi və təhlükəsizlik məsələlərinin həlli üçün 8,4 milyard manat vəsait xərclənəcək. Ermənistanın silahlanma yarışı maliyyə resurslarımızı hərbi məsələlərə cəlb etməyə məcbur edir. Ermənistan silahlanma yarışında ölkəmizlə rəqabət apara bilməz.

Vüqar Rəhimzadə dövlətimizin başçısı İlham Əliyevin hər bir çıxışının, müsahibəsinin mühüm çağırışlarla zəngin olduğunu bildirib. Vurğulayıb ki, ölkə Prezidenti bir daha bu çağırışı etdi ki, Ermənistanın silahlanması, sadəcə olaraq, yeni gərginliyə gətirib çıxaracaq. Biz bunu istəmirik. Biz sülh istəyirik. Biz istəyirik ki, artıq müharibə səhifəsi bağlansın. Ancaq görürük ki, Ermənistanın həm özü, həm onun yeni havadarları bunu istəmirlər. Onlar revanşist fikirlərlə yaşayırlar və Ermənistan faktiki olaraq bölgə üçün bir təhdid mənbəyidir. Müstəqil Ermənistan dövləti, əslində, faşist dövlətdir. Çünki əgər bu ölkəyə 30 ilə yaxın faşist ideologiyasının daşıyıcıları rəhbərlik ediblərsə, bu ölkəni onlar elə özləri kimi də formalaşdırıblar. Azərbaycana qarşı 30 illik işğalçılıq siyasəti, sadəcə olaraq, Ermənistan deyil, onunla həmrəy olan islamofob, azərbaycanofob, irqçi, ksenofob dairələrin, xarici ölkələrin nümayəndələrinin birgə məhsuludur. Belə bir faşist dövlətlə qonşuyuq və faşizm təhlükəsi sovuşmur. Ona görə faşizm məhv edilməlidir. Bunu ya Ermənistan rəhbərliyi məhv edəcək, ya da biz məhv edəcəyik. Ermənistan silahlanmanı dərhal dayandırmalıdır. Ona silah verən Fransa və digər ölkələr o kontraktlara xitam verməlidir, ləğv etməlidir. Artıq Ermənistana göndərilmiş silahlar geri qayıtmalıdır. Bu, bizim şərtimizdir. Əgər biz nəyisə deyiriksə, deməli, artıq bu məsələyə çox ciddi yanaşırıq.

Millət vəkili Azərbaycanın Ermənistana təklif etdiyi sülh müqaviləsinin imzalanması prosesinin dörd ildir uzanmasını önə çəkərək bildirib ki, Ermənistanın himayədarlarının göstərişləri ilə hərəkət etməsi prosesə öz mənfi təsirini göstərir. Siyasətində hec zaman müstəqil olmayan, bu və ya digər dövlətlərin maraqlarının müdafiəçisinə çevrilən Ermənistanın artıq ciddi düşünməsi zamanıdır. Minsk qrupunun ləğv edilməsi, konstitusiyanın dəyişdirilməsi əsas şərtdir. Dövlətimizin başçısı bu çağırışı etdi ki, əgər Ermənistana sülh müqaviləsi lazım deyilsə, bizə də lazım deyil. Bu, imzalanmadan da biz yaşaya və öz siyasətimizi apara bilərik: “Yəni, mən yenə də Ermənistan tərəfinə məsləhət görərdim ki, hər şeyi yaxşı ölçüb-biçsin, o cümlədən dünyadakı geosiyasi dəyişiklikləri. Onların yaxın dostları siyasi səhnədən biabırçılıqla silinirlər.” 

Vüqar Rəhimzadə hazırkı dövrün reallıqları fonunda Azərbaycanın regionda və dünya siyasətində yerini və rolunu, ümumi mənzərəsini təqdim edib. Bildirib ki, ölkəmiz Cənubi Qafqazda  söz sahibidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan regionda  aparıcı iqtisadiyyatdır, aparıcı hərbi gücdür və aparıcı dövlətdir. Ölkəmiz yeni dünya nizamının formalaşması prosesinin fəal iştirakçısı olmalıdır. Yeni nizamı  ədalətli nizam kimi görürük. Suverenlik, müstəqillik, bir-birinin işlərinə qarışmamaq, müxtəlif bəhanələrlə ölkələrin daxili vəziyyətini gərginləşdirməmək, bütün bunlar xarici siyasət xəttimizdir. Azərbaycan öz siyasəti ilə Cənubi Qafqazda yeni nəqliyyat və energetika xəritəsini yaradıb. Dövlətimizin başçısı İlham Əliyev bu mənzərəni belə təqdim etdi ki, bir tərəfimiz Xəzər üzərindən Orta Asiyaya uzanır, bir tərəfimiz Avropaya və bu böyük coğrafiyada Azərbaycan faktiki olaraq əvəzolunmaz ölkəyə çevrilir. Sadəcə olaraq, xəritəyə baxmaq kifayətdir. Ölkəmiz yeni dünya nizamına öz töhfəsini əməlləri ilə verir. Yaxın və orta keçmişə nəzər salsaq görərik ki, dünya tarixində öz ərazi bütövlüyünü öz gücü ilə bərpa edən ikinci ölkə olmayıb. Müstəqil siyasət aparmaq iqtidarında olan ölkələrin sayı da o qədər də çox deyil.

Millət vəkili qeyd edib ki, sözügedən müsahibədə dövlətimizin başçısı İlham Əliyevin hər bir fikri gələcəyə yönələn çağırışdır. Qlobal problemlərin həllinə öz töhfələri ilə diqqətdə olan Azərbaycanın bu çağırışı da səsləndirildi ki, əgər hər bir ölkə öz daxili işləri ilə məşğul olsa, onda nə müharibə, nə münaqişə, nə qarşıdurma olacaq. Hərə öz sərhədləri çərçivəsində öz işi ilə məşğul olsun və başqa ölkələrin daxili işlərinə qarışmasın. Bəlkə də belə bir dünya fantastik görünür. Çünki tarixən imperialist qüvvələr “böl və hökm sür” prinsipi ilə yanaşmışlar, müstəmləkələri tamamilə idarə edərək onların bütün sərvətlərini oğurlayıb özləri üçün dövlətlər qurmuşlar. Müstəmləkəçilik kimi iyrənc praktikaya son qoyulmalıdır. Ölkələrin suverenliyi toxunulmaz olmalı və qorunmalıdır, heç kim heç kimin işinə qarışmamalıdır. Azərbaycan buna nail ola bilib. Bu baxımdan Azərbaycanın yeni dünya nizamının formalaşmasına töhfəsi əhəmiyyətli olacaq.







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Aktauya düşmüş təyyarəni tam xilas etmək mümkün imiş - itirilmiş şok imkan...

Cənubi Qafqazda yeni gərginlik mərhələsi yaradılır - Azərbaycan xəbərdarlıq etdi...

Tramp Qərbdə siyasi-mənəvi böhrana qarşı - Azərbaycan Prezidentindən dəstək…

SON XƏBƏRLƏR

09.01.2025 | 10:30
Nelson Mandelanın nəvəsi həbs edildi - avtomobil oğurladığı üçün...

09.01.2025 | 10:20
Britaniyadan qanunsuz miqrasiyaya ZƏRBƏ - bu şəxslər “qara siyahı”ya salınacaq

09.01.2025 | 10:10
"Qarabağ" yeni ildə ilk qarşılaşmasına çıxacaq

09.01.2025 | 10:05
Dəm qazı daha bir can aldı - bu dəfə Xırdalanda...

09.01.2025 | 10:00
Tramp Çini məyus etdi - "buna imkan verməyəcəm!"

09.01.2025 | 09:30
Əli Əkbər Əhmədianın Ermənistandadır - bu gün Paşinyanla görüşəcək

09.01.2025 | 09:23
Azərbaycanda elektrobus istehsalı başlanır...

09.01.2025 | 09:20
Naxçıvanın bu kəndində hərbi sursat aşkar edildi

09.01.2025 | 09:15
Kıvanç Tatlıtuğ yeni serialda - qazancı gizli saxlanılır...

09.01.2025 | 09:10
Pakistan mediası Azərbaycan Prezidentinin müsahibəsindən yazır

09.01.2025 | 09:05
"Barselona" Superkubokun finalında

09.01.2025 | 09:00
Kaliforniyada meşə yanğınları 5 nəfərərin həyatına son qoydu

09.01.2025 | 08:38
Kərə yağının idxalı və daxili istehsalı artır - qiymət də artsa, batdıq...

08.01.2025 | 22:10
"Ermənistan XİN rəhbərinin “Qərbi Azərbaycan İcması” ilə bağlı iddiaları tarixin saxtalaşdırılmasıdır" - Rəsmi Bakı

08.01.2025 | 21:43
AZAL Kazana bütün uçuşları dayandırdı

08.01.2025 | 21:22
1-ci Şah Abbas erməni Eçmiədzin kilsəsi üzərində “nə gəzir”...

08.01.2025 | 21:07
Aktauya düşmüş təyyarəni tam xilas etmək mümkün imiş - itirilmiş şok imkan...

08.01.2025 | 20:51
Paşinyan qəbul etməsə, Azərbaycan bu məsələni gündəlikdən çıxarmayacaq...

08.01.2025 | 20:51
Ərdoğan Prezident İlham Əliyevə zəng edib

08.01.2025 | 20:36
Naxçıvandan Türkiyəyə keçiddə mindən çox İran TIR-ı? - Yalana baxın...

08.01.2025 | 20:22
Azərbaycan tam hazırdır - Ermənistan yeni müharibəni qaçılmaz etdi...

08.01.2025 | 20:15
Leyla Əliyeva və Arzu Əliyevanın iştirakı ilə Bakıda yenilənmiş həyətlər istifadəyə verildi - FOTO

08.01.2025 | 20:08
Makronun aylarla hazırlaşdırdığı briqada Zelenskiyə ağır zərbə vurdu...

08.01.2025 | 19:53
Azərbaycanlıların Qərbi Azərbaycana qayıdışının çərçivəsi müəyyənləşdi...

08.01.2025 | 19:39
Trampın əsas hədəfi - Baydenin "Azərbaycan səhvlərini aradan qaldırmaq"...

08.01.2025 | 19:25
Makron Fransanın bütün siyasi elitasını Azərbaycanofob edib...

08.01.2025 | 19:12
Nazir Vilayət Eyvazov İsmayıllıda vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO/VİDEO

08.01.2025 | 19:04
Vətəndaş cəmiyyətinin düzgün təşkili Azərbaycanın daha böyük uğurlarını şərtləndirir...

08.01.2025 | 18:50
Makron COP29 vaxtı hətta bu namərdliyə də əl atdı...

08.01.2025 | 18:36
İran Azərbaycana qarşı radar quraşdırdı...

08.01.2025 | 18:23
Cənubi Qafqazda yeni gərginlik mərhələsi yaradılır - Azərbaycan xəbərdarlıq etdi...

08.01.2025 | 18:14
"Bu artıq ajiotaj deyil, ermənilər qorxuya düşüblər" - Yunus Oğuz

08.01.2025 | 18:09
Türkiyə-Ermənistan sərhədində faşist-terror təhlükəsi - Əliyevdən dəqiq eyham...

08.01.2025 | 18:05
Əməliyyat zamanı həkimə ad günü keçirdilər - "German Hospital"dakı hadisə ilə bağlı araşdırma başladı

08.01.2025 | 18:00
Deputat Əhliman Əmiraslanov Sabirabadda seçicilərini qəbul edib

08.01.2025 | 17:57
Ekoturizm paytaxtı 2025: Ərzurum qış macəralarına hazırlaşır

08.01.2025 | 17:55
Avrokomissiya prezidentinin COP29 vədinə xəyanəti açıldı...

08.01.2025 | 17:42
Tramp Qərbdə siyasi-mənəvi böhrana qarşı - Azərbaycan Prezidentindən dəstək…

08.01.2025 | 17:35
“Müstəqil, suveren Azərbaycanın uğurları yeni dünya nizamının formalaşmasına əhəmiyyətli töhfə olacaq” - Vüqar Rəhimzadə

08.01.2025 | 17:29
Azərbaycanın faşist dövlətlə qonşuluğu uzun çəkə bilməz - xəbərdarlıq...

08.01.2025 | 17:22
Ermənistan-Türkiyə sərhədində rus sərhədçilərin sayı azaldıla bilər

08.01.2025 | 17:17
Ərdəbilin mollası İran rejimini pis duruma saldı - konkret şərt qoyulub...

08.01.2025 | 17:06
Misir Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

08.01.2025 | 17:00
Tramp Ukrayna müharibəsini 24 saata bitirəcəyini demişdi, indi də altı ay deyir...

08.01.2025 | 16:27
Bələdiyyə seçkilərində neçə namizəd qeydə alınıb?..

08.01.2025 | 16:21
QAİ Mirzoyanı tutarlı arqumentlərlə "vurdu" - Ermənistan insanlıq əleyhinə cinayət törədir...

08.01.2025 | 16:04
"Fransa BTQ-ni ittiham etməkdənsə qanunsuz fəaliyyətlərini dayandırmalıdır" - Abbas Abbasov

08.01.2025 | 15:50
MM-in Təşəbbüs Qrupu beynəlxalq ictimaiyyətə çağırış etdi - Ermənistan bu hərəkətlərinin qarşısı alınmalıdır...

08.01.2025 | 15:37
İsrail Türkiyə ilə müharibəyə hazırlaşır? - Netanyahunun qurduğu komitənin hesabatı ortaya çıxdı...

08.01.2025 | 15:26
Fransa təşkilatı Bakı Təşəbbüs Qrupuna böhtan atdı - Qrupdan açıqlama gəldi...

08.01.2025 | 15:14
Milli Məclis xarici ölkə parlamentlərini Ermənistana təzyiq göstərməyə çağırdı

08.01.2025 | 15:03
Prezident İlham Əliyev İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibini qəbul etdi - FOTO/YENİLƏNDİ

08.01.2025 | 14:44
Paytaxtda oğurluq və dələduzluq edən şəxslər saxlandı

08.01.2025 | 14:25
Prezident İlham Əliyev Aİ-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib

08.01.2025 | 14:10
Qərbi Azərbaycan İcması Prezidentə təşəkkür etdi...

08.01.2025 | 13:44
Bakıda telefon oğurlayan 3 nəfər tutuldu

08.01.2025 | 13:30
Eritreyada saxlanan gəmilərdə heyət üzvlərindən 18-i Azərbaycan vətəndaşıdır

08.01.2025 | 13:19
Azərbaycan Respublikasının D-8-ə daxil edilməsi onun böyük dövlət olduğunun göstəricisidir

08.01.2025 | 13:12
Tuqay Rəhimli baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi təyin olundu

08.01.2025 | 13:03
Иранский мулла должен быть наказан! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

08.01.2025 | 12:50
Qətərin Baş naziri və xarici işlər naziri Prezident İlham Əliyevə başsağlığı verdi

08.01.2025 | 12:47
Qətər Əmiri Prezident İlham Əliyevə başsağlığı verdi

08.01.2025 | 12:34
Xaçmaz sakini “Kalaşnikov”la tutuldu

08.01.2025 | 12:10
Bərdədə avtomat satmaq istəyən keçmiş məhkum yaxalandı

08.01.2025 | 12:00
"Buna yalnız axmaq adam cavab verə bilər” - Trampdan İran AÇIQLAMASI

08.01.2025 | 11:30
Sabah Naxçıvanın bu şəhərində işıq olmayacaq - XƏBƏRDARLIQ

08.01.2025 | 11:23
Küveytin Baş naziri Prezident İlham Əliyevə başsağlığı verdi

08.01.2025 | 11:20
Qadın cüdoçumuz "Böyük Dəbilqə" turnirinə qatılacaq

08.01.2025 | 11:15
Xaçmazda kitabxana binası yanıb

08.01.2025 | 11:10
Kubada DƏHŞƏT - silah anbarı partladı, 13 əsgər itkin düşdü

08.01.2025 | 11:10
Təyyarə qəzasında vəfat etmiş vətəndaşların kredit borcları silinib

08.01.2025 | 11:05
Ukrayna mediası İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsini geniş işıqlandırıb

08.01.2025 | 11:00
Yenə Rusiya, yenə təyyarə problemi...

08.01.2025 | 11:00
Azərbaycanın üç gəmisi Afrikada girov götürüldü...

08.01.2025 | 10:30
Bələdiyyə seçkilərində “exit-poll” keçirmək üçün sənəd qəbulu sabah başa çatır

08.01.2025 | 10:20
76 yaşlı kişi beşinci mərtəbədən yıxılıb öldü

08.01.2025 | 10:15
Qrip virusu Britaniyanı cənginə alıb - xəstəxanalarda yer tapılmır...

08.01.2025 | 10:10
Hakan Fidan Türkiyənin Suriyadakı iki əsas hədəfini açıqladı

08.01.2025 | 10:05
Xalq artisti qızı ilə Mayamidə dincəlir

08.01.2025 | 10:00
"Kanada ABŞ-ın 51-ci ştatı olmayacaq!" - Trüdo Trampa meydan oxudu

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031