Bələdiyyə seçkilərində “exit-poll” keçirmək üçün sənəd qəbulu sabah başa çatır
Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlərin qəbulu müddəti sabah başa çatır. Seçki Məcəlləsinə əsasən, “exit-poll” keçirmək niyyətində olan təşkilatlar Mərkəzi Seçki Komissiyasına (MSK) səsvermə gününə ən azı 20 gün qalanadək müraciət etməlidirlər. Təqvim planında bu müddət 2025-ci il yanvarın 9-da başa çatır.
Mətləb