"Buna yalnız axmaq adam cavab verə bilər” - Trampdan İran AÇIQLAMASI
ABŞ-nin seçilən Prezidenti Donald Tramp İrana qabaqlayıcı zərbələr barədə suala cavab verməyib. Bu barədə məlumatı “İran İnternational” yayıb. Bildirilib ki, “ABŞ İrana qabaqlayıcı zərbələr endirəcək?” sualını Donald Tramp belə cavablandırıb: “Bu, hərbi strategiyadır. Cavab verməyəcəm. Ona yalnız axmaq adam cavab verə bilər”. “New York Post”un məlumatına əsasən, Donald Tramp İsrailin İranın nüvə obyektlərinə mümkün hücumuna qarşı çıxmayacaq.
Mətləb