Tramp Ukrayna müharibəsini 24 saata bitirəcəyini demişdi, indi də altı ay deyir...
Donald Tramp Floridada mətbuat konfransında mühüm açıqlamalar verib. Jurnalistlərin növbəti altı ay ərzində Putinlə danışıqların aparılıb-aparılmayacağı sualına, Tramp "Altı ay? Xeyr, məncə, altı aydan daha tez" deyə cavab verib.
Tramp Rusiya prezidenti Putinin danışıqlara hazır olduğunun fərqində olduğunu və belə təmasların yalnız Ağ Evə rəsmi qayıdışından sonra, yəni 20 yanvardan sonra mümkün olduğunu bildirib.
Seçki kampaniyası zamanı “Ukrayna münaqişəni 24 saat ərzində bitirə biləcəyini” deyən Tramp bu dəfəki mətbuat konfransında Ukraynadakı münaqişəni 6 ay ərzində bitirə biləcəyinə ümid etdiyini bildirib. Jurnalistlərin Ukraynadakı münaqişənin bitməsinə nə qədər vaxt lazım olduğunu soruşduqda o, belə cavab verib: “Ümid edirəm altı ay ərzində. Bu, müddət ərzində bunun mümkün olacağına ümid edirəm".
Trampın Ukrayna müharibəsinin başlamasına görə isə Baydeni günahlandırıb: "Rusiya uzun müddət əvvəl, Putindən çox əvvəl, NATO-nun Ukrayna ilə maraqlanmayacağını demişdi. Bu, demək olar ki, daşlara həkk olunmuşdu. Amma Bayden bir anda Ukraynanın NATO-ya üzv ola biləcəyini dedi. Bu isə Rusiyanın qapısının ağzında olmaq deməkdir və mən onların bununla bağlı hisslərini başa düşürəm. Baydenin danışıqları necə apardığını eşidəndə dedim ki, bu, müharibəyə səbəb olacaq. Və bu müharibəyə çevrildi. Vəziyyət getdikcə daha da pisləşə bilər”.
TAHİR