İsrail Qəzzanın cənubunda əhalinin təxliyəsinə başladı...
İsrail Qəzzanın Xan Yunis şəhərinin ayrı-ayrı rayonlarından əhalinin təxliyəsi barədə əmr verib. Bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi məlumat yayıb.
BMT nümayəndəliyinin məlumatına görə, təxliyənin həyata keçiriləcəyi yeni ərazilərin sahəsi Xan Yunis şəhərinin təxminən 20%-ni təşkil edir.
Hərbi əməliyyatlardan əvvəl bu ərazilərdə 110 mindən çox insan yaşayırdı. Burada, həmçinin Qəzza zolağının şimalından 140 mindən çox qaçqının məskunlaşdığı 32 düşərgə var.